Məhkəmə qərarları › İş №2(025)-450/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-450/2021

16.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-450/2021 16.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına ilə X3, X5, X6 və X4 birgə mülkiyyətinə verilmiş JN –609 saylı (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının X12 aid hissədə X12 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə verilmiş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında hüquq sahiblərinin adları siyahısında 2-ci sırada X2 texniki səhv olaraq “Əhmədxanova” adı isə texiniki səhv olaraq “Əşli” kimi qeyd edilmişdir. Qeyd edilən JN-609 saylı kodu 40600038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0,84 ha torpaq sahəsinin bir hissəsini özgəninkiləşdirmək məqsədilə DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, göstərilən JN-609 saylı kodu 40600038 olan dövlət aktında hüquq subyektləri siyahısında 2-ci sırada X2 Həmzəyeva əvəzinə texniki səhv olaraq “Əhmətxanova”, adı isə Əsli əvəzinə texniki səhv olaraq “Əşli” kimi qeyd edilmişdir. Qeyd olunan texniki səhvlərə görə əməliyyat aparmaq mümkün olmamışdır. Qəbələ rayon Polis şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı, 03838003 saylı şəxsiyyət vəsiqəsində soyad və ad düzgün olaraq Həmzəyeva Əsli kimi göstərilmişdir. Qəbələ rayonu Zərgərli kənd İnzibati Ərazi nümayəndəliyi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş ölüm haqqında AZ-İ 268217 saylı şəhadətnamədə soyad və adı düzgün olaraq Həmzəyeva Əsli kimi qeyd edilmişdir. Hesab edir ki, JN-609 saylı dövlət aktında soyad və adda olan texniki səhv məhkəmə qaydasında düzəliş edilməlidir. Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN – 609 nömrəli (kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X3, X7, X6 və X4 birgə mülkiyyətinə mülkiyyətinə Qəbələ rayonu Bum kəndində 0,84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayonu Zərgərli kənd İnzibati Ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İ seriyalı, 268217 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 “sol qulaq seyvanının xərçəngi” xəstəliyindən xx.xx.2009-cu il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu ildə 01 № ilə qeyd edilmişdir. İşdə olan xx xxxx 1969-cu il tarixli, AЗ seriyalı, ******* nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə Qutqaşen rayonu Bum kəndində doğulmuşdur. X1, anası X10r. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli **********18 nömrəli məktubundan görünür ki, JN – 609 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Zərgərli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2021-ci il tarixli, 60 nömrəli arayışdan görünür ki, X13 heç bir varisi yoxdur. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Zərgərli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2021-ci il tarixli, 59 nömrəli arayışda göstərilmişdir ki, Ərizəçi analığı mərhum X16 rəsmi nikahı olmadan faktiki əri X9 ilə bir yerdə onun evində yaşamışlar və onun evində rəhmətə getmişdir. Onun dəfnin xərcini Ərizəçi öz öhdəsinə götürmüşdür. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Zərgərli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 181 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Zərgərli kəndində qeydiyyatda olmaqda həmin ünvanında yaşayır. İş materiallarında olan X12 aid AZE seriyalı, 03838003 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, sonuncunun ad, soyad və ata adı “X16” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X3, X7, X6 və X4 birgə mülkiyyətinə 0,84 ha kənd təsərrüfatlı torpaq sahəsini verilməsini təsdiq edən JN – 609 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında ərizəçi X11 adı səhvən «Əşli», soyadı isə səhvən «Əhmədxanova» kimi qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması mümkün olmamışdır. Ona görə də məhkəmə ərizəni həmin hissədə əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X3, X7, X6 və X4 birgə mülkiyyətinə 0,84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN – 609 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının mərhum X12 aid hissədə mərhum X12 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar