Məhkəmə qərarları › İş №2(025)-426/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-426/2021

30.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-426/2021 30.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakları ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum X10 adına verilmiş torpağa mülkiyyət hüququna dair JN-171C və JN-171G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin digər payçı mülkiyyətçilərlə birlikdə eyni zamanda X6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixdə, iddia ərizəsi icraata götürülməkdən əvvəl Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsini maraqlı şəxs kimi tanınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2002-ci il tarixli 17 saylı qərarına əsasən X6 ailə üzvləri ilə birlikdə paylı mülkiyyət hüququ əsasında mülkiyyətlərinə JN-171C saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,36 ha, JN-171G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə isə 0,46 ha torpaq sahəsi verilmişdir. X2 onun anasıdır və ailə üzvləri ondan, X7 və X12 ibarətdir. Paylı mülkiyyətçilərdən biri, eyni zamanda ailə başçısı X11 xx xxxxxxx 2014-cü il tarixdə vəfat etmişdir. Həm JN-171C saylı və həm də JN-171G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə ailə başçısı kimi göstərilən X4 ata adı və öz adında göstərilən adlar ölüm haqqında şəhadətnamədə qeyd edilən ata adı və öz adı ilə düz gəlmir. Belə ki, yuxarıda qeyd edilən torpaq sənədlərində atasının adı Babək, adı isə Nilufər kimi qeyd edilmişdir. Hər iki sənəddə verilən torpaq sahəsi paylı mülkiyyətdədir və payçıların hər birinin mülkiyyətlərinin ayrılıb onların özünə verilməsi və vərəsəlik hüququnun həyata keçirilərək sonra adlarına “Çıxarış” almasında müəyyən problemlər yaranacaqdır. Çünki, X2nın ata adı və adında torpaq sənədində göstərilən ata adı və öz adı ilə düz gəlmir və sənədlərdə müxtəliflik vardır. Lakin, torpaq sənədlərində göstərilən ata adı və öz adı X2na məxsusdur. Adları göstərilən sənədlər hüquqmüəyyənedici sənədlərdir və bu baxımdan həmin sənədlər mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən həmin sənədlərə aydınlıq gətirilməsi zəruridir. O, torpaq sahəsinə dair “Çıxarış” almaq üçün X20 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Oradan rədd cavabı verilmiş və bildirilmişdir ki, məhkəməyə müraciət etməlidir. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkili Vəkil ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və ərizəçinin vəkilini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-171G (Kod:40616028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli 17 nömrəli qərarına əsasən X15, Ərizəçi, X16 və X14 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nohurqışlaq kəndində 0,46 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-171F (Kod:40616028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.2002ci il tarixli 17 nömrəli qərarına əsasən X15, Ərizəçi, X16 və X14 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nohurqışlaq kəndində 0,63 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-171C (Kod:40616028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.2002ci il tarixli 17 nömrəli qərarına əsasən X15, Ərizəçi, X16 və X14 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nohurqışlaq kəndində 0,36 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon İHB-nın Nohurqışlaq kənd İnzibati Ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İ seriyalı, 693271 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2014cü il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü ildə 11 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 56 №-li «Doğum haqqında» arayışdan görünür ki, X11 xx.xx.1943-cü ildə Qəbələ rayonu Nohurqışlaq kəndində doğulmuşdur. X1, anası X3r. İşdə olan xx xxxxx 1971-ci il tarixli, AЗБ seriyalı, 074279 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə Qutqaşen rayonu Nohurqışlaq kəndində doğulmuşdur. X5, anası X9r. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli **********25 nömrəli məktubundan görünür ki, JN-171F, JN-171G, JN- 171C nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində doğulmuş, Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 2002-ci il tarixli, 17 saylı qərarına əsasən X15, Ərizəçi, X16 və X14 birgə mülkiyyətlərinə verilmiş JN-171C və JN-171G nömrəli (kod:40616028) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə X2nın adı səhvən «Nilufər», ata adı səhvən «Babək» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamələrdə yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət, vərəsəlik və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın xx xxxxxx 2002-ci il tarixli, 17 saylı qərarına əsasən X15, Ərizəçi, X16 və X14 birgə mülkiyyətlərinə verilmiş JN-171C və JN-171G nömrəli (kod:40616028) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin digər payçılarda birlikdə X2na məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar