Məhkəmə qərarları › İş №2(025)-429/2022

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-429/2022

22.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-429/2022 22.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı "hüquq əhəmiyyətli faktın müəyyən edilməsi" tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyə n e t d i m: Ərizəçi hüquq əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-in 22 dekabr 1998 ci-il tarixli, 65 saylı qərarına əsasən X2, Ərizəçi Abbas oğlu və X1 adına verilmiş JN-103A nömrəli 40715028 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin ona aid hissədə yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri əlaqəli şəkildə araşdıraraq hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Lakin ərizəçi qeyd edilən faktın təsdiq edən lazımi sənədlərin şəxsən özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən başqa qaydada ala bilməməsi barədə hər hansı bir təsdiqedici sənəd ərizəsinə əlavə etməmişdir. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin **********01 saylı, 05 avqust 2021-ci il tarixli məktubundan görünür ki müvafiq icra hakimiyyəti orqanına “X2” adlı şəxs tərəfindən müraciət olunmuş, lakin həmin şəxsin Ərizəçi səlahiyyətli nümayəndəsi olduğu ərizəyə əlavə olunmuş sənədlərlə sübuta yetirilməmişdir. Göründüyü kimi ilkin olaraq ərizəçi və ya səlahiyyətli nümayəndəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanına müraciət edilməli, JN-103A nömrəli 40715028 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi məxsus olmasının müəyyən edilməsinin mümkünsüzlüyü müəyyən edildikdən sonra belə bir maneənin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət edilməldir. Ərizəçi göstərilən qaydaya əməl etmədiyindən hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi ilə bağlı mübahisənin mövcud olmasının müəyyən edilməsi istisna olunur. Azərbaycan Respublikası MPM-nin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəlləsinin 152.2.-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə icraata qəbul edilmədən geri qaytarılmalı və ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1., 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara a l d ı m: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı "hüquq əhəmiyyətli faktının müəyyən edilməsi" tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar