Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-462/2021 12.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN - 0466 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının həmçinin ona - Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarı ilə bizə - X1, X4, X5, X2 və həmçinin onun mülkiyyətinə Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisində JN-466, KOD 40614018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında 1,03 ha torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktı əsasında sənədləşmə işləri aparan zaman məlum olmuşdur ki, JN- 466, KOD 40614018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında Ərizəçi əvəzinə səhvən “Ərizəçi Məhəmməd oğlu” kimi yazılmışdır. Bu səhv ona əvvəldən məlum olmadığı üçün bununla bağlı gec müraciət etmişdir. Dövlət aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, Dövlət aktındakı yanlışlığı aradan qaldıra bilmir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən o aidiyyatı üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə Torpağa mülkiyyət hüququna dair Dövlət aktında yanlışlıqların aradan qaldırılması barədə müraciət etmiş, müvafiq xx xxxxxx 2020- ci il tarixli, **********61 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0466 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli, 25 nömrəli qərarına əsasən, Ərizəçi Məhəmməd oğlunun, X1, X4, X5, X2 ümumi birgə mülkiyyətinə 1.03 ha fərdi kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon X9 Ərazi Nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 1992-ci il tarixli Vİ-JQ № 291712 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, bu sənəddə ərizəçinin ata adı “Ərizəçi” kimi qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon X9 Ərazi Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli AZ-İİ № 138056 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 1988-ci il tarixdə Qəbələ rayon Mıxlıqovaq kəndində vəfat etmiş və bu rədə xx.xx.1988-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 03 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən verilmiş seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, bu sənəddə ərizəçinin ata adı “Məmməd” kimi qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının X9 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli 862 saylı arayışından görünür ki, JN-0466 saylı KOD 40614018 olan Dövlət aktında hüquq sahiblərii sırasında adı qeyd olunmuş Ərizəçi Məhəmməd oğlunun ata adı texniki səhv olaraq düşmüşdür əslində “Ərizəçi” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və digər şəxslərin birgə mülkiyyətinə 1.03 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-0466 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “Ərizəçi” əvəzinə “Ərizəçi Məhəmməd oğlu” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-0466 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-462/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-462/2021
12.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver