Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-425/2020 10.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi3, ərizəçi və digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon x6 26 may 1998-ci i il tarixli 10 saylı qərarı ilə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində 3,91 hektar torpağın mülkiyyətə verilməsinə dair JN-223 saylı Dövlət aktının Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi3 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon x6 26 may 1998-ci i il tarixli 10 saylı qərarı ilə JN-223 saylı Dövlət aktı əsasında Qəbələ rayonu, Çuxur Qəbələ kəndində 3,91 hektar torpaq sahəsini 06.03.2008-ci ildə dünyasını dəyişmiş x2, x3, x12, Ərizəçi1, Ərizəçi3, x7, Ərizəçi2 və x1 təsərüfatı məhsullarının istehsalı məqsədi üçün torpaq sahəsi ayrılmışdır. Torpağın mülkiyyətçisi x9 olmuşdur. Lakin həmin şəhadətnamədə Ərizəçi1 Əmirslan oğlunun ata adı Əsəd, Ərizəçi3 ata adı Əsəd və Ərizəçi2 isə soyadı Şirinov göstərilmişdir. Torpağın mülkiyyətçisi olmuş x9 06.03.2008-ci ildə ölmüşdür. O, Ərizəçi1 və Ərizəçi3 atası, Ərizəçi2 babasıdır. Şəxsiyyətlərini təsdiq edən sənədlərdən görünür ki Ərizəçi1 Əmirslan oğlunun, Ərizəçi3 ata adı Əsəd kimi, Ərizəçi2 soyadı isə Şirinov kimi göstərilmişdir. Göstərilənlərə əsasən AR-nm x23 Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 9 saylı x20 ərizə ilə müraciət edərək Dövlət Aktının Ərizəçi1 Əmirslan oğluna, Ərizəçi3 və Ərizəçi2 məxsus olmasını xahiş etmişlər. Lakin AR-nın x23 Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 9 saylı x25 17.02.2020-ci il tarixli məktubu ilə qeyd olunan səhvlərin düzəldilməsinin onların səlahiyyətində olmadığını və bununla bağlı qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qaydasında həll edilməsinin mümkün olduğunu qeyd edərək məhkəməyə müraciət etməkləri onlara izah etmişdir. Qəbələ rayon x6 26 may 1998-ci i il tarixli 10 saylı qərarı ilə JN-223 saylı Dövlət aktı əsasında Qəbələ rayonu, Çuxur Qəbələ kəndində 3,91 hektar torpaq sahəsini biz öz aramızda bölərək hər birimizə düşəcək payları müəyyənləşdirmək istəyirdilər, lakin Dövlət aktında ata adının və soyadın səhv qeyd olunması onların torpağı bölməyinə maneə yaratdı və bu səbəbdən məhkəməyə müraciə etmək qərarına gəldilər. Odur ki, Ərizəçi3 ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçi və digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 ərizəsinə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-223 (Kod: 40617018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən, x9, x10, x14, Ərizəçi3 Əsəd oğlu, x19, Ərizəçi1 Əsəd oğlu, x13 və x5 mülkiyyətinə 3,91 ha fərdi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayonu, Mirzəbəyli kənd soveti tərəfindən verilmiş 27 mart 1967-ci il tarixli АЗ № ******* saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1967-ci ildə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində doğulmuşdur. Atası x9, anası x4r İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 12.04.2017-ci il tarixdə verilmiş seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1967-ci il tarixdə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində anadan olmuşdur və Qəbələ rayonu, Çuxur Qəbələ kəndində qeydiyyatdadır. İşdə olan Qutqaşen rayonu, Mirzəbəyli kənd soveti tərəfindən verilmiş 07 may 1969-cu il tarixli АЗ № ******* saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx xxx 1969-cu ildə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində doğulmuşdur. Atası x9, anası x4r İş materiallarına əlavə olunmuş seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. İşdə olan Qəbələ rayonu, Çuxur Qəbələ kənd Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 12 iyul 1995-ci il tarixli XİX-ЖГ № 285969 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxx 1995-ci ildə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində doğulmuşdur. Atası Ərizəçi1, anası x11r. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən 31.05.2012-ci il tarixdə verilmiş seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1995-ci il tarixdə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində anadan olmuşdur və Qəbələ rayonu, Çuxur Qəbələ kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin mülkiyyətinə 3,91 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-223 (Kod: 40617018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “Ərizəçi1” əvəzinə “Ərizəçi1 Əsəd oğlu”, “Ərizəçi3” əvəzinə “Ərizəçi3 Əsəd oğlu” və “Ərizəçi2” əvəzinə “x19” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-223 (Kod: 40617018) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-425/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-425/2020
10.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver