Məhkəmə qərarları › İş №2(025)-361/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-361/2022

15.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-361/2022 15.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları Ərizəçi1 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 10.06.1998-ci il tarixli, 11 nömrəli qərarı ilə qəbul edilmiş və "Torpağın mülkiyyətə verilməsinə dair" verilmiş JN-360F, Kod 40602018 saylı şəhadətnamədə Qəbələ rayonu Böyük Pirəli kənd sakinlərinin adı, soyadı və ata adındakı texniki səhvlərdə düzəliş edilərək hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi və aşağıda göstərilən formada - 1. X3, 2. X1, 3. Ərizəçi2, 4. Ərizəçi1 kimi məlumat bazasına daxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası - X3 12.06.2010-cu il tarixdə "ürək çatışmamazlığı" səbəbindən vəfat etmişdir. Anası - X1 isə 30.06.2016-cı il tarixdə "Nikordin infaktı" səbəbindən vəfat etmişdir. Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 11 nömrəli qərarı ilə 1.10 hektardan ibarət torpaq sahəsinə "torpağın mülkiyyətə verilməsinə dair" JN-360F, Kod 40602018 saylı şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin üz qabığından sonra 1-ci səhifəsində Qəbələ rayonu Böyük Pirəli kənd sakinlərinin adı, soyadı və ata adı aşağıdakı formada sıra sayı ilə qeyd edilmişdir. 1. X4 (mərhum atası), 2. X1 (mərhum anası), 3. Ərizəçi2 qızı (böyük qardaşı), 4. Ərizəçi1 (o). Həmin şəhadətnamədə qeyd olunan sıralama sayından da göründüyü kimi 1-ci sırada mərhum atasının adı "Nizam" əvəzinə "Nazim", 3-cü sırada qardaşı Mehmanın ata adında "Nizam qızı", 4-cü sırada isə onun ata adı "Nizam oğlu" kimi qeyd edilmişdir. Göründüyü kimi kobud şəkildə desək "Əlinin" papağını "Vəlinin", "Vəlinin" papağını isə "Əlinin" başına qoyaraq, rəsmi sənədi "Ləzgi xəşili" etmişlər. Praktikada bu kimi səhvlərlə çox rastlaşmışdır. Belə ki, digər bir şəhadətnamədə "Əhmədiyə" əvəzinə "Əhmədiyyə", "Fəxranə" əvəzinə isə "Fərqanə" yazılıb və s. Bəlkə də bunları ya qəsdən yazırlar, ya da ki, tam savadsızlıqdan irəli gələn işdir. Onun əsas məqsədi mərhum atasından qalan 1.10 ha torpaq sahəsini Reyestr Xidmətində qeydiyyatdan keçirərək "Çıxarış" almaqdır. Bunun üçün birinci növbədə vərəsəlik işi açılmalı və vərəsəlik şəhadətnaməsi alınmalıdır. Buna görə də vərəsəlik şəhadətnaməsi almaq üçün notariat orqanına müraciət etdi. Lakin notariat ofisində notarius ona bildirdi ki, birinci növbədə həmin səhvlərin Reyestr Xidmətində qəbul edilib-edilməməsi üçün rəsmi olaraq Reyestr Xidmətinə müraciət edilməlidir. Qardaşı Ərizəçi2 da rəsmi ərizə ilə Reyestr Xidmətinə müraciət etdi. Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin **********63 saylı, 13 sentyabr 2021-ci il tarixli məktubu ilə müraciətin təmin olunmasından imtina edilmiş və məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. Ona görə də yuxarıda göstərilən sıralama sayının 1-ci bəndində həmin texniki səhvlərin - yəni "Nazim"i "Nizam", 3-cü bənddə "Nizam qızı"nı "Nizam oğlu" kimi nəzərə alınaraq qəbul edilməsi və məlumat bazasına daxil edilməsi barədə qərar qəbul edilməsi üçün məhkərrfəyə müraciət edir. Qəbələ rayon Aqrar islahat Komissiyası tərəfindən tərtib edilərək elektron məlumat bazasına yerləşdirilmiş "subyektlər siyahısından çıxarılmış cədvəldən də görünür ki, Qəbələ rayonu Böyük Pirəli kənd sakinlərinin adı, soyadı və ata adı aşağıdakı formada sıra sayı ilə qeyd edilmişdir. 1. X3 (mərhum atası), 2. X1 (mərhum anası), 3. Ərizəçi2 (böyük qardaşı), 4. Ərizəçi1 (o). Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş edilmişdir. 31 mart 2022-cil tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Ərizəçi2 Ərizəçi1 ərizəsinə əsasən mülki iş üzrə ərizəçi qismində cəlb olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi1 ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizəçi2 məhkəməyə ərizə ünvanlayaraq mülki iş üzrə məhkəmə prosesinin onun iştirakı olmadan keçirərək ərizənin təmin olunması barədə yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-360F nömrəli 40602018 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 10 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X4, X1, Ərizəçi2 qızı və Ərizəçi1 ümumi birgə mülkiyyətinə 1.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon Böyük Pirəlli kənd soveti tərəfindən verilmiş 31 dekabr 1964-cü il tarixli AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1964-cü il tarixdə anadan olmuş, doğum haqqında şəhadətnamədə Ərizəçi2 tam adı “Ərizəçi2” ərizəçilərin mərhum atasının adı “Nizam” olaraq qeyd edilmişdir. İşdə olan Qutqaşen rayon Böyük Pirəlli kənd soveti tərəfindən verilmiş 22 mart 1974-cü il tarixli İ-JQ № 493895 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1974-cü il tarixdə anadan olmuş, doğum haqqında şəhadətnamədə ərizəçilərin mərhum atasının adı “Nizam” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Böyük Əmili kənd İ.Ə.N tərəfindən verilmiş 14 iyun 2010-cu il tarixli AZ-İ № 408446 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 12 iyun 2010-cu il tarixdə Qəbələ rayonu, Böyük Əmili kəndində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə ərizəçlərin mərhum atasının adı “Nizam” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,30 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-360F nömrəli 40602018 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “X3” əvəzinə “X4” kimi və “Ərizəçi2” əvəzinə “Ərizəçi2 qızı” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-360F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi2 və mərhum X2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar