Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-445/2023 15.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 QSC-nə, Cavabdeh1nə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və "xxxx" MMC-nə qarşı “hərracın etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: hərracın etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, Cavabdeh2 QSC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 QSC-nə, Cavabdeh1nə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və "xxxx" MMC-nə qarşı “hərracın etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 QSC-nə, Cavabdeh1nə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və "xxxx" MMC-nə qarşı “hərracın etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2ayış binasına (mağaza, 0,0106 ha torpaq sahəsi ilə birlikdə) dair "xxxx" MMC-nin “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022-ci il tarixli, 385/1/22 nömrəli protokolun, həmin protokol əsasında verilmiş alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 ASC-nin adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********999-06301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi; Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinə (0,19 ha torpaq sahəsi ilə birlikdə) dair "xxxx" MMC-nin “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022-ci il tarixli, 385/2/22 nömrəli protokolun, həmin protokol əsasında verilmiş alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 ASC-nin adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət adastr və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********80-06301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi və mənim mülkiyyət hüququmun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandır ki, ona Cavabdeh2 QSC ilə bağladığı 22 aprel 2008-ci il tarixli 07L000001425 nömrəli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 300.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Onun ilə Cavabdeh2 QSC arasında bağlanmış 15 yanvar 2016-cı il tarixli 07L000001425S nömrəli sazişə əsasən kredit xətti müqaviləsinin müddəti artırılaraq 216 ay, kredit xəttinin məbləği isə artırılaraq 1.000.000 ABŞ dolları müəyyən edilmişdir. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğin və müddətin ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunması nəzərdə tutulmuşdur. Kredit xətti müqaviləsi üzrə mənə Cavabdeh2 QSC ilə bağladığı 31 mart 2015-ci il tarixli 007R********** nömrəli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 130.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə onun ilə Bank arasında bağlanmış 23 aprel 2008-ci il tarixli 07M000000090 nömrəli ipoteka müqaviləsi əsasında Qəbələ rayonu Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 nömrəli 89,24 m2 ümumi, 89,24 m2 əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (0,0106 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh2 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 1 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmış MH seriyalı ******* nömrəli çıxarışla Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binası (0,0106 ha torpaq sahəsi ilə birlikdə) kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh2 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Onun ilə Cavabdeh2 QSC arasında bağlanmış 15 yanvar 2016-cı il tarixli 07M000000090S nömrəli sazişə əsasən ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 1 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmış MH seriyalı ******* nömrəli çıxarışla Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış sahəsinin (0,0106 ha torpaq sahəsi ilə birlikdə) kredit öhdəliklərimin icrasını təmin etmək üçün Cavabdeh2 QSC-nin xeyrinə ipoteka ilə yüklülüyünün əlavə qeydiyyatı aparılmışdır. Bundan başqa Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyan, yəni onun ilə Bank arasında bağlanmış 18 avqust 2011-ci il tarixli 07M000000307 nömrəli ipoteka müqaviləsi əsasında Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh2 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 5 nömrəli reyestr 36 nömrəli vərəqində qeydiyyata alınmış MA seriyalı ******* nömrəli çıxarışla Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh2 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(025)-744/2018 nömrəli qətnaməsinə əsasən ondan qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 31 mart 2015-ci il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə 112.652,17 ABŞ dolları əsas, 53.904,06 ABŞ dolları faiz və 50 ABŞ dolları cərimə, cəmi 166.606,23 ABŞ dolları və 08 sentyabr 2015-ci il tarixli 007KK**********01 nömrəli kredit razılaşması üzrə 4.340,03 ABŞ dolları əsas və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 4.390,03 ABŞ dolları olmaqla, iki razılaşma üzrə ümumilikdə 170.996,26 (bir yüz yetmiş min doqquz yüz doxsan altı dollar iyirmi altı sent) ABŞ dolları məbləğində kredit borcunun iddiaçı Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutma açıq hərracdan satılmaqla ipoteka ilə yüklü edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışa əsasən (reyestr nömrəsi – **********99-06301; qeydiyyat nömrəsi – 190701199; qeydiyyat tarixi – xx.xx.2007-ci il) mənə məxsus Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasına (0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışa əsasən (reyestr nömrəsi – **********80-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2010-cu il) cavabdeh ona məxsus Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinə (0,19 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay ərzində onun və ailə üzvlərinin evi tərk etmədikləri halda, onların həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin evdən məcburi qaydada çıxarılmaqla, evin boşaldılaraq alıcıya təhvil verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-697/2019 nömrəli qətnaməsinə əsasən, iddiaçı "xxxx" QSC tərəfindən verilmiş apelyasiya qismən şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(025)-744/2018 nömrəli qətnaməsi “ipoteka predmeti olan Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin sаtış qiyməti 117.000 (bir yüz on yeddi min) mаnаt, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiymətinin isə 138.000 (bir yüz otuz səkkiz) manat müəyyən edilməsi” hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyriyaşayış binasının (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin sаtış qiyməti 100.000 (bir yüz min) mаnаt, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti isə 80.000 (səksən min) manat həddində müəyyən edilmiş, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)- 1276/2020 nömrəli qərarına əsasən kassasiya şikayətləri qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-697/2019 nömrəli iş üzrə 17 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən, iddianın qeyri-yaşayış binasına tutmanın yönəldikdən və o, satıldıqdan 1 ay sonra cavabdehin həmin əmlakdan çıxarılmasının, əmlakın boşaldılmasının və alıcıya təhvil verilməsinin təmin edilməməsi hissəsində və əmlakların ilkin satış qiyməti müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-55/2021 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(025)-744/2018 nömrəli qətnaməsi dəyişdirilmiş, ipoteka predmeti olan ünvan 2ayış binasının (mağazanın) (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin sаtış (likvid) qiyməti 115.000 (bir yüz on beş min) mаnаt, Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış (likvid) qiyməti isə 100.000 (bir yüz min) manat həddində müəyyən edilməsi, İddiaçı mülkiyyətində olan Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasına (0.0106 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahəsi boşaldılması və Cavabdeh2 QSC-yə təhvil verilməsi, iş üzrə məhkəmə məsrəfi olan iki yüz manat cavabdehdən tutulub "xxxx" MMC-nin (VÖEN: **********, h/h AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı kod: 200093, VÖEN: **********, S.Wİ.F.T. AİİBAZ2X, m/h AZ37NABZ********************) hesabına keçirilməsi, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4127/2021 nömrəli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-55/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(107)-55/2021 nömrəli icra vərəqəsinə əsasən icra hərəkətləri aparılmış və ona məxsus əmlak satışa çıxarılmışdır. Onun İ hərrac barədə məlumatı olsa da, İİ hərac barədə məlumatı olmamışdır. Birinci hərracın ona bildirişi gəldiyindən, daha sonra ikinci hərrac barədə də bildiriş gələcəyin düşünmüşdür. Lakin ona ikinci hərrac barədə bildiriş gəlməmiş və bundan xəbəri olmamışdır. Bu yaxınlarda Cavabdeh1 icra məmuru, eyni zamanda Cavabdeh2 QSC-nin nümayəndəsi yaşadığı ünvana, eyni zamanda işlədiyi mağazaya gələrək ipoteka predmeti olan əmlakların Cavabdeh2 QSC-nin adına keçdiyini, onun həmin əmlakları boşaltmağı lazım olduğu bildirilmişdir. Onun isə bu proseslərdən həmin günə qədər xəbəri olmamışdır. "xxxx" MMC-nin “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022-ci il tarixli, 385/1/22 nömrəli protokola əsasən Şəki Apellyasiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(107)-55/2021 nömrəli icra sənədinə əsasən ona məxsus ünvan 2ayış binası (mağaza, 0,0106 ha torpaq sahəsi ilə birlikdə) 73312,50 manata Cavabdeh2 QSC tərəfindən əldə edilmişdir. Həmçinin göstərilmişdir ki, əmlakın ilkin satış qiyməti 115000 manat olmuş, “İpoteka haqqında” AR qanunun 43.5-ci maddəsinə əsasən birinci hərracda 15 faiz, 43.7-cü maddəsinə əsasən 25 faiz azalmaqla 73312,50 manat olmuşdur. Nəticədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət adastr və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********999- 06301 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,0106 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 89.24 kv.m qeyri-yaşayış binası Cavabdeh2 QSCnin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Eyni zamanda "xxxx" MMCnin “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022-ci il tarixli, 385/2/22 nömrəli protokola əsasən Şəki Apellyasiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(107)-55/2021 nömrəli icra sənədinə əsasən ona məxsus Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) 63750 manata Cavabdeh2 QSC tərəfindən əldə edilmişdir. Həmçinin göstərilmişdir ki, əmlakın ilkin satış qiyməti 100000 manat olmuş, “İpoteka haqqında” AR qanunun 43.5-ci maddəsinə əsasən birinci hərracda 15 faiz, 43.7-cü maddəsinə əsasən 25 faiz azalmaqla 63750 manat olmuşdur. Nəticədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət adastr və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********80-06301 reyestr nömrəli Çıxarışa əsasən Qəbələ rayonu Həmzəlli kəndində yerləşən 0,19 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh2 QSC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Yuxarıda qeyd etdiyi kimi onun isə ikinci hərracdan xəbəri olmamışdır. Fikirləşir ki, ikinci hərrac keçirilən zamanı əmlakın mülkiyyətçisi kimi birinci ona məlumat verilməli və hərraclar onun iştirakı ilə keçirilməli idi. O, hərrac keçirilən vaxt həmin evin və qeyri-yaşayış binasının mülkiyyətçisi olduğu halda ikinci hərrac onun iştirakı olmadan təşkil olunmuş, həmin evin və qeyri-yaşayış binası dəyərindən ucuz qiymətə satılmış və evi və qeyri-yaşayış binasını alan isə onu ucuz qiymətə almaqda maraqlı olan bank olmuşdur. Hal-hazırda ona məxsus qeyri-yaşayış binasının qiyməti 200000 manatdan çox, fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) qiyməti isə 150000 manatdan çoxdur. Lakin ona məxsus evin və qeyri-yaşayış binasının dəyərindən xeyli az qiymətləndirilməsi ilə onun mülkiyyət hüquqlarını kəskin şəkildə pozmuşdur. Bu yaxınlarda icra məmuru və Cavabdeh2 QSC-nin nümayəndəsi yaşadığı ünvana gələn zaman ona məxsus ünvan 2ayış binasını (mağaza, 0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən fərdi yaşayış evini (0,19 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh2 QSC tərəfindən alındığını və sonuncunun balansına keçirildiyini bildirmişlər. Bu yaxınlaradək qətnamə üzrə icra icraatına başlanması, əmlaklarının hərraca çıxarılması və hərracda satılması ona bildirilməmiş, rəsmi xəbərdarlıq göndərilməmiş, ikinci hərrac məqsədli şəkildə iştirakı olmadan həyata keçirilmişdir. Hesab edir ki, ikinci hərrac keçirilən zaman, onun hüquqlarıkobud surətdə pozularaq, əmlakları qanunsuz olaraq əlindən qərəzli şəkildə alınmışdır. Cavabdehlər - hərracı keçirən təşkilatçılar bank ilə əlaqəyə girərək, əmlakları ona sərf edən ucuz, dəyərindən çox-çox aşağı qiymətə satılmasını təşkil etmiş və cavabdehlər bu cür qanunsuz hərəkətləri ilə ona küllü miqdarda ziyan vurulmuşlar. Cavabdehlər onun maraqlarına toxunaraq, qanunsuz hərəkətləri ilə Mülki Məcəllənin və “İpoteka haqqında” Qanunun tələbləri kobud surətdə pozmuşlar. Buna görə də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Hərracın keçirilməsi zamanı ipotekaya qoyulmuş daşınmaz əmlakların satılması “İcra haqqında” Azərbaycan Respublikası Qanunun, “İpoteka haqqında” Azərbaycan qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələbləri pozulmaqla həyata keçirildiyindən, ona məxsus ünvan 2ayış binası (mağaza, 0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilə bağlı hərracların yekunları barədə “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022-ci il tarixli, 385/1/22 nömrəli protokolun və “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022-ci il tarixli, 385/2/22 nömrəli protokolun və hərracın yekunları üzrə həmin tarixli əmlakın alqı-satqı müqavilələri etibarsız hesab olunmalıdır. Belə ki, qeyd olunan hərracların keçirilməsi ilə bağlı əmlakların mülkiyyətçinə, yəni ona qanunla müəyyən olunmuş qaydada bildirişlər göndərilməmiş və onun həmin hərrac barədə məlumatı olmamışdır. Bu isə onun mülkiyyət hüquqlarımın pozulması ilə nəticələnmişdir. Ona məxsus ünvan 2ayış binası (mağaza, 0,0106 ha torpaq sahəsi ilə birlikdə) “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022-ci il tarixli, 385/1/22 nömrəli protokola əsasən Cavabdeh2 QSC-yə satılmış və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 QSC-nin adına qeydiyyata alınmamışdır. Eyni zamanda ona məxsus Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) ““ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022-ci il tarixli, 385/2/22 nömrəli protokola əsasən Cavabdeh2 QSC-yə satılmış və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 QSC-nin adına qeydiyyata alınmamışdır. Hesab edir ki, hərracların nəticələri haqqında yekun protokollar etibarsız olduğundan ünvan 2ayış binası (mağaza, 0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) üzərində Cavabdeh2 QSC-nin mülkiyyət hüququna dair qeydiyyat ləğv edilməli, həmin əşyalar, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmalıdır. Başqa sözlə, Cavabdeh2 QSC-nin adına verilmiş Çıxarışlar ləğv edilməlidir. Hal-hazırda onun və ailə üzvlərinin mülkiyyətlərində olan yaşayış evindən və qeyri-yaşayış obyetikdən çıxmaq məsələsi vardır və qətnamə qəbul edərkən mülkiyyət hüququ ilə bağlı normaları nəzərə alınmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsin məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 QSC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ərizəsində qeyd edir ki, 1-ci hərracdan məlumatlı olmuş, hərracın keçirilməsi barədə bildirişdən məlumatlı olmuş, amma təkrar hərracdan məlumatsız olmuşdur. Tərəf nəinki hərracdan, hətta icra mərhələsində belə Banka borclu olduğunu, ödəmədiyi təqdirdə borcun ipoteka predimeti olan əmlaka yönəldiləcəyini bilirmiş və bildiyi halda indiyə qədər heç bir addım atılmamışdır. İddiaçı qanunvericiliyin verdiyi hüquqlardan sui istifadə etməklə qət edilmiş məhkəmə qərarının icrasını uzatmağa çalışır. Belə ki, hərraclar barədə bildirişlər ipoteka qoyana və digər tərəflərə göndərilmişdir. Hərrac vaxtı və icra mərhələsində belə borclu ilə mütəmadi bankın əlaqəsi olmuş, hətta müəyyən güzəştlər edilməsi ilə borcun bağlanması təklif edilmiş və qarşılqsız qalmışdır. Hərraclar tam qanuni, ədalətli formada keçirilmiş və ipoteka qoyanın hərracdan məlumalı olması təmin edilmişdir. İşin hüquqi və faktiki hallarını nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, icra sənədi 28 oktyabr 2021-ci il tarixdə şöbəyə daxil olmuşdur. Həmin vaxt sifariş verilmişdir. Daha sonra əmlak tələbkarın hesabına keçmişdir. Onlar da icra prosesi təyin etmişlər, həmin ünvana getmişlər və akt tərtib etmişlər. Müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə "xxxx" MMC-nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. "xxxx" MMC-nin nümayəndəsi isə məhkəməyə elektron qaydada göndərdiyi ərizədə işə iştirakları olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin və "xxxx" MMC-nin nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-697/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" QSC tərəfindən verilmiş apelyasiya qismən şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(025)-744/2018 nömrəli qətnaməsi “ipoteka predmeti olan Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin sаtış qiyməti 117.000 (bir yüz on yeddi min) mаnаt, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiymətinin isə 138.000 (bir yüz otuz səkkiz) manat müəyyən edilməsi” hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyriyaşayış binasının (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin sаtış qiyməti 100.000 (bir yüz min) mаnаt, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti isə 80.000 (səksən min) manat həddində müəyyən edilmiş, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İş materillarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1276/2020 nömrəli qərarından görünür ki, kassasiya şikayətləri qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-697/2019 nömrəli iş üzrə 17 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən, iddianın qeyri-yaşayış binasına tutmanın yönəldikdən və o, satıldıqdan 1 ay sonra cavabdehin həmin əmlakdan çıxarılmasının, əmlakın boşaldılmasının və alıcıya təhvil verilməsinin təmin edilməməsi hissəsində və əmlakların ilkin satış qiyməti müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-55/2021 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(025)-744/2018 nömrəli qətnaməsi dəyişdirilmiş, ipoteka predmeti olan Qəbələ şəhəri, Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyriyaşayış binasının (mağazanın) (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin sаtış (likvid) qiyməti 115.000 (bir yüz on beş min) mаnаt, Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış (likvid) qiyməti isə 100.000 (bir yüz min) manat həddində müəyyən edilməsi, İddiaçı mülkiyyətində olan Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasına (0.0106 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahəsi boşaldılması və Cavabdeh2 QSC-yə təhvil verilməsi, iş üzrə məhkəmə məsrəfi olan iki yüz manat cavabdehdən tutulub "xxxx" MMC-nin (VÖEN: **********, h/h AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı kod: 200093, VÖEN: **********, S.Wİ.F.T. AİİBAZ2X, m/h AZ37NABZ********************) hesabına keçirilməsi, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4127/2021 nömrəli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-55/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən "xxxx" MMC-nə ünvanlanmış 04 oktyabr 2022-ci il tarixli, 6127/9 nömrəli Sifarişdən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 55/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq İddiaçı məxsus Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (mağazanın) (0,0106 ha torpaq sahəsi ilə birlikdə), Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) hərrac vasitəsi ilə satışının keçirilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən sifarişçi Cavabdeh1nə, borclu İddiaçı və tələbkar Cavabdeh2 QSC-nə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 385/22 nömrəli Hərrac bildirişdən görünür ki, Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (mağaza 0,0106 ha torpaq sahəsi ilə birlikdə), ilkin satış qiyməti 115000 manat; Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 100000 manat olmaqla hərracın 02 noyabr 2022-ci il, saat 11:00-da keçiriləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən sifarişçi Cavabdeh1nə, borclu İddiaçı və tələbkar Cavabdeh2 QSC-nə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 385/22 nömrəli Hərrac bildirişdən görünür ki, Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (mağaza 0,0106 ha torpaq sahəsi ilə birlikdə), ilkin satış qiyməti 97750 manat; Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 85000 manat olmaqla hərracın 21 noyabr 2022-ci il, saat 11:00-da keçiriləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin №385/2/22 nömrəli, xx.xx.2022-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokolun surətindən görünür ki, X1 məxsus Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) Şəki Apellyasiya Məhkəməsinin 2(107)-55/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin, Cavabdeh1 6127/9 nömrəli, xx.xx.2022-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 100000 manat, əmlakın təkrar hərracdakı satış qiyməti 63750 manat olmaqla qalib alıcı Cavabdeh2 QSC-yə satılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin №385/1/22 nömrəli, xx.xx.2022-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokolun surətindən görünür ki, X1 məxsus ünvan 2ayış binası (mağaza, 0,00106 ha torpaq sahəsi ilə birlikdə) Şəki Apellyasiya Məhkəməsinin 2(107)-55/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin, Cavabdeh1 6127/9 nömrəli, xx.xx.2022-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 115000 manat, əmlakın təkrar hərracdakı satış qiyməti 73312,50 manat olmaqla qalib alıcı Cavabdeh2 QSC-yə satılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilənin surətindən görünür ki, X1 məxsus Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) Şəki Apellyasiya Məhkəməsinin 2(107)-55/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin, Cavabdeh1 6127/9 nömrəli, xx.xx.2022-ci il tarixli sifariş məktubunun icrasına əsasən təkrar hərracdakı satış qiyməti 63750 manat olmaqla qalib alıcı AccessBank” QSC-yə satılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********99-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0,0106 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 89,24 m2 olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə AccessBank” QSC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********80-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən 0,19 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 310,20 m2 olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə AccessBank” QSC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nə ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli Teleqramların surətindən görünür ki, "xxxx" MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli göndəriş xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixli göndəriş xx.xx.2022-ci il tarixdə sonuncuya çatdırılmışdır. İş materiallarında olan “MARKET” qəzetinin surətindən görünür ki, Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (mağaza 0,0106 ha torpaq sahəsi ilə birlikdə), ilkin satış qiyməti 115000 manat; Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 100000 manat olmaqla hərracın 02 noyabr 2022-ci il, saat 11:00-da keçiriləcəyi barədə qəzetdə elan verilmişdir. İş materiallarında olan “MARKET” qəzetinin surətindən görünür ki, Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (mağaza 0,0106 ha torpaq sahəsi ilə birlikdə), ilkin satış qiyməti 97750 manat; Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 85000 manat olmaqla hərracın 21 noyabr 2022-ci il, saat 11:00-da keçiriləcəyi barədə qəzetdə elan verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 2* təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 3* təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 2* təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən edilir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-55/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin, Cavabdeh1 6127/9 nömrəli, xx.xx.2022-ci il tarixli sifariş məktubunun icrasına əsasən, İddiaçı məxsus Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binası (mağazanın) (0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlaklar qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq alıcı Cavabdeh2 QSC-nə satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 0,0106 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 89,24 m2 olan qeyriyaşayış binası və Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən 0,19 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 310,20 m2 olan fərdi yaşayış evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərracda satılaraq özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi, hərrac təşkilatçısının hərracın keçirilməsi barədə ona məlumat verməməsini, hərracın onun xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan "xxxx" MMC-nə ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli Teleqramların surətindən görünür ki, "xxxx" MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli göndəriş xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixli göndəriş xx.xx.2022-ci il tarixdə sonuncuya çatdırılmışdır. Eyni zamanda iş materiallarında olan “MARKET” qəzetinin surətindən görünür ki, Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (mağaza 0,0106 ha torpaq sahəsi ilə birlikdə), ilkin satış qiyməti 115000 manat; Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 100000 manat olmaqla hərracın 02 noyabr 2022-ci il, saat 11:00-da keçiriləcəyi barədə qəzetdə elan verilmişdir. Bundan əlavə iş materiallarında olan “MARKET” qəzetinin surətindən görünür ki, Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (mağaza 0,0106 ha torpaq sahəsi ilə birlikdə), ilkin satış qiyməti 97750 manat; Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 85000 manat olmaqla hərracın 21 noyabr 2022-ci il, saat 11:00-da keçiriləcəyi barədə qəzetdə elan verilmişdir. Hərrac təşkilatı tərəfindən işin faktiki hallarını araşdıran məhkəməyə təqdim etdiyi sübutlarla (teleqramlar ilə) müəyyən olunmuşdur ki, hərracın keçirilməsinin vaxtı və yeri barədə bildirişlər iddiaçının yaşadığı (ipoteka predmeti olan) ünvana göndərilmiş və imza edilməklə həmin ünvanda təqdim olunmuşdur. İddiaçının keçirilmiş hərrac barədə məlumatlandırılmamasına dair dəlilləri həqiqətə uyğun deyil və iş materialları ilə təkzib olunmuşdur. Həmçinin məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 QSC-nə, Cavabdeh1nə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və "xxxx" MMC-nə qarşı “hərracın etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması" tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-445/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-445/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver