Məhkəmə qərarları › İş №2(025)-38/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-38/2025

31.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-38/2025 31.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü, anadangəlmə birinci dərəcəli əlil olan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.2003-cü il tarixdə X8 ilə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2006-cı il tarixdə X6 adlı uşaqları doğulmuşdur. X11 qüsurlu doğulmuşdur. Müəyyən yaş həddinə çatmasına baxmayaraq əmək qabiliyyəti yoxdur. Gündəlik olaraq kənar şəxslərin qayğısına və köməkliyinə ehtiyacı var. Uşaq anadan qüsurlu doğulduğundan məhkəmə göndərilməmiş, təhsil almamışdır. Danışmır, eşitmir, ətrafı hiss etmir və anadangəlmə xəstəsi olmaqla daima yataq vəziyyətindədir. Müddətsiz 1- ci qrup əlildir. Birinci qrup əlil olan qızı Fidanın 18 yaşı tamam olanadək Dövlət tərəfindən göstərilən bütün sosial yardımlar ana olaraq onun adına verilmişdir. Baxıcı kimi onun adına baxıcı pulu verilmişdir. Xəstə uşaq X6 xx.xx.2006-cı il təvəllüdlü olmaqla xx.xx.2024 -cü il tarixdə 18 yaşı tamam olmuşdur. Yetkinlik yaşına çatmış hesab edildiyindən baxıcı kimi ona aid olan bütün dövlət yardımları kəsilmişdir. Onun isə uşaq Serebral iflici xəstəliyinin daşıyıcısı olan Fidanın qayğısını çəkmək üçün ediləcək dövlət yardımına çox etiyacı var. Ona görə də Fidan Səmədovanın məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istəyir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verib, ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə müvafiq qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ rayonu VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-ci il tarixli, AZ-İ seriyalı, 752126 №-li “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2006-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-ci ildə 155 № ilə qeyd edilmişdir. Anası Ərizəçi, atası X7r. İş materiallarında olan Qəbələ rayon İHB-nın Mirzəbəyli kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, AZ-İİ seriyalı, 052042 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X1 16 oktyabr 2003-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 18 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər Səmədov, arvada Səmədova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışından məlum olur ki, X6 "Kvadroplegik spastik serebral iflic. Uşaq serebral iflici. Tetraplegik forma. Spastik tetraplegiya. Nitq və dilin inkşafının spesifik pozuntuları. Yüngül dərəcəli əqli gerilik" diaqnozu ilə birinci dərəcəli əlil hesab olunur. Qəbələ Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, e-2(025)-1446/2024 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: X6 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? X2 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 83 saylı rəyi ilə mülki iş materiallarından, təqdim edilmiş tibbi sənəd və yoxlanılan şəxsin anasından toplanılmış anamnestik məlumatlardan aşağıdakılar məlum olur. Yoxlanılan şəxs X6 xx.xx.2006-cı il tarixdə Qəbələ şəhərində anadan olmuşdur. İrsiyyəti psixi xəstəliklərlə ağırlaşmayıb. Valideynləri qohumdur. Ailədə üç uşaqdan sayca ikincisidir. Anadan olarkən doğuş travması ilə doğulmuşdur. İlkin psixofiziki inkişafı həmyaşıdlarına nisbətən xeyli geri qalmışdır. Heç bir təhsil almamışdır. Subaydır. Körpə yaşlarında uşaq nevropatoloqunun, sonradan isə yaşayış yeri üzrə psixiatrik geydiyyata düşmüş, ona müvafiq müalicələr təyin edilmişdir. Əqli geriliklə əlaqədar məktəbdə oxumamış, psixi vəziyyəti ilə əlaqədar İ qrup əlil hesab edilmişdir. Əqli geriliyi, hər-hansı bir işi müstəqil yerinə yetirə bilməməsi, bununla əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması bildirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışından məlum olur ki, X6 "Kvadroplegik spastik serebral iflic. Uşaq serebral iflici. Tetraplegik forma. Spastik tetraplegiya. Nitq və dilin inkşafının spesifik pozuntuları. Yüngül dərəcəli əqli gerilik" diaqnozu ilə birinci dərəcəli əlil hesab olunur. Psixi statusu: Zahirən narahatdır və gərgindir. Xarici görünüşü səliqəsizdir. Düşüncəsi kobud pozulmayıb. Bir yerdə qərar tutmur, stereotip hərəkətlər edir, əyləşdiyi stulda stereotip yırğalanır, əllərini stola çırpır. Ünsiyyət yaratmaq mümkün deyil. Verilən sualları başa düşmür, qışqırır, tək-tək anlaşılmaz sözlər işlədir. Söz ehtiyatı kasaddır. Mnestik qabiliyyəti və intellektual səviyyəsi aşağıdır. Emosional-iradi sferası enib. Maraq dairəsi məhduddur. Ətrafında baş verən hadisələrə maraq göstərmir. Keçirilən ekspertizanın məqsədini dərk etmir. Öz vəziyyətinə qarşı tənqidi yoxdur. Yoxlanılan şəxs X3 "UŞAQ AUTİZMİ NƏTİCƏSİNDƏ YARANAN AğİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ" (F 72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında ""Kvadroplegik spastik serebral iflic. Uşaq serebral iffici. Tetraplegik forma. Spastik tetraplegiya. Nitq və dilin inkşafının spesifik pozuntuları. Yüngül dərəcəli əqli gerilik" diaqnozu ilə birinci dərəcəli əlil hesab edilməsi), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatlan açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: X6 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? Cavab: Yoxlanılan şəxs X3 uşaq autizmi nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) müəyyən edilir. 2-ci sual: X2 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Cavab: Yoxlanılan şəxs X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək, öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. X4 fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 83 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X2 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar