Məhkəmə qərarları › İş №2(025)-444/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-444/2023

11.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-444/2023 11.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X1 və Satış İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında əsassız hesablanmış borc pulun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: akt əsasında əsassız hesablanmış borc pulun silinməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçıcavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X1 və Satış İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında əsassız hesablanmış borc pulun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X1 və Satış İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında əsassız hesablanmış borc pulun silinməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək,"xxxx" ASC-nin X2 və Satışı İdarəsi vəzifəli şəxsinin 16 mart 2020-ci il tarixli aktı əsasında barəmdə hesablanmış 658,99 manat cərimənin silinməsinə dairqətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qəbələ rayonu Uludaş kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 16 mart 2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları yaşadığı ünvana gələrək sayğaca baxış keçirmiş və bu zaman həyətindəki sahədən keçən 0,2 kV hava xəttinə müdaxilə edilərək elektrik enerjisində kənar xəttdən istifadə olunması müəyyən olunmuşdur. Buna uyğun olaraq 167107 saylı qüsur aktı tərtib edilmiş, nəticədə əlavə sərfiyyat hesablanaraq onun hesabına işlənmişdir. Əlavə sərfiyyatın dəyəri olaraq 658,99 manat məbləğində cərimə olunmuşdur.0,2 kV hava xəttinə onun tərəfindən hər hansı müdaxilə olmamışdır. Aktda kənar xətdən onun tərəfindən istifadə edildiyi qeyd edilsə də, bu, sübuta yetirilməmişdir. Düşünür ki, cavabdeh tərəfindən tərtib olunmuş akt və hesablanmış cərimə tamamilə əsassızdır və ləğv olunmalıdır. Həmçinin istifadə edilmiş enerji dəyərinin 658,99 manat hesablanması da düzgün deyildir. Belə ki, onuj aylıq ödənişlərinə məhkəmə tərəfindən nəzərə salınarsa, barəsində akt tərtib edilən dövr, ondan əvvəl və ondan sonra təxmini eyni vaxtlarda "xxxx" ASC-yə ödənişlər edilməsi görünər. Bu da onun tərəfindən işıq xəttinə müdaxilə edilməməsinin göstəricisidir. Belə ki, məhkəmə tərəflərin təqdim etdiyi sübutlar əsasında qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. Göründüyü bu işdə sübut etmə vəzifəsi cavabdehlərin üzərindədir və onlar qüsur aktında göstərilən pozuntunun onun səhvi və ya günahı ucbatından olmasını sübut etməlidirlər. Fərziyyələrə əsaslanaraq barəsində hər hansı qərar qəbul edilməməlidir.Həmçinin 03 avqust 2022-ci il tarixli 013027 saylı qüsur aktı tərtib olunarkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. Buna görə də aktın əsassız hesab olunması tamamilə qanunidir. Tərtib olunmuş akt və həmin akt əsasında hesablanmış 658,99 manat məbləğində cəriməni qəbul etmir. Buna görə də üzləşdiyi problemin hüquq müstəvisində həllinə nail olmaq üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, uzun illərdir elektrik enerjisinin istehlakçısıdır, heç vaxt elektrik sayğacına və ya elektrik xətlərinə müdaxilə etməmişdir. Həmçinin özü İ qrup əlildir. Azərişıq ASC tərəfindən İ qrup əlinin belə əsassız olaraq cərimə yazılmasını düzgün hesab etmir. İddiaya Etiraz: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 23 fevral 2023-cü il tarixdə məhkəməyə dəftərxana vasitəsilə ilə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Qəbələ rayonu, Uludaş kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00126 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşlı F.Cavadov tərəfindən Qəbələ rayonu, Uludaş kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına "Elektrik enerjisindən istifadə Qaydaları"na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin həyətyanı sahəsindən keçən 0,4 kvt h/x-nə qıra ataraq sayğacdan kənar xətt vasitəsi ilə bir başa qoşularaq elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaş tərəfindən xx.xx.2020-ci il tarixli, R167107 saylı akt tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixli, R167107 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSl-nin Akt komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 60 gün üçün 0.07 manatla 600 kvt.s (dəyəri 42.00 manat) və 0.11 manatla 5609 kvt.s (dəyəri 616.99 manat) toplamda 658.99 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. İddiaçının xx.xx.2023-cü il tarixinə elektrik enerjisindən istifadəyə görə 1608.42 manat borcu vardır. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi həmin ünvanda mütəmadi yaşayır. Lakin "abunə haqqında" məlumat cədvəlinə nəzər saldıqda açıq aşkar görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər 21 ay heç bir sərfiyyatı olmamışdır. Bu da onu deməyə əsas verir ki, İddiaçı kənar xətt vasitəsi ilə şəbəkəyə bir başa qoşularaq elektrik enerjisindən istifadə etmişdir. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, R167107 saylı akt "EElQ"-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, sayğaca müvəqqəti müdaxilə etsə də, həmin sayğacdan yalnız 2 gün ərzində su matorunun istifadəsi üçün müdaxilə etmişdir. Həmin müddətə isə 616, 99 manat hesablanması əsassızdır. Bütün bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, eyni zamanda məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, iddiaçı 2019-cu ilin may ayından 2021-ci ilin iyun ayınadək istifadə etdiyi elektrik enerjisinə görə heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında X4 şahid qismində verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə tərəfimdən Qəbələ rayonu, Uludaş kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına "Elektrik enerjisindən istifadə Qaydaları"na uyğun baxış keçirmişdir. Baxış zamanı İddiaçı həyətyanı sahəsindən keçən 0,4 kvt h/x-nə qıra ataraq sayğacdan kənar xətt vasitəsi ilə bir başa qoşularaq elektrik enerjisindən istifadə etdiyini aşkar etmişdir. Həmin hadisəni video görüntüyə də almışdım. Lakin müddət çox keçdiyindən video görüntü silinmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar tərəfindən xx.xx.2020-ci il tarixli, R167107 saylı akt tərtib olunmuşdur. İddiaçı və onun oğlu həmin vaxt ona hücum edərək təhqirəramiz sözlər istifadə etmişlər. Bununla bağlı da aktda da qeyd aparmışdır. Məhkəmə iş üzrə iddiaçını, cavabdehin nümayəndəsini və şahidin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarına əlavə edilmiş 16mart 2020-ci il tarixli, R167107 nömrəli aktdan görünür ki, “EEİQ”-nın tələblərinə uyğun olaraq abonentə məxsus elektrik sayğac baxış keçirərkən məlum olmuşdur ki, abonentin həyətyanı sahəsində keçən 0,2 kv.t h/x-nə qıra ataraq sayğacdan kənar xətdən istifadə etməsi müəyyən olunmuşdur. İş materillarına əlavə edilmiş R167107 nömrəli akt əsasında tərtib olunmuş 19 mart 2020-ci il tarixli icra vərəqindən görünür ki, həyətdəki sahədən keçən 0,2 kV hava xəttinə müdaxilə edərək elektrik enerjisindən kənar xəttdən istifadə etdiyi üçün enerji sərfiyyatı göstərilən qaydada hesablanmaqla - Witr=28A x 0,22 kVx24s x 0,7 x 60 gün=6209 kVt.s, dəyəri 600 kVt.s x 0.07 manat = 42 manat, 5609 kVt.s x 0,11 manat=616,99 manat müəyyən edilmişdir. İş materillarına əlavə edilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi etirazında qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli, R167107 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSl-nin Akt komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 60 gün üçün 0.07 manatla 600 kvt.s (dəyəri 42.00 manat) və 0.11 manatla 5609 kvt.s (dəyəri 616.99 manat) toplamda 658.99 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İş materillarına əlavə edilmiş “Abunə Haqqında” məlumatdan görünür ki, **********00123 nömrəli abunəçi İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər heç bir ödəniş olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: - Məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; - Məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfəəvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının Qəbələ rayonu, Uludaş kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00126 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşlı F.Cavadov tərəfindən Qəbələ rayonu, Uludaş kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına "Elektrik enerjisindən istifadə Qaydaları"na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin həyətyanı sahəsindən keçən 0,4 kvt h/x-nə qıra ataraq sayğacdan kənar xətt vasitəsi ilə bir başa qoşularaq elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaş tərəfindən xx.xx.2020-ci il tarixli, R167107 saylı akt tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixli, R167107 saylı akta əsasən "xxxx" ASC-nin Şimal- Qərb RETSl-nin Akt komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 60 gün üçün 0.07 manatla 600 kvt.s (dəyəri 42.00 manat) və 0.11 manatla 5609 kvt.s (dəyəri 616.99 manat) toplamda 658.99 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İddiaçı aşkar olunmuş qüsura razılaşmayaraq itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmış 658,99 manat məbləğin silinməsini xahiş edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövbudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarını hazırkı münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Yuxarıda qeyd olunan qanunvericilik normalarından görünür ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə araşdırması zamanı İddiaçı sayğaca müdaxilə etdiyini etiraf etmişdir. Bunun nəticəsində də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq 16 mart 2020-ci il tarixli, R167107 nömrəli akt tərtib olunmuşdur. İddiaçı kənar xətdən 2 gün müddətində yalnız su matorundan istifadə etdiyini qeyd etsə də, iş materiallarında “Abunə haqqında” arayışla göstərdikləri təkzib olunur. Belə ki, iş materillarına əlavə edilmiş “Abunə Haqqında” məlumataəsasən müəyyən olunur ki, **********00123 nömrəli abunəçi İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər heç bir ödəniş olmamışdır. Bütün bu hallar İddiaçı tərəfindən sayğaca uzun müddət ərzində müdaxilə olunmasını göstərir. Beləliklə, İddiaçı 16 mart 2020-ci il tarixli, R167107 nömrəli aktın qanunsuzluğunu sübut edə bilməmişdir. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut edilmədiyindən təmin edilməməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə mülki iş üzrə sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X1 və Satış İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında əsassız hesablanmış borc pulun silinməsi” tələbinə dairiddia ərizəsi əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut olunmadığından təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X1 və Satış İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında əsassız hesablanmış borc pulun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar