Məhkəmə qərarları › İş №2(025)-388/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-388/2021

24.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-388/2021 24.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Ayşən Əfqan qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi qızı ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı 04 avqust 1973-cü təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi qızı ərizəsini müdafiə edib göstərdi ki, hal-hazırda Qəbələ rayon Mıxlıqovaq kəndində yaşayır. 04.08.1973-cü il təvəllüdlü qardaşı X7 şizofreniya paranoid forma diaqnozu ilə ağır xəstədir. Anası vəfat etdikdən sonra onunla birlikdə qalır. Hal-hazırda X7 onunla Mıxlıqovaq kəndində yaşayır və daim həmin şəxsə nəzarət edirlər. Ona mütəmadi olaraq ikinci bir şəxsin qulluğu lazımdır. Qardaşı hər gün dərman vasitələri qəbul edir və öz hərəkətlərinin mahiyyətini tam anlamır. Qardaşı ilə bağlı rəsmi qaydada qəyyum təyin edilmədiyi üçün xırda mülki hüquq münasibətlərində çox çətinliklərlə qarşılaşır. Qardaşının mövcud vəziyyətini, əmək qabiliyyətinin olmamasını və ömürlük olaraq ikinci bir şəxsin qulluğuna ehtiyacını nəzərə alaraq onun fəaliyyət qabiliyyəti olmayan şəxs olduğunu məhkəmə tərəfindən rəsmi qaydada təsdiqlənməsi zərurətini yaratmışdır. Odur ki, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, İşdə olan Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafi Nazirliyi Qəbələ 13 saylı Zona Tibbi-Sosial Ekspert Kommissiyasının SEK TSE-01 № 513106 saylı TSEK-də müayinə aktın çıxarışın kötüyündən görünür ki, Qəbələ rayonu, Mıxlıqovaq kəndi sakini 1973-cü il təvəllüdlü X6 17.07.2008-ci il tarixdə təkrar müayinə zamanı TSEK “Şizofreniya paranoid forma rpetsiya mərhələsində” diaqnozu qoyulmuşdur. İşdə olan AZE № 09786762 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 04 avqust 1973-cü ildə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 21.04.2021-ci il tarixli, 850 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X4 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. Bunu anamnestik məlumatlarlar, təqdim edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin hal-hazırki psixi vəziyyəti (anamnestik məlumatlara görə Qarabağ müharibəsində iştirak etməsi, hərbi xidmət zamanı psixi vəziyyətində dəyişikliklər meydana gəlməsi, ilk dövrdə yuxu pozuntusu, qorxu hissləri, şübhələr, həmçinin qavrama aldanmaları biruzə verməsi, müayinələrdə olması, psixiatrik qeydiyyata düşməsi və vəziyyəti ilə əlaqədar psixiatrik xəstəxanalarda, o cümlədən X1 stasionar müalicələrdə olması, hazırda yaşayış yeri üzrə poliklinikanın Şizofreniya paranoid forma, remissiya mərhələsində” dianqozu ilə psixiatrik kabinetində qeydiyyatda olması, təyin edilmiş qoruyucu müalicələri qəbul etməsi, xəstəliyi ilə əlaqədar İİİ qrup əlil olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər ünsiyyətə formal daxil olması, verilən suallara qeyri-adekvat cavablar verməsi, təfəkkürünün paroloqik olması, autikliyi, ayrı-ayrı münasibət sayıqlama ideyalarının biruzə verməsi, hallüsinator təsirə məruz qalması, emosionäl-iradi sferasının enməsi, şəxsiyyətin qüsur əlamətləri biruzə verməsi, öz psixi vəziyyətinə qarşı tənqidinin olmaması və s. sübut edir. X4 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur.X7 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 21.04.2021-ci il tarixli, 850 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi qızına aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 04 avqust 1973-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. 04 avqust 1973-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar