Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-313/2023 07.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Qəbələ rayon İcra və Probasiya şöbəsinə qarşı “borclunun hüqiqi vərəsələri kimi tanınması və borcun vərəsələri tərəfindən ödənilməsi öhdəliyi vəzifəsinin vərəsələr üzərinə qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Qəbələ rayon İcra və Probasiya şöbəsinə qarşı “borclunun hüqiqi vərəsələri kimi tanınması və borcun vərəsələri tərəfindən ödənilməsi öhdəliyi vəzifəsinin vərəsələr üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dünyasını dəyişmiş mərhum, borclu X2 həyat yoldaşı Cavabdeh1, oğlu Cavabdeh3 və Cavabdeh2 borclunun hüquqi varisləri kimi tanınmaları və miras qoymuş borclunun borcunu vərəsələri tərəfindən ödənilməsi öhdəliyi vəzifəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(025)-313/2023 saylı qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Qəbələ rayon İcra və Probasiya şöbəsinə qarşı “borclunun hüqiqi vərəsələri kimi tanınması və borcun vərəsələri tərəfindən ödənilməsi öhdəliyi vəzifəsinin vərəsələr üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə istinad edilərək, qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-411/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(025)-313/2023 saylı qərardadı ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Qəbələ rayon İcra və Probasiya şöbəsinə qarşı “borclunun hüqiqi vərəsələri kimi tanınması və borcun vərəsələri tərəfindən ödənilməsi öhdəliyi vəzifəsinin vərəsələr üzərinə qoyulması” iddia ərizəsi üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməsi və sonrakı hərəkətlərin yerinə yetirilməsi üçün mülki işin materialları Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi iddia ərizəsini qaytarmaqda haqlı olsa da, ancaq onun prosessual əsasını düzgün müəyyən etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə, eyni tərəflər arasında eyni mübahisə ilə bağlı iddiaya yenidən baxılması istisna olunduğundan iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 31-ci maddəsinin tələblərini nəzərə almadan iddia ərizəsini yuxarıda qeyd edilən əsaslara görə geri qaytararaq prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 31-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən iddianın yol verilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. X3 Azərbaycan Respublikasının qanununun 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən cəmi 100 manat 0.40 qəpik məbləğində pul ödənilmiş, həmin puldan məhkəmədə iddia qaldırılması üçün dövlət büdcəsinə ödənilmiş pul 100 manat məbləğində olmuşdur. Göstərilənlərə əsasən, hesab edirəm ki, İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 153.2.2, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Qəbələ rayon İcra və Probasiya şöbəsinə qarşı “borclunun hüqiqi vərəsələri kimi tanınması və borcun vərəsələri tərəfindən ödənilməsi öhdəliyi vəzifəsinin vərəsələr üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X1 hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun İddiaçı geri qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verlilə bilər. Hakim Elman İsayev İş № 2(025)-313/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ 23 yanvar 2023-cü il Qəbələ şəhəri Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Qəbələ rayon İcra və Probasiya şöbəsinə qarşı “borclunun hüqiqi vərəsələri kimi tanınması və borcun vərəsələri tərəfindən ödənilməsi öhdəliyi vəzifəsinin vərəsələr üzərinə qoyulması” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 17:10-da başlandı. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardadı qəbul etdi. Prosessual hərəkət saat 17:15-də qurtardı. Protokol 23 yanvar 2023-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Məhkəmə iclas katibi:
Məhkəmə qərarları › İş №2(025)-313/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-313/2023
07.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver