Məhkəmə qərarları › İş №2(025)-429/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-429/2020

11.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-429/2020 11.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (əri) Nümayəndə, iddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X22 nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X29 və Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı "çıxarış və bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X29 və Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı "çıxarış və bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qanunsuz və əsassız əldə olunmuş Cavabdeh1 adına verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4Ə-348 nömrəli və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4Ə-347 nömrəli daşınmaz əmlakın bağışlanması müqavilələrinin və onların əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixdə Cavabdeh3 adına verilmiş Seriya RX ******* nömrəli və xx.xx.2016-cı il tarixdə Cavabdeh2 adına verilmiş Seriya RX ******* nömrəli Çıxarışların etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xx xxx 2020-ci il tarixdə keçirilən iclasda Qəbələ rayonu Nohurqışlaq kənd İnzibati Ərazi nümayəndəliyini mülki iş üzrə cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi cəlb etmişdir. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1983-cü ildə Qəbələ rayonunda anadan olmuşdur. Qəbələ rayonu X6 xx xxxxxx 2002-ci il tarixli, 17 saylı qərarı ilə ona, yəni - Əhmədova (Ağayeva) Kamilə Yaqub qızına və digər ailə üzvləri-Cavabdeh1, X9, Əhmədov (Əhmədli) Anar Yaqub oğlu, X7, X14 Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindən 0,32 ha həyətyanı torpaq sahəsinə görə onlara JN-004F, KOD 40616028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və Qəbələ rayonu ərazisindən 1,51 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsinə görə onlara JN-0584, KOD 40616028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Həmçinin, torpaq sənədlərində adı səhvən “Kamilə” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqəsində, doğum və nikah haqqında şəhadətnamələrində və digər sənədlərdə “Kamilə” kimi qeyd edilmişdir. xx xxxx 2003-cü il tarixdə Nümayəndə Şöhrət oğlu ilə nikaha daxil olaraq, “Ağayeva” soyadını qəbul etmişdir. Atası Cavabdeh1 JN-004F, KOD 40616028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə birgə mülkiyyətə verilmiş 0,32 ha torpaq sahəsindən və JN-0584, KOD 40616028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə birgə mülkiyyətlərinə verilmiş Nohurqışlaq kəndində qalan 0,723353 ha torpaq sahəsindən payının ayrılaraq verilməsini xahiş etsə də, atası cavabında onu övladlıqdan çıxartdığını və heç bir torpaq sahəsi verməyəcəyini bildirmişdir. Sonradan o mülkiyyət sənədlərini sorğu əsasında DƏDRX-nin 9 saylı Ərazi İdarəsindən əldə etdikdə onun da torpaq payının olduğu JN-004F, KOD 40616028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə birgə mülkiyyətlərinə verilmiş 0,32 ha torpaq sahəsinə, onun adına yazılmış və saxta imza ilə imzalanmış, hər hansı notarius tərəfindən təsdiqlənməmiş ərizə əsasında qanunsuz, saxta yolla atası Cavabdeh1 öz adına rəsmiləşdirmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixində Seriya MA ******* nömrəli Çıxarış əldə etmişdir. xx.xx.2015-ci il tarixdə isə Qəbələ rayon Notariat Kontorunda 4Ə-348 nömrəli və 4Ə-347 daşınmaz əmlakın bağışlanma müqavilələri bağlayaraq 0.17 ha torpaq sahəsini Cavabdeh2 və 0.15 ha torpaq sahəsini isə Cavabdeh3 bağışlamışdır.Həmin bağışlanma müqavilələri əsasında müvafiq olaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixdə Cavabdeh3 adına Seriya RX ******* nömrəli və xx.xx.2016-cı il tarixdə Cavabdeh2 adına Seriya RX ******* nömrəli Çıxarışlar əldə olunmuşdur. Onun isə bütün bu sənədləşmələrdən xəbəri olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (əri) Nümayəndə Şöhrət oğlu və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələblərinin tam edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, qızı İddiaçı ilə münasibətləri həmişə normal olmuşdur. Axır səkkiz ayda isə münasibətləri korlanmışdır. Ona Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 9 saylı X20 zəng gələrək bildirilmişdir ki, guya onlar saxta sənəd düzəldərək qızının əlindən torpaq payını almışlar. Bundan sonra o, qızının həyat yoldaşına zəng etmiş və nə baş veridiyini soruşmuşdur. Qızının həyat yoldaşı Nümayəndə ona bildirmişdir ki, guya İddiaçı düşən torpaq payını saxta yollarla öz adlarına rəsmiləşdirmişlər. İndi isə onlar torpaq payını əllərindən alacaqlar. Lakin onlar heç bir saxta sənəd düzəldərək torpaq paylarını öz adlarına rəsmiləşdirməmişlər. Torpaq sənədlərini adlarına rəsmiləşdirərkən qızı ilə münasibətləri normal olmuş və o, özü sənədlərə qol çəkmişdir. İndi isə deyir ki, o, qol çəkməmişdir. Qızı İddiaçıye həmin torpaq sahəsindən pay verilməsinə etiraz etmir. Məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 0.32 ha torpaq sahəsindən imtina edilərkən bacısı Əhmədova (Ağayeva) Kamilə Yaqub qızı ilə münasibətləri normal olmuşdur. Buna görə də sənədlərdə heç bir saxtakarlıq olmadığını düşünür.Bacısı İddiaçıye həmin torpaq sahəsindən pay verilməsinə etiraz etmir. Ekspertiza rəyi ilə razı deyildir, çünki saxta sənəd düzəltməmişlər. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, qardaşı Cavabdeh3 və bacıları Əhmədova (Ağayeva) Kamilə Yaqub qızı, X2 rayon Nohurqışlaq kəndi ərazisindən JN-004F, KOD 40616028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə onlara verilmiş torpaq payından 2012-ci ildə imtina etmişlər. Bundan sonra ataları Cavabdeh1 həmin torpaq sahəsini öz adına rəsmiləşdirmiş və 2016-ci il tarixdə həmin torpaq sahəsini iki oğluna, yəni ona 0.17 ha və Cavabdeh3 0.15 ha hissəsini bağışlamışdır. 1,51 ha kənd təssərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsi isə olduğu kimi qalır, yəni orada bağışlanma və yaxud paydan imtina edilməmişdir. Bacısına hal-hazırda həmin torpaq sahəsindən pay verilməsinə etiraz etmir. Lakin ekspertiza rəyi ilə razı deyil. Beləliklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini göstərmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X22 nümayəndəsi X3 izahatında göstərmişdir ki, JN - 004F saylı (kod 40616028) şəhadətnaməyə əsasən Cavabdeh1 ailə üzvləri X10, X16, Cavabdeh3, X15, X21 ilə birlikdə 0.32 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi X10, X16, Cavabdeh3, X15 və X11 ƏMDK yanında DƏDRX-nin Qəbələ rayon Ərazi idarəsinin rəisi H.Ağayevaya yazmış olduqları və Qəbələ Rayon İcra Hakimiyyəti Nohurqışlaq kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən təsdiqlənmiş ərizələrə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012-cı il tarixdə verilmiş MA seriyalı ******* №li Çıxarışa əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Daha sonra Cavabdeh1 ilə Cavabdeh2 və Cavabdeh3 arasında x xxx 2015-ci il tarixli bağışlama müqavilələri bağlanmışdır. Bu bağışlama müqavilələrinə əsasən idarə tərəfindən Cavabdeh3 və Cavabdeh2 müvafiq çıxarışlar verilmişdir. Həmçinin Qəbələ Rayon İcra Hakimiyyəti Nohurqışlaq kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən təsdiqlənmiş ərizələrə əsasən müvafiq Çıxarışın verilməsi qanuni olmuşdur və həmin dövrdə bu hallara çox rastlanmışdır. Ekspertizanın rəyinə etiraz etmirlər. Müvafiq qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə baxışıda cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisi iştirak etməmiş, məhkəməyə xx.xx.2020-ci il tarixli, 558 №-li məktub ünvanlayaraq Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Qəbələ rayonu Nohurqışlaq kənd İnzibati Ərazi nümayəndəliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin və cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Qəbələ rayonu Nohurqışlaq kənd İnzibati Ərazi nümayəndəliyin nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materialında olan torpağın mülkiyyətə verilməsinə dair JN - 004F saylı (kod 40616028) şəhadətnamədən görünür ki, Qəbələ rayonu X6 xx.xx.2002-ci il tarixli 17 saylı qərarı ilə Cavabdeh1 ailə üzvləri X10, X16, Cavabdeh3, X15, X21 ilə birlikdə 0.32 ha torpaq sahəsi verilmişdir. Şəhadətnamədə torpaq sahələrinin ölçüsü, planı, qonşu torpaqlar barədə və sair zəruri məlumatlar qeyd edilməklə, tərəflərin həmin torpaq sahəsi üzərində hüquqları təsbit edilmişdir. İş materiallarında olan və məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “ASAN XİDMƏT” X4 daxil olmuş və iş materiallarına əlavə edilmiş Qəbələ rayon Notariat kontorunun xüsusi notariusu Elxan Alxasov tərəfindən x xxx 2015ci il tarixdə, 4Ə-348 reyestr nömrəsi ilə qeydə alınmış «Daşınmaz əmlakın bağışlanması müqaviləsi»nin surətindən görünür ki, Cavabdeh1 Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.32 ha torpaq sahəsindən 0.17 ha torpq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 121.7 kv/m, yaşayış sahəsi 64 kv/m, yardımçı sahəsi 57.7 kv/m olan fərdi yaşayış evinin ona məxsus hissədən Cavabdeh2 bağışlanmışdır. Bağışlanan torpaq sahəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr № si **********47-10301, qeydiyyat № si ********** qeydiyyat tarixi xx.xx.2012 olan çıxarış Cavabdeh1 (hədiyyə verənə) məxsusdur. Bağışlanan torpaq sahəsi 100000 (yüz min) manat qiymətləndirilmişdir. Müqavilə bağlanan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-cü maddələrinin məzmunu tərəflərə izah edilmişdir. İş materiallarında olan və məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “ASAN XİDMƏT” X4 daxil olmuş və iş materiallarına əlavə edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012-cı il tarixdə verilmiş MA seriyalı ******* №li Çıxarışın surətinə görə Qəbələ rayonu, Nohurqışlaq kəndində 0.32 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “ASAN XİDMƏT” X4 daxil olmuş və iş materiallarına əlavə edilmiş Qəbələ rayon Notariat kontorunun xüsusi notariusu Elxan Alxasov tərəfindən x xxx 2015ci il tarixdə, 4Ə-347 reyestr nömrəsi ilə qeydə alınmış «Daşınmaz əmlakın bağışlanması müqaviləsi»nin surətindən görünür ki, Cavabdeh1 Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.32 ha torpaq sahəsindən 0.15 ha torpq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 95.8 kv/m, yaşayış sahəsi 57.5 kv/m, yardımçı sahəsi 38.3 kv/m olan fərdi yaşayış evinin ona məxsus hissədən Cavabdeh3 bağışlanmışdır. Bağışlanan torpaq sahəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr № si **********47-10301, qeydiyyat № si ********** qeydiyyat tarixi xx.xx.2012 olan çıxarış Cavabdeh1 (hədiyyə verənə) məxsusdur. Bağışlanan torpaq sahəsi 100000 (yüz min) manat qiymətləndirilmişdir. Müqavilə bağlanan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-cü maddələrinin məzmunu tərəflərə izah edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri ̇Dövlət Komı̇təsı̇ni yanında Daşınmaz Əmlakın Dövlət Reyestri ̇Xı̇dmətı̇nin 9 saylı Qəbələ Ərazı̇ İdarəsı̇ndən daxil olmuş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012-cı il tarixdə verilmiş MA seriyalı ******* №li Çıxarışın surətinə görə Qəbələ rayonu, Nohurqışlaq kəndində 0.32 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri ̇Dövlət Komı̇təsı̇ni yanında Daşınmaz Əmlakın Dövlət Reyestri ̇Xı̇dmətı̇nin 9 saylı Qəbələ Ərazı̇ İdarəsı̇ndən daxil olmuş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* №li Çıxarışın surətinə görə Qəbələ rayonu, Nohurqışlaq kəndində 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 95,8 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş «Fərdi yaşayış evinin texniki pasportu»nun təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2016-ci il tarixdə Cavabdeh3 adına 406-78/723 inventar nömrəli «Fərdi yaşayış evinin texniki pasportu» tərtib edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri ̇Dövlət Komı̇təsı̇ni yanında Daşınmaz Əmlakın Dövlət Reyestri ̇Xı̇dmətı̇nin 9 saylı Qəbələ Ərazı̇ İdarəsı̇ndən daxil olmuş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* №li Çıxarışın surətinə görə Qəbələ rayonu, Nohurqışlaq kəndində 0.17 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 121,7 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş «Fərdi yaşayış evinin texniki pasportu»nun təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2016-ci il tarixdə Cavabdeh2 adına 406-78/302 inventar nömrəli «Fərdi yaşayış evinin texniki pasportu» tərtib edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri ̇Dövlət Komı̇təsı̇ni yanında Daşınmaz Əmlakın Dövlət Reyestri ̇Xı̇dmətı̇nin 9 saylı Qəbələ Ərazı̇ İdarəsı̇ndən daxil olmuş və iş materiallarına əlavə edilmiş ƏMDK-si yanında DƏDRX-i Qəbələ rayon ərazi idarəsinin rəisi H.Ağayeva Qəbələ rayon Nohurqışlaq kənd sakini X16 tərəfindən yazılmış Ərizənin əslindən görünür ki, X25 rayon Nohurqışlaq kəndində atası Cavabdeh1 adına olan torpaq sahəsi və evi onun adına sənədləşməsinə razı olmuş və bunu öz imzası ilə təsdiq etmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, xx.xx.2020-ci tarixli, 4/310 nömrəli ekspertiza rəyindən görünür ki, mülki işin 168-ci vərəəsində olan X12 adından olan ərizədəki yazılar və “İmza: Əhmədova Kəmalə” yazıları qarşısındakı imza X17 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayon Vəndam kənd İƏN tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, ll-AZ seriyalı, 032986 №-li “nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Nümayəndə Şöhrət oğlu ilə X5 xx xxxx 2003-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 04 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. İş materiallarında olan Qutqaşen rayonu Tüntül kənd soveti tərəfindən verilmiş xx.xx.1983-cü il tarixli, lX-JQ seriyalı, 363704 №-li “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə, Qutqaşen rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında həmin tarixdə 62 № ilə qeyd edilmişdir. Atası Cavabdeh1, anası X13r. İş materiallarında olan Qəbələ Rayon İHB Vəndam qəsəbəsi İƏ tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 1201 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1957-ci il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində doğulmuş, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ Rayon, Nohurqışlaq kənd İƏD tərəfindən verilmiş xx xxx 2015ci il tarixli, 297 nömrəli arayışdan görünür ki, Cavabdeh1 həqiqətən Qəbələ rayonu, Nohurqışlaq kəndində yaşayır, ailə tərkibi – arvadı İddiaçı, oğlu Cavabdeh2dur İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AZE seriyalı, 04523104 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1957-ci il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində doğulmuş, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1988-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan AA0893828 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1996-cı ildə doğulmuşdur. İş materiallarında olan AA0226358 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə doğulmuşdur. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə Şöhrət oğlu xx.xx.1981-ci il tarixdə Abşeron rayon Ceyranbatan qəsəbəində doğulmuş, Qəbələ rayon, Vəndam qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu 8 təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. “S.Bayramovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının XXXX-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun XXXX-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququ hamılıqla qəbul olunan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən hüquqi dövlətin və demokratik cəmiyyətin təməl daşlarından biri hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 2-ci bəndinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 3-cü bəndinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2.-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Azərbaycan Respublikasında torpaq münasibətlərini, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsini və torpaq üzərində hüquqların müdafiəsini, torpaqlardan səmərəli istifadə və onların mühafizəsini tənzimləyən əsas qanunvericilik aktlarından biri Torpaq Məcəlləsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 103-cü maddəsinin İ bəndinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq İcra Hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin İ bəndinə əsasən torpaq üzərində hüquqların Dövlət qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinin tələblərinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerqurulu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilələrin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Beləliklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, JN - 004F saylı (kod 40616028) şəhadətnaməyə əsasən Qəbələ rayonu X6 xx.xx.2002-ci il tarixli 17 saylı qərarı ilə Cavabdeh1 ailə üzvləri X10, X16, Cavabdeh3, X15, X21 ilə birlikdə 0.32 ha torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsi, Qəbələ rayonu, Nohurqışlaq kəndində 0.32 ha torpaq sahəsi X10, X16, Cavabdeh3, X15 və X11 ƏMDK yanında DƏDRX-nin Qəbələ rayon Ərazi idarəsinin rəisi H.Ağayevaya yazmış olduqları və Qəbələ Rayon İcra Hakimiyyəti Nohurqışlaq kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən təsdiqlənmiş ərizələrə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012-cı il tarixdə verilmiş MA seriyalı ******* №li Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daha sonra Cavabdeh1 ilə Cavabdeh2 arasında Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.32 ha torpaq sahəsindən 0.17 ha torpq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 121.7 kv/m, yaşayış sahəsi 64 kv/m, yardımçı sahəsi 57.7 kv/m olan fərdi yaşayış evinin bağışlanmasına dair x xxx 2015-ci il tarixli müqavilə bağlanmışdır. Bu bağışlama müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* №li Çıxarışa əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndində 0.17 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 121,7 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin Cavabdeh1 ilə Cavabdeh3 arasında Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0.32 ha torpaq sahəsindən 0.15 ha torpq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 95.8 kv/m, yaşayış sahəsi 57.5 kv/m, yardımçı sahəsi 38.3 kv/m olan fərdi yaşayış evinin bağışlanmasına dair x xxx 2015-ci il tarixli müqavilə bağlanmışdır. Bu bağışlama müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* №li Çıxarışa əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndində 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 95,8 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı ƏMDK yanında DƏDRX-nin Qəbələ rayon Ərazi idarəsinin rəisi H.Ağayevaya onun adından yazılmış və Qəbələ Rayon İcra Hakimiyyəti Nohurqışlaq kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən təsdiqlənmiş ərizədəki sözlərin və imzanın ona məxsus olmadığını, saxta yolla cavabdeh (atası) Cavabdeh1 öz adına rəsmiləşdirdiyini, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixində Seriya MA ******* nömrəli Çıxarış əldə etdiyini bildirmişdir. Bu səbəbdən Cavabdeh1 ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 4Ə-348 nömrəli və 4Ə-347 daşınmaz əmlakın bağışlanma müqavilələrinin və həmin bağışlanma müqavilələri əsasında müvafiq olaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixdə Cavabdeh3 adına Seriya RX ******* nömrəli və xx.xx.2016-cı il tarixdə Cavabdeh2 adına Seriya RX ******* nömrəli Çıxarışların etibarsız hesab edilməsini tələb edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 isə heç bir saxtakarlıq etmədiklərini və bu səbəbdən iddianın rədd edilməsini xahiş edirlər. Məhkəmənin xx xxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının vəsatəti əsasında məhkəməxəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertiza qarşısında “ƏMDK yanında DƏDRX-nin Qəbələ rayon Ərazi idarəsinin rəisi H.Ağayevaya Qəbələ rayon Nohurqışlaq kənd sakini X16 tərəfindən yazılmış və Qəbələ Rayon İcra Hakimiyyəti Nohurqışlaq kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən təsdiqlənmiş ərizədəki Əhmədova Kamilə sözünün qarşısındakı imza və orada yazılmış ifadələr İddiaçı tərəfindən icra olunmuşdurmu?” sualı qoyulmuş və və ekspertizanın mülki işin materiallarına əlavə edilmiş İddiaçı imza nümunələrinin müqayisəsi əsasında aparılması tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, xx.xx.2020-ci tarixli, 4/310 nömrəli ekspertiza rəyindən görünür ki, mülki işin 168-ci vərəqəsində olan X16 adından olan ərizədəki yazılar və “İmza: Əhmədova Kəmalə” yazıları qarşısındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Mülki qanunvericiyilinin tələblərinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (maddə 213.1). Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir (maddə 215.1).Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir (maddə 215.5). Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə isə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir (maddə 215.6). Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Göründüyü kimi, JN - 004F saylı (kod 40616028) şəhadətnaməyə əsasən Qəbələ rayonu X6 xx.xx.2002-ci il tarixli 17 saylı qərarı ilə Cavabdeh1 ailə üzvləri X10, X16, Cavabdeh3, X15, X21 ilə birlikdə 0.32 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onların birgə mülkiyyəti olmuşdur. Ona görə də həmin torpaq sahəsinin Cavabdeh1 adına qeydə alınması üçün X10, X16, Cavabdeh3, X15 və X11 razılığı əsasında həyata keçirə bilərdi. Lakin keçirilmiş ekspertiza tədqiqatı nəticəsində müəyyən olundu ki, ƏMDK yanında DƏDRX-nin Qəbələ rayon Ərazi idarəsinin rəisi H.Ağayevaya Qəbələ rayon Nohurqışlaq kənd sakini X16 tərəfindən yazılmış və Qəbələ Rayon İcra Hakimiyyəti Nohurqışlaq kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən təsdiqlənmiş ərizədəki Əhmədova Kamilə sözünün qarşısındakı imza və orada yazılmış ifadələr İddiaçı tərəfindən icra olunmamışdır. Məhz Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012-cı il tarixdə verilmiş MA seriyalı ******* №li Çıxarışa əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndində 0.32 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına rəsmiləşdirilməsinə səbəb olan sənəd İddiaçı tərəfindən imzalanmamışdır. Cavabdehlər tərəfindən isə ərizənin İddiaçı tərəfindən imalanmamasını təkzib edən sübutlar və ya şahid ifadələri məhkəməyə təqdim edilməmişdir, o halda məhkəmədə olan mövcud sübut (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, xx.xx.2020-ci tarixli, 4/310 nömrəli ekspertiza rəyi) öz hüquqi əhəmiyyətini qoruyur. Azərbaycan Respublikası MPM-nin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 355.1-ci maddəsinin tələbinə görə isə əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, məhkəmə hesab edir ki, 0,32 ha torpaq sahəsi İddiaçı ilə Cavabdeh1 ailə üzvləri X10, X16, Cavabdeh3, X15, X11 ümumi mülkiyyəti olduğundan, buna görə də həmin sahənin özgəninkiləşdirilməsi barədə əqd bağlanarkən iddiaçının razılığı tələb olunduğundan, lakin belə bir razılıq alınmadığından, yəni razılığın verilməsi barədə ərizənin iddiaçı tərəfindən yazılmadığı və onun tərəfindən imzalanmadığı müəyyən edildiyindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh1 adına verilmiş MA seriyalı, ******* nömrəli çıxarış, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4Ə-348 nömrəli və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4Ə-347 nömrəli daşınmaz əmlakın bağışlanması müqavilələri və onların əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixdə Cavabdeh3 adına verilmiş Seriya RX ******* nömrəli və xx.xx.2016-cı il tarixdə Cavabdeh2 adına verilmiş Seriya RX ******* nömrəli Çıxarışlar etibarsız hesab edilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan ekspert rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər hansı bir dəlil cavabdehlər tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdehlərin iddiaçının mülkiyyətinə qanunsuz müdaxiləsi sübuta yetirilir. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Cavabdehlər iddianın əsaslı olmamasını və ekspert rəyinin əsassız olmasına istinad etsələr də, bu barədə hər hansı sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh1 adına verilmiş MA seriyalı, ******* nömrəli çıxarış, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4Ə-348 nömrəli və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4Ə-347 nömrəli daşınmaz əmlakın bağışlanması müqavilələri və onların əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixdə Cavabdeh3 adına verilmiş Seriya RX ******* nömrəli və xx.xx.2016-cı il tarixdə Cavabdeh2 adına verilmiş Seriya RX ******* nömrəli Çıxarışlar etibarsız hesab olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar