Məhkəmə qərarları › İş №2(025)-408/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-408/2021

30.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-408/2021 30.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə X6, X7, X10, X8 və X4 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN- 089A saylı, kodu 40800038 olan şəhadətnamənin X5 aid hissədə Ərizəçi Niyazi qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə X6, X7, X10, X8 və X4 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-089A saylı, kodu 40800038 olan şəhadətnamədə göstərilmiş hüquq sahiblərinin adının siyahısında 2-ci sırada texniki səhv olaraq Ərizəçi Niyazi qızı əvəzinə X2 qeyd edilmişdir. Qeyd edilən mülkiyyət sənədi üzrə hər bir mülkiyyətçinin paylarının müəyyən edilməsi məqsədilə maraqlı şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, JN-089A saylı, kodu 40800038 olan şəhadətnamədə hüquq sahiblərinin adının siyahısında 2-ci sırada texniki səhv olaraq X1 “Şəfiyeva” əvəzinə “Umarova” adı “Ruhangiz” əvəzinə “Ruhəngiz”, ata adı isə “Niyazi” əvəzinə “Niyaz” kimi qeyd edilmişdir. Qeyd edilən texniki səhvlərə görə əməliyyat aparmaq mümkün olmamışdır. JN-089A saylı, kodu 40800038 olan şəhadətnamədə qeyd edilən texniki səhvlərə məhkəmə vasitəsilə düzəliş edilə bilər. AZE № ******** saylı şəxsiyyət vəsiqəsində düzgün olaraq soyadı “Umarova” yox “Şəfiyeva”, adı “Ruhəngiz” yox “Ruhangiz”, ata adı isə “Niyaz” yox “Niyazi” kimi qeyd edilmişdir.. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-089A nömrəli 40800038 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli, 11 nömrəli qərarına əsasən, X6, X7, X10, X8 və X4 ümumi birgə mülkiyyətinə 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Bum kənd soveti tərəfindən xx xxxx 1960-cı il tarixdə verilmiş İ-İE № 988167 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1960-cı il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, doğum haqqında şəhadətnamədə ərizəçinin tam adı “Ərizəçi” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Bum kənd soveti tərəfindən xx xxxxxx 1983-cü il tarixdə verilmiş İİİ- JQ № 267457 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1983-cü il tarixdə X6 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Umarov, arvada Şəfiyeva soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə ərizəçinin tam adı “Ərizəçi” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş ASAN-Qəbələ mərkəzi tərəfindən verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi tam adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçi və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,20 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-089A nömrəli 40800038 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “Ərizəçi qızı” əvəzinə “X7” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-089A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar