Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-337/2023 04.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Rüstəmova Rəsmi̇ yyə Sədri̇ qizi, Nəsi̇ bli İlahə Rüstəm qizi, Rüstəmzadə Səbi̇ nə Rüstəm qizi və Cəbrayilzadə Aytəki̇ n Rüstəm qizinin maraqli şəxs Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövət Xitməti Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri Publik hüquqi şəxsi 9 sayli Qəbələ Ərazi İdarəsinə qarşi “hüquq əhəmiyyətli faktinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktinin müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Rüstəmova Rəsmı̇ yyə Sədrı̇ qızının və ərizəçilər Nəsı̇ bli İlahə Rüstəm qızının, Rüstəmzadə Səbı̇ nə Rüstəm qızının və Cəbrayılzadə Aytəkı̇ n Rüstəm qızının nümayəndəsi X27 iştirakları ilə, Ərizəçilər Rüstəmova Rəsmı̇ yyə Sədrı̇ qızı, Nəsı̇ bli İlahə Rüstəm qızı, Rüstəmzadə Səbı̇ nə Rüstəm qızı və Cəbrayılzadə Aytəkı̇ n Rüstəm qızının hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin hallari Ərizəçilər Rüstəmova Rəsmı̇ yyə Sədrı̇ qızı, Nəsı̇ bli İlahə Rüstəm qızı, Rüstəmzadə Səbı̇ nə Rüstəm qızı və Cəbrayılzadə Aytəkı̇ n Rüstəm qızı məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən X44, X20, X45, X40, Ərizəçi1 Sədir qızı, X30, X31, X11 adına verilmiş JN-152F (Kod: ********) nömrəli, JN-152H (Kod: ********) nömrəli, JN-152G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamələrinin onlara aid hissədə onlara, yəni Rüstəmova Rəsmı̇ yyə Sədrı̇ qızına, Nəsı̇ bli (Rüstəmzadə) İlahə Rüstəm qızına, Rüstəmzadə Səbı̇ nə Rüstəm qızı və Cəbrayılzadə (Rüstəmzadə) Aytəkı̇ n Rüstəm qızına, həmçinin Qəbələ rayon DNK-nun xx.xx.2006-cı il tar. 4ə-1060 saylı alqı-satqı müqaviləsinə əsasən, X44, X20, X45, X40, Ərizəçi1 Bəzir qızı, X41, X12 adına verilmiş JN-0773 (Kod: ********) nömrəli Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının onlara aid hissədə onlara, yəni Rüstəmova Rəsmı̇ yyə Sədrı̇ qızına, Nəsı̇ bli (Rüstəmzadə) İlahə Rüstəm qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ölkədə aparılan torpaq islahatı zamanı Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən, X46, X20, X45, X40, Ərizəçi1 Sədir qızı, X30, X31, X15 Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-152F (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi1 səhvən ata adı “Sədir”, Nəsibli (Rüstəmzadə) ilahə Rüstəm qızının səhvən soyadı “Rüstəmova”, adı “İlhamə”, X3 soyadı “Rüstəmova”, Cəbrayılzadə (Rüstəmzadə) Aytəkin Rüstəm qızının səhvən soyadı “Rüstəmova” kimi qeyd olunub. Bildirir ki, ölkədə aparılan torpaq islahatı zamanı Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən, X46, X20, X45, X40, Ərizəçi1 Sədir qızı, X30, X31, X32ma Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-152G (Kod: ********) nömrəli, Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə Ərizəçi1 səhvən ata adı “Sədir”, Nəsibii (Rüstəmzadə) İlahə Rüstəm qızının səhvən soyadı “Rüstəmova”, adı “İlhamə”, X3 soyadı “Rüstəmova”, Cəbrayılzadə (Rüstəmzadə) Aytəkin Rüstəm qızının səhvən soyadı “Rüstəmova” kimi qeyd olunub. Bildirir ki, ölkədə aparılan torpaq islahatı zamanı Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən, X46, X20, X45, X40, Ərizəçi1 Sədir qızı, X30, X31, X15 Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq verilib, lakin mülkiyyət hüququnu təsdiq "edən JN-152 H( kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə Ərizəçi1 səhvən ata adı “Sədir”, Nəsibii (Rüstəmzadə) İlahə Rüstəm qızının səhvən soyadı “Rüstəmova”, adı “İlhamə”, X3 soyadı “Rüstəmova”, Cəbrayılzadə (Rüstəmzadə) Aytəkin Rüstəm qızının səhvən soyadı “Rüstəmova”kimi qeyd olunub. Bildirir ki, Qəbələ r-n DNK-nin xx.xx.2006-cı il tar. 4ə-1060 saylı alqı-satqı müqaviləsinə əsasən, X44, X20, X45, X40, Ərizəçi1 Bəzir qızı, X41, X16 Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-0773 (kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında Ərizəçi1 səhvən ata adı “Bəzir” kimi qeyd olunub. Nə onlar, nə də ailə üzvlərinin heç biri uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinə müraciət etsə də, həmin idarə tərəfindən ona ünvanlanmış 07 oktyabr 2021-ci il tarixli, **********14 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyən edici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi idarəsinin səlahəiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olmaqları tövsiyyə olunmuşdur. Qeyd edir ki, ərizəçilərdən Nəsibii (Rüstəmzadə) ilahə Rüstəm qızı xx.xx.2016- cı il tarixdə X62 ilə ailə qurmuş, ailə qurduqdan sonra Nəsibii soyadını qəbul etmiş, Cəbrayılzadə (Rüstəmzadə) Aytəkin Rüstəm qızı xx.xx.2022-ci il tarixdə X24 ilə ailə qurmuş, ailə qurduqdan sonra Cəbrayılzadə soyadını qəbul etmişdir. Qeyd edir ki, şəxsiyyətləri təsdiq edən şəxsiyyət vəsiqələrində, “doğum haqqında şəhadətnamələrdə, “Nikah haqqında şəhadətnamələrdə soyadları, adları və ata adları düzgün qeyd edilmişdir. Məhkəmə icraati iştirakçilarinin izahatlari Məhkəmə iclasında iştirak edən ərizəçi Rüstəmova Rəsmı̇ yyə Sədrı̇ qızı ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçilər Nəsı̇ bli İlahə Rüstəm qızının, Rüstəmzadə Səbı̇ nə Rüstəm qızının və Cəbrayılzadə Aytəkı̇ n Rüstəm qızının nümayəndəsi X45 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxişinin hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0773 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx.xx.1998-ci il tarixli 19 aylı qərarına əsasən, X33, X9, X27, X21, Ərizəçi1 Bəzir qızının, X22, X13 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu, Zarağan kəndində 0.64 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-152F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nin 29 noyabr 1997-ci il tarxli, 26 saylı qərarına əsasən X33, X9, X27, X21, Ərizəçi1 Bəzir qızının, X23, X17 və X14 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu, Zarağan kəndində 0.11 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-152H (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nin 29 noyabr 1997-ci il tarxli, 26 saylı qərarına əsasən X33, X9, X27, X21, Ərizəçi1 Bəzir qızının, X23, X17 və X14 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu, Zarağan kəndində 0.23 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-152G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nin 29 noyabr 1997-ci il tarxli, 26 saylı qərarına əsasən X28, X9, X27, X21, Ərizəçi1 Bəzir qızının, X23, X17 və X14 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu, Zarağan kəndində 0.26s ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon İHB-nin Zarağan kənd İƏN-yi tərəfindən verilmiş 02 noyabr 1992-ci il tarixli XVİİ-ЖГ № 264284 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada X4, adı və ata adı “X42” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon İHB-nin Zarağan kənd İƏN-yi tərəfindən verilmiş 14 sentyabr 2016-cı il tarixli AZ-İİ № 188835 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X63 xx.xx.2016-cı il tarixdə X34 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Nəsibli, arvada Nəsibli soyadı verilmişdir. Burada X4, adı ata adl “X34” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon İHB-nin Zarağan kənd İƏN-yi tərəfindən verilmiş 12 sentyabr 2014-cü il tarixli AZ-İ № 984254 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X43 xx.xx.2014-cü il tarixdə Ərizəçi3 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Cabbarov, arvada Cabbarova soyadı verilmişdir. Burada Ərizəçi3 soyadı, adı ata adl “Ərizəçi3” olaraq qeyd olunmuşdur İşdə olan Qəbələ rayon İHB-nin Zarağan kənd İƏN-yi tərəfindən verilmiş 17sentyabr 1994-cü il tarixli XVİİİ-ЖГ № 424597 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi3 soyadı, adı və ata adı “X35” olaraq qeyd olunmuşdur. İşdə olan X80 Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 may 2022-cü il tarixli AZ-İ № 479798 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2022-ci il tarixdə X25 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Cəbrayılzadə, arvada Cəbrayılzadə soyadı verilmişdir. Burada X1, adı ata adl “X26” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon İHB-nin Zarağan kənd İƏN-yi tərəfindən verilmiş 03 oktyabr 1997-cü il tarixli XX-ЖГ № 375692 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada X1, adı və ata adı “X29” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən verilmiş 25 aprel 1991-ci il tarixli V- ЖГ № 414947 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X53 xx.xx.1991-ci il tarixdə X36 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Rüstəmov, arvada Rüstəmova soyadı verilmişdir. X7 ata adı “Sədr” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən verilmiş 07 avqust 1972-cü il tarixli İ-ЖГ № 281599 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada X5, adı və ata adı “X36” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2013-cu il tarixdə verilmiş AZE № 13837964 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 adı şəxsiyyəti təsdiq edən sənəddə “Rüstəmzadə” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 soyadı adı şəxsiyyəti təsdiq edən sənəddə “Rüstəmzadə” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 soyadı adı şəxsiyyəti təsdiq edən sənəddə “Nəsibli” olaraq qeyd olunmuşdur İş materiallarına əlavə olunmuş Qəbələ rayonu Zarağan kənd İƏDN-si tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 51 saylı arayışdan görünür ki, JN-773 (Kod: 40605018 nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhv olaraq Rüstəmova Rəsmı̇ yyə Bəzir qızı kimi göstərilmişdir. Vətəndaşın düzgün soyadı, adı ata Rüstəmova Rəsmı̇ yyə Sədrı̇ qızı kimidir. İş materiallarına əlavə olunmuş Qəbələ rayonu Zarağan kənd İƏDN-si tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 30 saylı arayışdan görünür ki, JN-152F (Kod: 40605018 nömrəli «Torpağa mülkiyyət hüququna dair» Şəhadətnamədə səhv olaraq X8 göstərilmişdir. Vətəndaşın düzgün soyadı, adı ata Ərizəçi2 kimidir. İş materiallarına əlavə olunmuş Qəbələ rayonu Zarağan kənd İƏDN-si tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 31 saylı arayışdan görünür ki, JN-152H (Kod: 40605018 nömrəli «Torpağa mülkiyyət hüququna dair» Şəhadətnamədə səhv olaraq X8 göstərilmişdir. Vətəndaşın düzgün soyadı, adı ata Ərizəçi2 kimidir. İş materiallarına əlavə olunmuş Qəbələ rayonu Zarağan kənd İƏDN-si tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 32 saylı arayışdan görünür ki, JN-152G (Kod: 40605018 nömrəli «Torpağa mülkiyyət hüququna dair» Şəhadətnamədə səhv olaraq X8 göstərilmişdir. Vətəndaşın düzgün soyadı, adı ata Ərizəçi2 kimidir. İş materiallarına əlavə olunmuş Qəbələ rayonu Zarağan kənd İƏDN-si tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 52 saylı arayışdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Rüstəmova Rəsmı̇ yyə Sədrı̇ qızı Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarına əlavə olunmuş Qəbələ rayonu Zarağan kənd İƏDN-si tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 33 saylı arayışdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Ərizəçi2 Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatdadır və yaşayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0.11 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-152F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə, 0.23 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-152H (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə, 0.26 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-152G (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə və 0.64 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-773 (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Dövlət aktında yalnışlığa yol verilərək “X52” əvəzinə “X37” kimi, “Rüstəmzadə (Nəsibli) İlahə Rüstəm qızı” əvəzinə “X30” kimi, “Ərizəçi3” əvəzinə “X38” kimi və “Rüstəmzadə (Cəbrayılzadə) Aytəkin Rüstəm qızı” əvəzinə “X39” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-0773 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının, JN-152F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin, JN-152H (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-152G (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Rüstəmova Rəsmı̇ yyə Sədrı̇ qızına, Nəsı̇ bli İlahə Rüstəm qızına, Rüstəmzadə Səbı̇ nə Rüstəm qızına və Cəbrayılzadə Aytəkı̇ n Rüstəm qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-337/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-337/2023
04.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver