Məhkəmə qərarları › İş №2(025)-405/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-405/2022

07.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-405/2022 07.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi2n, Ərizəçi1n və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, JN-002A, KOD 40616038 və JN-002F, KOD 40616038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin onlara dair hissəsində Ərizəçi2, Ərizəçi1, Nuruzadə (İbrahimova) Aygün Bəxtiyar qızına və JN-0053, KOD 40616038 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara dair hissəsində Ərizəçi2, Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 10 saylı qərarları ilə ataları X2, anaları X10, qardaşı X8 və onlara Ərizəçi2, Ərizəçi1, Nuruzadə (İbrahimova) Aygün Bəxtiyar qızına 0,43 ha və 0.43 ha həyətyanı torpaq sahəsinə görə JN-002A, KOD 40616038 və JN-002F, KOD 40616038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr və 0.90 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə JN-0053, KOD 40616038 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Şəhadətnamələrdə və Dövlət Aktında sonradan onlara məlum olmuşdur ki, ad “İsmail” əvəzinə “İsmayıl”, ata adı “Bəxtiyar” və mərhum babanın adı olan “Qəhrəman” kimi səhvən yazılmışdır. Lakin şəxsiyyət vəsiqələrində, doğum, nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi2, Ərizəçi1 Bəxtiyar oğlu və Nuruzadə (İbrahimova) Aygün Bəxtiyar qızı kimi yazılır. O - X11 02.10.2013-cü ildə X13 ilə nikaha daxil olaraq soyadını “İbrahimova” kimi qeyd etdirmişdir. Hazırda onlara və digər ailə üzvlərinə məxsus torpaq sahələrinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Lakin Şəhadətnamələrdə və Dövlət Aktında ad və ata adı düzgün yazılmadığından bu mümkün deyildir. Şəhadətnamələri və Dövlət Aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən həmin sənədlərdəki yanlışlıqları aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin - yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə Şəhadətnamələrdə və Dövlət Aktında olan yanlışlıqların aradan qaldırılması barədə müraciət olunmuş, müvafiq olaraq 03 fevral 2022-ci il tarixli, **********08 nömrəli məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN- 0053 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən, X3, Ərizəçi1 Bəxtiyar oğlunun, X4, X1, X6, X7 ümumi birgə mülkiyyətinə 0.90 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-002F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən, X3, Ərizəçi1 Bəxtiyar oğlunun, X5, X1, X6, X7 ümumi birgə mülkiyyətinə 0.43 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-002A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən, X3, Ərizəçi1 Bəxtiyar oğlunun, X5, X1, X6, X7 ümumi birgə mülkiyyətinə 0.43 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon Tikanlı kənd soveti tərəfindən verilmiş 15.05.1987-ci il tarixli Xİİ-JQ 351420 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi1 ata adı “Bəxdiyar” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Yengicə kənd İ.Ə.N tərəfindən verilmiş 10.12.2014-cü il tarixli AZ-İ 998130 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi1 ata adı “Bəxdiyar” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 13.07.2015-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Bəxdiyar” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Tüntül kənd İ.Ə.N tərəfindən verilmiş 21.12.2018-ci il tarixli AZ-İV 196692 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi2 adı “İsmail” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Yengicə kənd İ.Ə.N tərəfindən verilmiş 21.12.2018-ci il tarixli AZ-İİ 280256 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi2 adı “İsmail” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 adı şəxsiyyəti təsdiq edən sənəddə “İsmail” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Tüntül kənd İ.Ə.N tərəfindən verilmiş 16.10.2018-ci il tarixli AZ-İV 132612 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi İbrahimova (Nuruzadə) Aygün Bəxtiyar qızının ata adı “Bəxtiyar” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Yengicə kənd İ.Ə.N tərəfindən verilmiş 23.10.2018-ci il tarixli AZ-İİ 280200 saylı nikah haqqında şəhadətnamənin görünür ki, X11 ilə X13 arasında 02 oktyabr 2013-cü il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. Burada ərizəçi İbrahimova (Nuruzadə) Aygün Bəxtiyar qızının ata adı “Bəxtiyar” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 22.10.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Bəxtiyar” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0.43 ha və 0.43 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-002A (Kod: ********) nömrəli və JN-002F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə “Ərizəçi1” əvəzinə “Ərizəçi1 Bəxtiyar oğlu”, “Ərizəçi2” əvəzinə “X9” və “X11” əvəzinə “X12” kimi səhv olaraq, həmçinin 0.90 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-0053 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək “Ərizəçi1” əvəzinə “Ərizəçi1 Bəxtiyar oğlu” və “Ərizəçi2” əvəzinə “X9” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-002A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin, JN-002F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN- 0053 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Ərizəçi2, Ərizəçi1 və İbrahimova (Nuruzadə) Aygün Bəxtiyar qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar