Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-41/2024 30.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı "alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı1 və Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı "alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı "alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ notariat kontorunda (notarius E.Alxasov) X26 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli, reyestr nömrəsi 4Ə-03/334 olan alqı-satqı müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il tarixində Cavabdeh2nın adına verilmiş ********** qeydiyyat nömrəsi olan çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1996-cı il tarixində "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra onlara və digər ailə üzvlərinə də torpaq sahəsi verilmişdir. Belə ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 29 sentyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə X17, X7, İddiaçı1, İddiaçı2 və X11 Qəbələ rayonu ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 5.29 ha torpaq sahəsinə görə JN-0032, KOD 40604078 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında texniki səhv olaraq İddiaçı2 soyadı "Bayramov", sonluq isə "oğlu" kimi qeyd olunmuşdur. Lakin sənəd verildikdən sonra torpaq sahəsi onlara tanıdılmadığından və onun harada yerləşməsini mərhum atası Vahid Bayramov bilmişdir. Həmçinin, mərhum atası həmin torpaq sahəsini əkmədiyi üçün kiməsə icarəyə verdiyini eşitmişdir. Lakin heç vaxt onlara taxıl, torpaq sahəsini əkməyə görə pul verilməmiş və bu barədə maraqlanmamışlar, digər tərəfdən də xx.xx.2000-ci il tarixində qızları X13, xx.xx.2002-ci il tarixində atası X14 və xx.xx.2014-cü il tarixində anası X8 vəfatı ilə əlaqədar ailənin maddi vəziyyəti daha da pisləşmiş, bir müddət torpaq sahəsini əkib-becərmək üçün maddi imkanları olmadıqlarından nəzarətsiz qalmış və həmin torpaq sahəsi ilə maraqlanmamışlar. Təxminən 2 il bundan əvvəl o, onlara və digər mərhum ailə üzvlərinə məxsus kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün olan torpaq sahəsinə notariat ofisində vərəsəlik işinin açılmasına görə DƏDRX-dən çıxarış almaq istəsə də, həmin torpaq sahəsinin mərhum atası tərəfindən onun vəfatından sonra 2005-ci il tarixində alqı-satqı olunaraq Cavabdeh2 satıldığı bildirilmişdir. Onların isə bu alqı-satqıdan xəbərləri olmamışdır. Ona görə də onlar bu məsələnin araşdırılması üçün ilkin olaraq müxtəlif dövlət orqanlarına və Qəbələ rayon prokurorluğuna müraciət etmişlər. Müraciət aidiyyatı üzrə Qəbələ RPŞ-nə göndərilmiş və Qəbələ Rayon Polis X10 müstəntiqi X5 tərəfindən araşdırma aparılmış, xx.xx.2021-ci il və 02012022-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" Qərar çıxarılmışdır. Həmin qərarların sürəti isə onlara xx.xx.2022-ci il tarixində rəsmi olaraq təqdim edilmiş və Qərarın "qərar verdim" hissəsinin 3-cü bəndində 5.29 hektar torpaq sahəsinin alqı-satqısı barədə müqavilənin ləğv edilməklə torpaq sahəsinin geri mülkiyyətinə qaytarmaq üçün mülki qaydada məhkəmə orqanlarına müraciət etməli olduqları izah edilmişdir. Həmçinin, Cavabdeh2 qeyd olunan alqı-satqı müqaviləsi əsasında öz adına xx.xx.2009-cu il tarixində ********** nömrəli mülkiyyət sənədi əldə etmişdir. Ona görə də mülkiyyət hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməli olmuşlar. İddiaya etiraz (iddia müddətinin tətbiqi barədə ərizə): xx.xx.2023-cü il tarixdə Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı "alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. İddianı qəbul etmirlər və aşağıdakılara əsasən rədd edilməsini xahiş edirlər. İddianın rəd edilməsinə əsas ondan ibarətdir ki, hazırki iş üzrə iddiaçılar ümumi iddia müddətini ötürmüşdür, həmçinin iş üzrə cavabdeh vicdanlı alıcıdır. İlk əvvəl bildirir ki, iddiaçılar qeyd edir ki, guya onların alqı satqıdan xəbərləri olmayıb və bu alqı satqının olmasını guya bunlar 2019-cu ildə biliblər. Bununla bağlı iddiaçılar həm məhkəmə iclasında, həm də polis idarəsində izahatlar veriblər. Lakin təyin edilmiş xəttşünaslıq ekspertizasından məlum olur ki, məhz iddianı verən və əsas problem yaradan İddiaçı2 bu işlərdən xəbəri olmuş və məhz özü ölmüş adamın adına etibarnamə verməklə saxtakarlıq etmiş və alqı satqını həyata keçirmişdir. Ekspert rəyində qeyd edilir ki, İddiaçı2 Bayramov Vahidə etibarnamə vermiş və həmçinin Bayramov Vahidin əmlakın satmasına razılıq vermişdir. Həmin vaxtı notarius olmuş X39 İdarəsində verdiyi izahatından da göründüyü kimi qeyd edir ki, satıcılar özləri rəhmətə getmiş adamın yerinə başqa şəxs təqdim etməklə alqı satqını həyata keçirdiblər. Həmçinin həmin vaxtı icra nümayəndəliyi tərəfindən arayış verilmişdir ki, həmin vaxtı Bayramov Vahidin sağ olması qeyd edilmişdir. Ekspert rəyində bəzi sənədlərə İddiaçı2 imza etməsi faktı onu göstərir ki, iddiaçılar məhz özləri alqı satqını realizə etmək üçün başqa şəxsi Bayramov Vahid kimi təqdim etmiş və sənədlərə özləri imza etmişlər. Faktiki olaraq Cavabdeh2 həmin vaxtı Bayramov Vahidi tanımamış və onun vəfat etməsini belə bilməmişdir. Çünki pulu izahatında qeyd etdiyi kimi qardaşı satıcılara vermiş və o ancaq imza edib notariat kontoruna gəlmişdir. Göründüyü kimi iddiaçıların alqı satqıdan xəbərlərinin olmaması kimi məhkəməyə verdiyi yalan ifadələr və sübutlar ekspert rəyi ilə təkzib edilmişdir. Bu da onu sübut edir ki, bu şəxslərin alqı satqıdan xəbəri olmuş və əmlakıın satılmasına razılıq vermişlər. Cavabdeh2 hazırkı iş üzrə vicdanlı alıcıdır. Alıcı olaraq bu şəxs həmin dövrün qaydalarına əsasən satıcılara əlbə-əl pul vəsaiti verməklə notariat kontorunda özü sənədlərə imza etməklə alqı satqı etmiş əmlakı mülkiyyətinə keçirtmişdir. Göründüyü kimi Cavabdeh2 əmlakı qanuni alqı satqı etməklə ona həmin vaxtdan sahiblik etmiş və daima istifadəsində olmuşdur. Sadəcə iddiaçılar torpaq sahələrinin qiyməti Qəbələ rayonunda 2013-cü ildən başlayaraq qalxdığından bu şəxslər müxtəlif yollarla həmin yerdən yenə pul qazanmaq niyyətindədirlər. Yuxarıda qeyd etdiyi kimi iddiaçılar əqdin etibarsızlığı ilə bağlı da iddia müddətini ötürmüşdür. Daşınmaz əmlakla bağlı 6 illik müddəti də ötürmüşdür. Hətta iddiaçılar ümumi iddia müddətini ötürməklə hazırda məhkəmədə iddia qaldırıblar. İddiaçı2 alqı satqı vaxtı sənədləri imzaladığından həmin vaxtı şəxsin ölmüş olduğunu bilirdi və 18 il sonra iddia qaldırması şəxsin qeyri səmimi və başqa niyyətli olduğuna əsas verir. Bu şəxslər indi də cavabdehdən “biraz pul ver səndən əl çəkək” kimi tələblər edirlər. Göründüyü kimi bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə-03/334 saylı alqı satqı müqaviləsinin bağlanmasından 18 ildən çox müddət ötmüşdür və bu vaxta qədər iddiaçılar cavabdehə qarşı məhkəmədə heç bir tələb irəli sürməmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, iddiaçılar qeyd edir ki, onların torpağın alqısatqısından xəbərləri olmamışdır. Xətşünaslıq ekspertizasının rəyindən məlum olmuşdur ki, X31 adından verilmiş etibarnamədə, Fəxrinin adından olan ərizədə və etibarnamənin imzalar siyahısının 3-cü bəndində Bayramov Seyran əlyazmaları X20 tərəfindən icra olunmuşdur. Bayramov Seyranın alqı-satqıdan xəbəri olmuşdur. İddiaçı 4 il bundan qabaq polisə müraciət etmişdir, bəs niyə həmin vaxt alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı iddia qaldırılmamışdır. 18 il sonra iddia qaldırılmışdır. Daşınmaz əmlaka bağlı ümumi iddia müddəti ötmüşdür. Notariusun burada məsuliyyəti olmuşdur. Hal-hazırda notariusun hüquqi varisi Qəbələ regional “Asan xidmət” mərkəzidir. Onlarda üçüncü şəxslərin maddi məsuliyyətinin sığortalanmasına dair hər alqı-satqıdan 5-10 faiz pul depozitə qoyulur. İddia qaldırıla bilərdilər ki, notarius saxta yolla onların torpağı satıb və pullarını onlardan tələb edə bilərlər. Bədirin dediyinə görə pul mərhum qaynanya verilmişdır. Özü dediyinə görə pulu qardaşı vermişdir. Sübutetmə vəzifəsi iddiaçının üzərinə qoyulmuşdur. İddiaçı gəlib sübutlarını təqdim etməlidir. Üstündən 18 il keçdikdən sonra gəlib iddia qaldıırmaq heç bir hüquqa sığmır. İmza faktiki olaraq Seyranın olmuşdur. Məhkəmədən iddia müddətini tətbiq edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Şahid qismində verdiyi izahatında göstərmişdir ki, alqı-satqı müqaviləsi bağlanan zaman nümayəndəlikdə mühasib işləmişdir. O vaxtın “Nikoyl” bankın müdiri olan Seymur müəllim ondan xahiş etmişdir ki, torpaq satan olan zaman ona xəbər versin. Həmin vaxtlarda Bayramov Vahid nümayəndəliyə gəlib-gedir, maddi vəziyyətlərinin pis olduğunu, torpaqları satmaq lazım olduğunu bildirirdi. X34 sənədləri götürüb Seymur müəllimə verdim. Sonra işdən çıxmışam. Qalan məsələlərdən xəbərim yoxdur. Bildiyim odur ki, Seymur müəllim Bayramov Vahidə 2600 manat pulu mənim gözümün qabağında vermişdir. Məhkəmə baxışında Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisi iştirak etməmiş, məhkəməyə xx.xx.2024-ci il tarixli, 218 №-li məktub ünvanlayaraq Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə baxışında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi idarəsinə məhkəmə baxışının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan və məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Notariat Ofisindən daxil olmuş və iş materiallarına əlavə edilmiş JN 0032 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Qəbələ rayon AİK-nın 29 sentyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə X14, X6, İddiaçı1, X15 və X9 birgə mülkiyyətinə 5,29 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Notariat Ofisindən daxil olmuş və iş materiallarına əlavə edilmiş Qəbələ rayon Notariat kontorunun xüsusi notariusu Elxan Alxasov tərəfindən 12 sentyabr 2005-ci il tarixdə, 4Ə-03/334 reyestr nömrəsi ilə qeydə alınmış «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nin surətindən görünür ki, X4 rayonu, Qanıx-Türyançay zonasına aid 5.29 ha torpaq sahəsini 15180000 (on beş milyon yüz səksən min) manata X1. Satılan torpaq sahəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Qəbələ rayon AİK-nin 29 sentyabr 1997-ci il tarixli 18 saylı qərarı ilə verilmiş TMH dair JN-0032 kod 40604078 Dövlət aktına və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin arayışına əsasən, bu torpaq X17 məxsus olmuşdur. Müqavilə bağlanan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646-647-ci maddələrinin məzmunu tərəflərə izah edilmişdir. İş materiallarında olan X22 tərəfindən Qəbələ rayon Notariat kontoruna ünvanlanmış ərizəyədən görünür ki, X26 5.29 ha ailə üzvləri ilə birlikdə satmaq qərarına gəlmiş və bu razılığa X12, İddiaçı1, X23 və X18 imza çəkmişdir. İş materiallarında olan 12 sentyabr 2005-ci il tarixli Qəbələ rayonu Notariat kontoru E.Alxasov tərəfindən təsdiq edilmiş Etibarnaməyə əsasən, X16, İddiaçı1, X23 və X2 Vahid Kazım oğluna JN-0032 saylı (kod ********) 1997-ci il tarixli 18 saylı qərarı ilə verilmiş 5,29 hektar torpaq sahəsinin 5.29 ha sahəsini satmağa , müqaviləni imzalamağa, pulunu almağı və bu tapşırığın yerinə yetiriməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişlər. İş materiallarında olan xx.xx.2005-ci il tarixli X26 tərəfindən Qəbələ rayon Notariat kontoruna ünvanlanmış ərizəyə əsasən, X26 JN-0032 kod 40604078 dövlət aktına əsasən 5.29 ha torpaq sahəsini Cavabdeh2 satmışdır və alqı-satqı müqaviləsinin təsdiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1962/265/3 saylı məktuba əsasən, Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılan arxiv sənədlərinə əsasən Qəbələ rayon, Ovculu kəndi ərazisində yerləşən, 5 nəfər ilə birgə mülkiyyətdə olan JN 0032 kod 40604078 nömrəli dövlət aktı əsasında 5.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qəbələ rayonu Notariat kontorunun xx.xx.2005-ci il tarixli 4Ə-03/334 saylı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 24/144-799-1222 saylı məktubdan görünür ki, İddiaçı2 Sadiq qızının müraciəti əsasında mərhum qaynatası X17 məxsus 5.29 hektar torpaq sahəsinin Qəbələ rayon notariusu tərəfindən saxta imza ilə Cavabdeh2 satılması barədə müraciətiniz əsasında şöbənin İstintaq Bölməsində araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Qəbələ rayon polis X10 baş müstəntiqi, polis mayoru X3 icraatında olan HK-1/147 saylı materialın cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərarın surətindən görünür ki, İddiaçı2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh2 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və İddiaçı2 Sadiq qızının mərhum qaynatası X17 məxsus 5,29 hektar torpaq sahəsinin alqı-satqısı barədə müqavilənin ləğv etdirməklə torpaq sahəsini geri mülkiyyətinə qaytarmaq üçün mülki qaydada məhkəmə orqanlarına müraciət etməli olduğu izah edilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Qəbələ rayon polis X10 baş müstəntiqi, polis kapitanı X3 icraatında olan HK-1/147 saylı materialın cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 mart 2021-ci il tarixli Qərarın surətindən görünür ki, İddiaçı2 ərizəsi ətrafında toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir və İddiaçı2 mərhum qaynatası X17 məxsus 5,29 ha torpaq sahəsini geri mülkiyyətinə qaytarmaq üçün mülki qaydada məhkəmə orqanlarına müraciət etməli olduğu izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3- 42/2-B-00xx-xx/2023 saylı sorğuya cavaba əsasən, X26 və ailə üzvlərinə məxsus olmuş JN-0032 kod 40604078 olan “ torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən Qəbələ rayonu Ovcullu kəndi ərazisində yerləşən 5.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qəbələ rayon notariat kontorunun xx.xx.2009-cu il tarixdə ********** nömrəsi ilə hüquqları dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, xx.xx.2023-cü tarixli, 4/1728 nömrəli ekspertiza rəyindən görünür ki, mülki işin 12-ci vərəqində X14 adından olan ərizədə “İddiaçı1” yazıları qarşısındakı imza, 13-cü vərəqində olan 12 sentyabr 2005-ci il tarixli etibarnamədə “İmzalar” qrafasında “3” rəqəmi qarşısındakı imza və “Баjрамова Сеjран” əlyazmları-İddiaçı2 SADİQ qızı tərəfindən icra olunmuşdur, həmin vərəqədə X14 adından olan ərizədə “4.X23” yazıları qarşısındaki imza-İddiaçı2 tərəfindən yox, başqa şəxs tərərfindən icra olunmuşdur. Həmin notariat işinin 13-cü vərəqində olan 12 sentyabr 2005-ci il tarixli etibarnamədı “imzalar” qrafasında “4” rəqəmi qarşısındaki imza və “Баjрамов Фəхри” əlyazmaları- İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materialında olan xx.xx.2023-cü il tarixli, 45 saylı arayışdan görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 29 sentyabr tarixli 18 saylı qərarı ilə verdiyi mülkiyyət şəhadətnaməsində onun adı texniki səhv olaraq “İddiaçı2 Sadiq oğlu” yazılmışdır. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli Akta əsasən, 29 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarda İddiaçı2 Sadiq qızının adı səhvən “İddiaçı2 Sadiq oğlu” yazılmışdır və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış sənədlərdə qeyd olunan “İddiaçı2 Sadiq oğlu” adı texniki səhvdir və həmin ad doğru olaraq “İddiaçı2 Sadiq qızı” kimi yazılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qəbələ Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, İddiaçı1 X14 vərəsəsidir və miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qəbələ Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, xx.xx.2014-cü il tarixdə vəfat etmiş-X6 vərəsəsi İddiaçı1dur və o miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallarında olan xx.xx.2022-ci il Qəbələ Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, xx.xx.2000-ci il tarixdə vəfat etmiş-X13 vərəsələri: ünvan 3i ünvanında qeydiyyatda olan atası-İddiaçı1 və ünvan 4i ünvanında qeydiyyatda olan arvadı-İddiaçı2 Sadiq qızı və onların hər biri miras əmlakdan 2/1 hissədə irs almalıdırlar. İş materiallarında olan ölüm haqqında AZ-İİ seriyalı 315651 nömrəli şəhadətnaməyə əsasən, X26 xx.xx.2002-ci il tarixdə hipertronik kriz səbəbindən Qəbələ rayonu Ovcullu kəndində vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında AZ-İİ seriyalı 344847 nömrəli şəhadətnaməyə əsasən, X16 xx.xx.2014-ci il tarixdə ürək çatışmamazlığı səbəbindən Qəbələ rayonu Ovcullu kəndində vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında AZ-İİ seriyalı 344848 nömrəli şəhadətnaməyə əsasən, X27 xx.xx.2000-ci il tarixdə böyük betta talasemiya səbəbindən Qəbələ rayonu Ovcullu kəndində vəfat etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı həkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Miragall Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: İşin halları ilə müəyyən olunur ki, JN: 0032 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Qəbələ rayon AİK-nın 29 sentyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə X14, X6, İddiaçı1, X15 və X9 birgə mülkiyyətinə 5,29 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Qəbələ rayon Notariat kontorunun xüsusi notariusu Elxan Alxasov tərəfindən 12 sentyabr 2005-ci il tarixdə, 4Ə-03/334 reyestr nömrəsi ilə qeydə alınmış «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nə əsasən X4 rayonu, Qanıx-Türyançay zonasına aid 5.29 ha torpaq sahəsini 15180000 (on beş milyon yüz səksən min) manata X1. Məhkəmə qeyd edir ki, iddiaçılar mübahisə predmeti olan torpaq sahəsinin alqısatqısına dair Qəbələ rayon Notarait Kontorunun 12 sentyabr 2005-ci il tarixli müqaviləsini qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə mübahisələndlirmişlər. Belə ki, yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Digər tərəfdən, Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddia müddəti keçmişdir. Buna görə də iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmiş olduğu halda belə, iddia müddəti keçdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, mülki mübahisə üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədinin hüquqi müəyyənlik olduğunu, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratdığını, məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etdiyini, mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyub, eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur etdiyini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçılar qanunla müəyyən olunmuş iddia müddətini buraxmaqla (ötürməklə) məhkəmədə iddia qaldırdıqları üçün həmin əsasla da iddia təmin edilməməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, xx.xx.2023-cü tarixli, 4/1728 nömrəli ekspertiza rəyindən göstərilmişdir ki, mülki işin 12-ci vərəqində X14 adından olan ərizədə “İddiaçı1” yazıları qarşısındakı imza, 13-cü vərəqində olan 12 sentyabr 2005-ci il tarixli etibarnamədə “İmzalar” qrafasında “3” rəqəmi qarşısındakı imza və “Баjрамова Сеjран” əlyazmları-İddiaçı2 SADİQ qızı tərəfindən icra olunmuşdur. Göründüyü İddiaçı2 torpaq sahəsinin onların razılığı olmadan satıldığını qeyd etsə də, ekspert rəyi ilə İddiaçı2 həqiqətə uyğun olmadığı, əksinə alqı-satqı müqaviləsindən xəbərdar olmasını göstərir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı "alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı "alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-41/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-41/2024
30.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver