Məhkəmə qərarları › İş №2(025)-45/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-45/2023

18.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-45/2023 18.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 nümayəndəsi X6 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X8, X20, Ərizəçi2, Ərizəçi1, X21, X25 və Ərizəçi3 adına verilmiş JN-954A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin onlara aid hissədə onlara, yəni Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 və digər mülkiyyətçilərlə birlikdə mərhum X21, X14 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-nin xx.xx.1998 -ci il tarixli 19 saylı qərarı ilə verilmiş JN-964 A saylı, kodu 40600048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilmiş hüquq sahiblərinin adları siyahısında 3-cü sırada Paşayeva (Mustafayeva) Şəlalə Novruz qızının ata adı texniki səhv olaraq “Mustafa” qızı, 4-cü sırada Bağırova (Mustafayeva) Lalə Novruz qızının ata adı texniki səhv olaraq “Mustafa” qızı, 6-cı sırada X15 ata adı texniki səhv olaraq Mustafa” oğlu, 7-ci sırada isə Ərizəçi3 ata adı texniki səhv olaraq “Mustafa”oğlu kimi qeyd edilmişdir. Birgə paylı mülkiyyətdə olan 0.10 ha torpaq sahəsini özgəninkiləşdirmək məqsədiilə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, ata adıları JN -954 A saylı şəhadətnamədə texniki səhv olaraq Novruz əvəzinə “Mustafa” kimi qeyd edilmişdir. Ata adının səhv yazılması səbəbindən əməliyyat aparmaq mümkün olmamışdır. Hesab edirik ki, JN -954 A saylı şəhadətnamədə ata adıları Novruz əvəzinə “Mustafa” kimi qeyd edilməsi texniki səhvdir. Qeyd olunan texniki səhv məhkəmə qaydasında düzəliş edilməlidir. Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsində Paşayeva (Mustafayeva) Şəlalə Novruz qızının ata adı düzgün olaraq “Mustafa” qızı kimi yox “Novruz” qızı kimi qeyd edilmişdir. AZE-İ № 073771 saylı nikah haqqında şəhadətnamədə X9, nikahadək soyadı Mustafayeva nikahdan sonra Paşayeva, adı Şəlalə, ata adı isə Novruz qızı kimi qeyd edilmişdir. AZE № 0******* saylı şəxsiyyət vəsiqəsində Bağırova (Mustafayeva) Lalə Novruz qızının ata adı düzgün olaraq “Mustafa” kimi yox Novruz kimi qeyd edilmişdir. Vİİİ ЖГ № 304130 saylı doğum haqqında şəhadətnamədə X1 ata adı düzgün olaraq Novruz qızı kimi qeyd edilmişdir. AZ -İ № 370098 saylı nikah haqqında şəhadətnamədə X4 nikahadək Mustafay Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 nümayəndəsi X8 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-954A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X6, X10, Ərizəçi2, Ərizəçi1, X11, X13 və Ərizəçi3 ümumi birgə mülkiyyətinə Qəbələ şəhərində 0.10 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Vəndam kənd soveti tərəfindən verilmiş 07 may 1981-ci il tarixli Vİİİ-Ж 304130 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada X17 ata adı “Novruz” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Laza kənd İ.Ə.N tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-İ № ******* saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X41 xx.xx.2008-ci il tarixdə X29 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Bağırov, arvada Bağırova soyadı verilmişdir. X5 ata adı “Novruz” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Novruz” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Vəndam kənd İ.Ə.N tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli AZ-İ № 073771 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2003-cü il tarixdə X23 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Paşayev, arvada Paşayeva soyadı verilmişdir. X2 ata adı “Novruz” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Novruz” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Vəndam kənd soveti tərəfindən verilmiş 27 avqust 1979-cü il tarixli Vİ-Ж 432608 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi3 ata adı “Novruz” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X31 ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Novruz” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Vəndam kənd soveti tərəfindən verilmiş 20 avqust 1984-cü il tarixli X-Ж 327542 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada X15 ata adı “Novruz” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE № 09785563 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Novruz” olaraq qeyd olunmuşdur. İşdə olan X52 Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 oktyabr 2019-cu il tarixli AZ-İİ 033247 saylı doğum ölüm şəhadətnamənin surətindən görünür ki, burada X15 ata adı “Novruz” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Vəndam kənd soveti tərəfindən verilmiş 13 noyabr 1982-ci il tarixli X-Ж 450966 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ata adı “Novruz” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Vəndam kənd soveti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İ № 728191 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2012-ci il tarixdə X32 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada Mustafayeva soyadı verilmişdir. X3 ata adı “Novruz” olaraq qeyd olunmuşdur. . İşdə olan Qəbələ Rayon Vəndam qəsəbə İ.Ə.N tərəfindən verilmiş 16 yanvar 2022-ci il tarixli AZ-İİ 192568 saylı doğum ölüm şəhadətnamənin surətindən görünür ki, X3 ata adı “Novruz” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0.10 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-954A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək “Ərizəçi1” əvəzinə “X27” kimi, “Ərizəçi2” əvəzinə “X18” kimi,“Ərizəçi3” əvəzinə “Ərizəçi3 Mustafa oğlu” kimi, “X30” əvəzinə “X25” kimi və “X26” əvəzinə “X21” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-954A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin, ərizəçilər Bağırova (Mustafayeva) Lalə Novruz qızına, Paşayeva (Mustafayeva) Şəlalə Novruz qızına, Ərizəçi3, mərhum – X19 və mərhum - X24 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar