Məhkəmə qərarları › İş №2(025)-384/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-384/2021

13.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-384/2021 13.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı X6, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə İddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh3 qarşı «miras əmlakdan payların müəyyən olunması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X9 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh3 qarşı «miras əmlakdan payların müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonunun Bum qəsəbəsində DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə qeydə alınmış və verilmiş çıxarış üzrə 0,18 ha torpaq sahəsinin 1/5 (0,036 ha) hissəsi üzrə X2 miras qalmış torpaq sahəsi üzərində qanun üzrə vərəsə paylarının vərəsələr arasında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X9 məhkəmə iclasında məhkəməyə ərizə ilə müraciət edərək, mülki işin işin baxılmamış saxlanılmasını və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 məhkəməyə ərizə ilə müraciət edərək, mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iddiaçının vəkili X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirdilər və mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh X5 isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə cavabdeh X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh3 ərizəsini nəzərə alıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh3 qarşı «miras əmlakdan payların müəyyən olunması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar