Məhkəmə qərarları › İş №2(025)-379/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-379/2021

04.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-379/2021 04.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 25 saylı qərarına əsasən, X5, X6, X3, X8, X11 və X7 adına verilmiş JN-192 nömrəli (kod:40614018) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının onlara aid hissədə onlara, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, ölkədə aparılan torpaq islahatı zamanı Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən onların və digər ailə üzvlərinin istifadəsində olan və Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0,79 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi əvəzsiz olaraq onların mülkiyyətinə verilmiş, lakin mülkiyyət hüququnu təsdiq edən JN-192 nömrəli (kod:40614018) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi1 səhvən adı “Cəmil”, Ərizəçi2 səhvən soyadı “Həmidov” kimi qeyd olunmuşdur. Nə onlar, nə də ailə üzvlərinin heç biri uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpaq sənədlərini hazırlayıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etsələr də, həmin idarə tərəfindən onlara ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, **********90 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətlərində deyil və bununla bağlı məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Şəxsiyyətlərini təsdiq edən şəxsiyyət vəsiqələrində, “doğum haqqında şəhadətnamə”lərdə, “hərbi bilet”lərdə soyadları, adları və ata adları düzgün qeyd edilmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-192 (Kod: 40614018) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 22 nömrəli qərarına əsasən, X5, X6, X3, X8, X11 və X7 birgə mülkiyyətinə JN-192 (Kod: 40614018) nömrəli «Torpağa mülkiyyət hüquqna dair» dövlət aktı ilə Qəbələ rayonu Mıxlıqovaq kəndində 0,79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ rayon İHB-nın Mıxlıqovaq kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 1993-cü il tarixli, XVİİİ-ЖГ seriyalı, 290588 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1993-cü ildə Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuşdur. X1, anası X2r. İş materiallarında olan Qutqaşen rayon Mıxlıqovaq kənd sovetliyi tərəfindən verilmiş xx xxxxxx 1989-cu il tarixli, XİV-ЖГ seriyalı, 279194 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1988-ci ildə Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuşdur. X1, anası X2r. İş materiallarında olan Ərizəçi1 aid olan xx xxxxxxx 2009-cu il tarixli, AO ******* nörməli “Hərbi Biletin”in təsdiq olunmuş surətindən görünür ki, həmin sənəddə ərizəçin ad, soyadı və ata adı düzgün olaraq “Ərizəçi1” oğlu kimi yazılmışdır. İş materiallarında olan Ərizəçi2 aid olan xx xxx 2011-ci il tarixli, AO ******* nörməli “Hərbi Biletin”in təsdiq olunmuş surətindən görünür ki, həmin sənəddə ərizəçin ad, soyadı və ata adı düzgün olaraq “Ərizəçi2” oğlu kimi yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli **********90 nömrəli məktubundan görünür ki, JN- 192 nömrəli «Torpağa mülkiyyət hüquqna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Mıxlıqovaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 581 nömrəli arayışdan görünür ki, X4 ölümündən sonra onun təsərrüfatını və əmlakını Qəbələ rayon Aqrar İslahat komissiyasının xx xxxxxx 1997-ci il tarixli 25 saylı qərarı ilə verilmiş JN:192 kod: 40614018 olan Dövlət aktı əsasında mərhum atasının mülkiyyətində olan Qəbələ rayon Mıxlıqovaq kəndində yerləşən 0,79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini idarə etmiş, sahiblik etmiş, miras əmlakı qəbul etmiş vərəsələri X6, X3, X8, X11 və X9r. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1 və Ərizəçi2. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarına əsasən X5, X6, X3, X8, X11 və X7 birgə mülkiyyətlərinə verilmiş JN-192 (Kod: 40614018) nömrəli «Torpağa mülkiyyət hüquqna dair» dövlət aktında Ərizəçi1 adı səhvən «Cəmil», Ərizəçi2 isə soyadı səhvən «Həmidov» kimi qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamələr üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarına əsasən X5, X6, X3, X8, X11 və X7 birgə mülkiyyətlərinə verilmiş JN-192 (Kod: 40614018) nömrəli «Torpağa mülkiyyət hüquqna dair» dövlət aktının Ərizəçi1 və Ərizəçi2 aid hissədə Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar