Məhkəmə qərarları › İş №2(025)-431/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-431/2022

12.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-431/2022 12.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi1 və Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi (bacısı) Nümayəndə iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 nömrəli qərarına əsasən, X12, X7, X5, X2 adına verilmiş JN-144 (Kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının, JN-144A (Kod ********) nömrəli, JN-144B (Kod ********), JN-144F (Kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamələrin onlara aid hissədə onlara, yəni Ərizəçi1, Mamedova (Xasməmmədova) Sülhiyə Şakir qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 12 may 2022-ci il tarixdə ərizəçilər Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdirlər ki, ərizə tərtib edilərkən, JN-144 (Kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında, JN-144A (Kod ********) nömrəli, JN-144B (Kod ********), JN-144F (Kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamələrdə 1-ci sırada adı qeyd olunmuş Ərizəçi1 Zakir oğlu əvəzinə X6 qeyd etmişlər. Odur ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 nömrəli qərarına əsasən, Ərizəçi1 Zakir oğlu, X7, X5, X2 adına verilmiş JN-144 (Kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının, JN-144A (Kod ********) nömrəli, JN-144B (Kod ********), JN-144F (Kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamələrin onlara aid hissədə onlara, yəni Ərizəçi1, Mamedova (Xasməmmədova) Sülhiyə Şakir qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, ölkədə aparılan torpaq islahatı zamanı Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən, X12, X7, X5, X4 Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvəzsiz olaraq verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-144 (kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında Ərizəçi1 səhvən ata adı “Zakir”, Mamedova (Xasməmmədova) Sülhiyə Şakir qızının səhvən adı “Sülhiyyə” kimi qeyd olunub. Həmçinin, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən X12, X7, X5, X4 Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-144A (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə Ərizəçi1 səhvən ata adı “Zakir”, Mamedova (Xasməmmədova) Sülhiyə Şakir qızının səhvən adı “Sülhiyyə” kimi qeyd olunub. Həmçinin, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən onların istifadələrində olan və Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq onların mülkiyyətlərinə verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN- 144B (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi1 səhvən ata adı “Zakir”, Mamedova (Xasməmmədova) Sülhiyə Şakir qızının səhvən adı “Sülhiyyə” kimi qeyd olunub. Həmçinin, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən onların istifadələrində olan və Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,98 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq onların mülkiyyətlərinə verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-144F (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə Ərizəçi1 səhvən ata adı “Zakir”, Mamedova (Xasməmmədova) Sülhiyə Şakir qızının səhvən adı “Sülhiyyə” kimi qeyd olunub. Nə onlar, nə də ailə üzvlərinin heç biri uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etsə də, həmin idarə tərəfindən ona ünvanlanmış 24 dekabr 2021-ci il tarixli, **********97 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyən edici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahəiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olması tövsiyyə olunmuşdur. Şəxsiyyətlərini təsdiq edən şəxsiyyət vəsiqələrində, “doğum haqqında şəhadətnamə”lərdə, “Nikah haqqında şəhadətnamə”də soyadları, adları və ata adları düzgün qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi1 və Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi (bacısı) Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, Ərizəçi1 və Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi (bacısı) Nümayəndə dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarında olan JN-144F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən Ərizəçi1 Zakir oğlunun, X3, X1 və X2 birgə mülkiyyətinə JN- 144F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,98 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-144A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən Ərizəçi1 Zakir oğlunun, X3, X1 və X2 birgə mülkiyyətinə JN- 144A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,31 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-144B (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən Ərizəçi1 Zakir oğlunun, X3, X1 və X2 birgə mülkiyyətinə JN- 144B (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,14 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-144 (Kod: ********) nömrəli «Torpağa mülkiyyətə hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən Ərizəçi1 Zakir oğlunun, X3, X1 və X2 birgə mülkiyyətinə JN-144 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 65 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan «Doğum haqqında» şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, ərizəçilərin soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1 və X8. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1 və Ərizəçi2. İşdə olan «Nikah haqqında» şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, ərizəçilərin soyad, ad və ata adları nikahda daxil olmamışdan əvvəl aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1 və X8. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 24 dekabr 2021-ci il tarixli **********97 nömrəli məktubundan görünür ki, JN-144F, JN-144A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə, JN-144 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Nic qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli, 92 nömrəli arayışda göstərilmişdir ki, Ərizəçi1 adı, soyadı və atasının adı JN-144A kod 40600068, JN-144B kod 40600068, JN-144F kod 40600068 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə və JN-144 kod 40600068 nömrəli dövlət aktında texniki səhv olaraq Ərizəçi1 Zakir oğlu kimi yazılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarlarına əsasən Ərizəçi1 Zakir oğlunun, X3, X1 və X2 birgə mülkiyyətlərinə verilmiş JN-144F, JN-144A və JN-144B nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə və JN-144 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi1 ata adı səhvən “Zakir”, Ərizəçi2 adı səhvən “Sülhiyyə” kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamələrdə və dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamələr və dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməzlər. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi2 soyadının əvvəlcə Xasməmmədova, nikaha daxil olduğdan sonra Mamedova olduğundan, bu məsələyə də məhkəmə münasibət bildirərək onun soyadının Mamedova (Xasməmmədova) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarlarına əsasən Ərizəçi1 Zakir oğlunun, X3, X1 və X2 birgə mülkiyyətlərinə verilmiş JN-144F, JN-144A və JN-144B nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin və JN-144 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi1 və Mamedova (Xasməmmədova) Sülhiyə Şakir qızına aid hissədə Ərizəçi1 və Mamedova (Xasməmmədova) Sülhiyə Şakir qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar