Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-336/2025 03.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə, X2 və X1 qarşı “əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə, X2 və X1 qarşı “əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə ki, iddiaçı iddia ərizəsində Cavabdeh2 ünvanını ünvan 1 4 saylı Notariat Ofisinin ünvanını isə ünvan 3ni heç bir əsas olmadan Qəbələ rayon məhkəməsinə vermişdir. Göründüyü kimi MPM-nin 35.1-ci maddəsinin tələbinə əsasən iddiaçı hazırkı ərizə ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edə bilməz. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə Qəbələ Rayon Məhkəməsinə verilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, MPM-nin 39.1-ci maddəsinə əsasən Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi iddiaçı iddia tələbində əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsini tələb edir ki, hazırkı işin mahiyyəti MPM-nin 39.1-ci maddəsinin dispoziyasına uyğun deyildir. Yəni iddiaçı müstəsna aidiyyət baxımından da Qəbələ rayon məhkəməsinə hazırkı iddia ərizəsi ilə müraciət edə bilməz. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı iddia tələbində bir-biri ilə əlaqəsi olmayan tələbləri birləşdirmişdir. Belə ki, iddiaçı iddia ərizəsində əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsini, həmçinin Cavabdeh2 Əmirastan oğlu tərəfindən topağın boşaldılaraq təhvil verilməsini xahiş etmişdir. Halbuki, iddiaçının tələb etdiyi əqd etibarsız hesab edilmədən və çıxarış ləğv edilmədən cavabdehin torpaq sahəsindən çıxarılması mümkün deyildir. Beləliklə, əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi ilə torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi mahiyyət və predmet baxımından fərqlənən iddialardır. Azərbaycan Respublikası MPM-nin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübütlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(025)-254/2025 nömrəli qərardadı ilə iddia ərizəsi yuxarıda göstərilən səbəblərdən geri qaytarılmış, iddiaçı sözügedən qüsurları aradan qaldırmadan yenidən Qəbələ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmçinin iddiaçı tərəfindən MPM-nin 150.1.5-ci maddəsinin tələblərinə də riayət edilməmiş, iddia tələbinin əsasını təşkil edən sübutlar (etibarsız hesab olunmasını tələb etdiyi müqavilə, o cümlədən ləğv edilməsini tələb etdiyi Çıxarış) iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsində baxılmalı olmadığından, hazırkı iş üzrə iddia ərizəsi və ona əlava edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, qərardadda qeyd edilən bütün nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq rayon məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə, X2 və X1 qarşı “əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-336/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-336/2025
03.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver