Məhkəmə qərarları › İş №2(025)-347/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-347/2022

13.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-347/2022 13.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi, eyni zamanda ərizəçilər Ərizəçi1 və Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Nümayəndə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli, 10 nömrəli qərarına əsasən X5, X1, X2, X3, və X4 adına verilmiş JN-0059 nömrəli 40617028 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» dövlət aktının onlara aid hissədə onlara, yəni Ərizəçi1, Ərizəçi2, Nümayəndə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qəbələ rayon, Tövlə kəndində Aqrar İslahatları aparılarkən Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə onlara, yəni ailə üzvlərinin mülkiyyətinə JN-0059 nömrəli 40617028 kodlu dövlət aktı əsasında 0.52 ha çöl torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında soyadları səhv qeyd olunmuşdur. Belə ki, Ərizəçi1 soyadı Babışob, Ərizəçi2 soyadı Babışova, Nümayəndə soyadı Babışov yazılmışdır. Soyadlarının Babışov, Babışova yazılmasının səbəbini sadəcə texniki səhv olduğunu düşünürlər. Dövlət aktında soyadları səhv yazıldığına diqqət etməmişlər və bu yaxın vaxta qədər də heç maraqlanmamışlar. Lakin sənədləri hazırlayıb çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edərkən Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında soyadları səhv yazıldığından müvafiq sənədləşdirməni aparmaqları mümkün olmamışdır. Həmçinin onlara məxsus doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqələrində Ərizəçi1 soyadı Babuşov, Ərizəçi2 soyadı Babuşova, Nümayəndə soyadı Camallı kimi düzgün olaraq yazılmışdır. Hesab edirlər ki, bu səhv məhkəmə qaydasında düzəliş edilərək sənədin onlara, yəni Ərizəçi1, Ərizəçi2, Nümayəndə məxsus olması müəyyən edilməlidir. Məhkəmə iclasında ərizəçi, eyni zamanda ərizəçilər Ərizəçi1 və Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini, eyni zamanda ərizəçilərin etibarnamə üzrə nümayəndəsini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-0059 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın 26 may 1998-ci il tarixli, 10 saylı qərarına əsasən X5, X1, X2, X3 və X4 birgə mülkiyyətinə JN- 0059 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 0,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan ərizəçilərə aid “Doğum haqqında şəhadətnamə”lərinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, ərizəçilərin soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, X9 və Nümayəndə. İş materiallarında olan 17 aprel 1987-ci il tarixli, İV-ЖГ seriyalı, 351215 nömrəli “Nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 atasının soyadı, adı və ata adı nikaha daxil olduqdan sonra “Ərizəçi2” kimi, nikaha daxil olmamışdan əvvəl isə “X9” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 22 fevral 2022-ci il tarixli **********47 nömrəli məktubundan görünür ki, JN-0059 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Tövlə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli, 147 nömrəli arayışda göstərilmişdir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 may tarixli 10 saylı qərarı ilə verilmiş (kod ********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında adları qeyd olunmuş X10 ilə Ərizəçi1, X6 ilə Ərizəçi2, X7 ilə Nümayəndə, X8 ilə X11 eyni şəxsdir. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, Ərizəçi2 və Nümayəndə. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 26 may 1998-ci il tarixli, 10 saylı qərarına əsasən Ərizəçi1, Ərizəçi2 və Nümayəndə birgə mülkiyyətlərinə verilmiş JN-0059 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi1 soyadı səhvən «Babışov» kimi, Ərizəçi2 soyadı səhvən «Babışov», ərizəçi Nümayəndə soyadı səhvən «Babışov» kimi qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməzlər. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 26 may 1998-ci il tarixli, 10 saylı qərarına əsasən X5, X1, X2, X3 və X4 birgə mülkiyyətlərinə verilmiş JN-0059 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi1, Ərizəçi2 və Nümayəndə aid hissədə Ərizəçi1, Ərizəçi2 və Nümayəndə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar