Məhkəmə qərarları › İş №2(025)-423/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-423/2021

16.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-423/2021 16.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı "miras əmlakda payların müəyyən edilməsi" tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı "miras əmlakda payların müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1 (miras qoyandan) Qəbələ rayonunun Vəndam qəsəbəsində istifadədə olan 0,0398 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binasında, Vəndam qəsəbəsində 0,2999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 0.145 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi, İsmayıllı rayonunun Sumağa kəndində mülkiyyətdə olan 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa olunmuş qeyri yaşayış binası üzərində və Qəbələ rayonunun Vəndam qəsəbəsində 4 nəfərin birgə mülkiyyətində 1,0285 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mərhum atasına məxsus payın müəyyən edilməsi və həmin miras əmlakda vərəsə paylarının və həmçinin xx.xx.1998-ci il tarixdən mərhum atası X2 adında qeydiyyatda olan ”VAZ-2106”markalı 36 BB-250 dövlət qeydiyyat nişanlı miras qalmış avtomobil üzərində qanun üzrə miras qalmış avtomobil üzərində qanun üzrə vərəsə paylarının vərəsələr arasında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı iddia tələblərində bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçılar Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən 0,0398 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası, 0,2999 ha və 1,0285 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, 0.145 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi, İsmayıllı rayonunun Sumağa kəndində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa olunmuş qeyri yaşayış binasından üzərində mərhum X2 payının müəyyən edilməsi və həmin torpaq sahələri, həmçinin ”VAZ-2106”markalı 36 BB-250 dövlət qeydiyyat nişanlı miras qalmış avtomobildən vərəsələrin paylarının müəyyən edilməsini xahiş etmişlər. Göründüyü kimi, iddiaçı iddia tələbində bir-biri ilə əlaqəsi olmayan tələbləri birləşdirmişdir. Belə ki, ilk öncə sözügedən torpaq sahələrindən X3 (miras qoyanın) payı müəyyən edilməli və daha sonra iddiaçılar müvafiq icra hakimiyyəti orqanına miras əmlakdan payların müəyyən edilməsi ilə bağlı müraciət etməli, müraciətinə imtina olunduqda isə aidiyatı üzrə məhkəmədə iddia qaldırmalıdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçılar Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən 0,0398 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası, 0,2999 ha və 1,0285 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, 0.145 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi, İsmayıllı rayonunun Sumağa kəndində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa olunmuş qeyri yaşayış binası üzrə mərhum X3 payının müəyyən edilməsini sübut edən sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə hesab edirəm ki, iddia bir-biri ilə əlaqədar olmayan bir neçə tələblə birləşdirilərək verildiyinə, yönələn tələb nədən ibarət olması ərizədə göstərilmədiyinə görə iddia ərizəsinin icraata qəbul edilərək baxılması mümkün deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı "miras əmlakda payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar