Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-47/2021 09.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdeh və Cavabdeh6 nümayəndəsi Cavabdeh7, cavabdeh və cavabdeh X1 nümayəndəsi Cavabdeh8 və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər X5, Cavabdeh7, Cavabdeh9, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 qarşı “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi, həmin əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh9, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, və Cavabdeh8 qarşı “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi, həmin əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhumlar X3 və X6 JN-163A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə əsasında mülkiyyətlərində olub miras qalmış 0.49 ha. torpaq sahəsindən payının 1/3 hissədə müəyyən edilməsi və həmin miras torpaq sahəsinin 1/3 hissəsinin faktiki qəbul etməyinin tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-163A nömrəli Şəhadətnamədən görünür ki, X7 və X8 mülkiyyətində 0.49 ha. həyətyanı torpaq sahəsi vardır. X14 2000-ci il tarixdə, X19 2001-ci il tarixdə vəfat etmişlər. Onlar rəsmi nikahda olmuşlar. Vəfat etməmişdən əvvəl son illər onlarla birgə yaşayan övladları X24 özlərindən əvvəl xx.xx.1989cu ildə, Abbəkirov Mais İsa oğlu isə sonra, xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişlər. Hazırda miras qalmış və faktiki qəbul edilmiş 0.49 ha. torpaq sahəsinin rəsmiləşdirilməsi zərurəti yaranmışdır. Notariat hərəkətlərinin aparılması haqqında Təlimatın 121-ci bəndinə əsasən ər-arvadın ikisi də öldükdə (bir gündə və yaxud müxtəlif vaxtda), notarius tərəfindən mülkiyyət hüququ haqqında şəhadətnamə vərəsələrin ərizələri əsasında verilmir və onlara məhkəməyə müraciət etmək hüququ izah olunur. O, Notriat Ofisinə müraciət edib vərəsəlik Şəhadətnaməsi istəmişdir. Ona məhkəməyə müraciət etməyi barədə məsləhət görülmüşdür. Həm də məsələdə mübahisə mövcuddur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məsələnin faktiki halları: Miras qoyanların öldüyü zaman onların 1-ci növbə vərəsələrindən yalnız 2017-ci ildə fəfat etmiş oğlu Abbəkirov Mais yanlarında olmuş, onlarla birgə yaşamış, vəfat etməmişdən əvvəl onlara qulluq etmiş və dəfn mərasimlərini təşkil etmişdir. Valideyinləri (miras sahibləri) öldükdən sonra Mais xeyli vaxt ərzində yeganə tam hüquqqabiliyyətli vərəsə olaraq təsərüfatda tək qalmış, təsərrüfatı 2017-ci ildə ölənədək idarə etmiş, mərhum qardaşı Əlsahibin azyaşlı uşaqlarına faktiki himayədarlıq etmiş, onların böyüyüb əmələ gəlməsinə xidmətlər göstərmişdir. Mərhum Maisin yaşayış evi miras torpağn şimalından ona bitişik, Miras qoyanların evi isə cənubdan miras torpağa bitişikdir. Miras torpaq sahəsi hər iki evin arasındadır. Evlər yaxındır, təsərufatlar bitişikdir. Mərhum miras qoyanların evində hal-hazırda Pərviz ailəsi ilə birlikdə yaşayır. Mərhum vərəsə Maisin evində isə oğulları Cavabdeh7 və o, İddiaçı yaşayırlar. Miras qoyanlar öldükdən sonra cavabdehlərdən Əlsahibin oğlu Pərviz və qardaşı Rəşad istisna olmaqla, heçbiri miras qalmış torpaq sahəsi ilə maraqlanmamış, nə qanunla müəyyən edilmiş qaydada nə də faktiki olaraq həmin torpaq sahəsinə sahib çıxmamışlar. Mirasdan pay tələb etməmişlər. Mirası faktik qəbul etmiş Abbəkirov Mais 2017ci ildə ölən günədək həmin əmlaka sahiblik etmiş, əmlakı idarə etmiş, istifadə etmiş, daima kənarlarını bağlamış və qoruyub saxlamış, lakin adına rəsmiləşdirməmiş vəfat etmişdir. Mərhum Mais öldükdən sonra o, qardaşı Rəşad və əmisi oğlu Cavabdeh1 həmin əmlaka sahiblik etməyə başladılar. O, faktiki istifadə etdiyi torpaq sahəsinin üzərində sərhədlərini müəyyən etmişdir. Bu günədək həmin sərhədlərə uyğun olaraq miras torpaq sahəsindən qardaşı Rəşadla birgə istifadə edir, məhsulunu yığır. Eyni zamanda həmin torpaq sahəsinə sahiblik edir, kənarlarını mütəmadi olaraq bağlayb təmir edir, qoruyub saxlayır. Miras əmlakın bir hissəsini faktiki qəbul etmişdir. Qalan hissəsini isə Cavabdeh1 və qardaşı Cavabdeh7 faktiki qəbul etmiş, digər vərəsələr isə bu mirasdan pay almaq hüququnu itirmişlər. Beləliklə, qeyd olunanlardan başa düşülür ki, miras qoyanlar öldükdən sonra cavabdehlərdən Pərviz və Rəşad istisna olmaqla, heç biri qanunla müəyyənləşdirilmiş vaxt ərzində miras əmlakı nə qanun üzrə nə vəsiyyət üzrə nə də faktiki qəbul etməmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh və Cavabdeh6 nümayəndəsi Cavabdeh7 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onlar üç qardaşdılar – Rəvan, Rəşad, Bayram. Onlar 3 qardaş və əmisioğlu torpaq sahəsini bölüblər və tor setka çəkiblər. Fərdi yaşayış evi yerləşən sahədə əmioğlu yaşayır. Ortada yerləşən torpaq sahəsində Pərviz yaşayır. Torpağın bir yarısından onlar, digər yarısından isə Pərviz istifadə edir. Torpaq sahəsindən payların müəyyən edilməsinə etiraz etmir. 0.49 ha. torpaq sahəsindən iddiaçının payının 1/3 hissədə müəyyən edilməsinə razıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və cavabdeh X1 nümayəndəsi Cavabdeh8 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, hal-hazırda o və Pərviz Qəbələ rayon, Vəndam qəsəbəsində sözü gedən torpaq sahəsində yaşayırlar. Həmin təsərrüfatı onlar mütamadi istifadə edərək faktiki olaraq miras kimi qəbul etmişlər. Mərhum babasının və nənəsinin 7 övladı dünyaya gəlmişdir. Məhum nənəsi Abbəkirova Həsrət və babası Abbəkirov İsanın birinci növbəli sağ qalan vərəsələri və onların övladları, həmçinin rəhmətə getmiş övladlarının ailələri hər biri ayrı-ayrılıqda özlərinə məxsus mülkdə yaşayırlar. Mərhumların sağ qalan vərəsələri mirası qanunla müəyyən olunmuş müddətdə nə faktiki, nə də rəsmi qəbul etməmişdirlər. həmçinin vərəsəliyin açılması üçün heç bir hərəkət etməmişdirlər. O və Abubəkirov Pərviz 2-ci növbəli vərəsə kimi mirası faktiki qəbul edərək orada yaşayırlar. Belə ki, mərhum Abubəkirov Əlisahib evin kiçik övladı olub və rəhəmətə gedən günə kimi mərhum babası və nənəsi ilə həmin mübahisəli torpaq sahəsində yaşayıb. Atası- Abubəkirov Əlisahib rəhmətə gedəndən sonra onlar anaları ilə birləkdə həmin təsərrüfatda mərhum nənə və babası ilə ilə birlikdə yaşayıblar. Anaları – Abubəkirova Leyla rəhmətə gedəndən sonra həmin mülkdə o Abubəkirov Pərviz ilə yaşamağa davam etmişdir. İddiaçı ailə üzvləri əvvəllər də oxşar tələblə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2(025)-1523/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli Qətnamə ilə iddia təmin edilməmişdir. Bundan sonra, iddiaçı Cavabdeh7 qətnamə ilə razılaşmayaraq Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(025)-1523/2018 saylı qətnaməsini dəyişdirmədən saxlanılaraq Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq Ali Məhkəməyə kassasiya şikayəti vermiş, iddiaçı Cavabdeh7 kassasiya şikayəti təmin edilməyərək Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasına dair xx xxxx 2019-cu il tarixdə Qərar qəbul edilmişdir. Daha sonra 2020-ci ildə iddiaçılar Cavabdeh7 və Cavabdeh1 Qəbələ Rayon Məhkəməsinə miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi, həmin əmlakı qəbul etmiş vərəsələrin mülkiyyəti sayılması tələbinə dair iddia ilə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(025)-242/2020 saylı Qətnaməsi ilə iddia təmin edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh8 vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, mülki iş üzrə mövcud məhkəmə aktlarından göründüyü kimi miras əmlakın qəbul edilməsinə dair iddia tələbi ilə iddiaçının ailə üzvləri əvvəllər məhkəməyə müraciət etmiş və məhkəmə instansiyaları tələblə bağlı hüquqi qiymət verərək müvafiq məhkəmə aktları qəbul etmişlər. Mövcud Məhkəmə Qətnamələri və Qərarı artıq bu tələb üçün mötəbərlik xarakter daşıyır və yenidən hüquqi qiymət verilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq və hazırda mövcud olan üç instansiya məhkəmə aktlarının verilmiş iddia tələbi üçün mötəbərliyini rəhbər tutaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, iddia tələbini qəbul etmir. Mərhum anası Abbəkirova Həsrət və atası Abbəkirov İsa sağ ikən iddiaçının atası öz övladları ilə birlikdə özünə məxsus ayrı təsərrüfatda yaşamışlar. Bu səbəbdən İddiaçı ata mülkündən pay verilməsinə razı deyil. Ata və anasının sağlığında onların mülkündə mərhum qardaşı Abubəkirov Əlisahib və onun ailəsi yaşayıb. Qardaşı Əlisahibin rəhmətə getdikdən sonra onun ailəsi Abubəkirova Leyla və övladları mərhum anası Abbəkirova Həsrət və atası Abbəkirov İsa ilə yaşayıb. Ata və anası rəhmətə gedən günə kimi gəlinləri Leyla onlara baxıb. Bu səbəbdən ata və anasına məxsus təsərrüfatın Abubəkirov Əlisahib övladlarına verilməsini xahiş etmişdir. Cavabdeh2 xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, iddia tələbini qəbul etmir. Mərhum anası Abbəkirova Həsrət və atası Abbəkirov İsa sağ ikən iddiaçının atası öz övladları ilə birlikdə özünə məxsus ayrı təsərrüfatda yaşamışlar. Bu səbəbdən İddiaçı ata mülkündən pay verilməsinə razı deyil. Ata və anasının sağlığında onların mülkündə mərhum qardaşı Abubəkirov Əlisahib və onun ailəsi yaşayıb. Qardaşı Əlisahibin rəhmətə getdikdən sonra onun ailəsi Abubəkirova Leyla və övladları mərhum anası Abbəkirova Həsrət və atası Abbəkirov İsa ilə yaşayıb. Ata və anası rəhmətə gedən günə kimi gəlinləri Leyla onlara baxıb. Bu səbəbdən ata və anasına məxsus təsərrüfatın Abubəkirov Əlisahib övladlarına verilməsini xahiş etmişdir. Cavabdeh4 xx xxxxxx 2021–ci il tarixli ərizə ilə bildirmişdir ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən mülkün (JN-163A, kod:********) ona çatacaq hissəsindən bütün əsaslarla Cavabdeh8 xeyrinə imtina edir. İş üzrə cavabdehlər Cavabdeh9, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını və işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan JN-163A, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamən»nin surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam qəsəbəsində X15 və X8 mülkiyyətinə 0,49 ha fərdi yaşayış evi, həyətyanı sahə, fədi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Qəbələ rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2017-ci il tarixdə verilmiş AZ-İ 900181 saylı «ölüm haqqında şəhadətnamə»nin surətindən müəyyən olunur ki, X20 xx xxxx 2000-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan, Qəbələ rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2017-ci il tarixdə verilmiş AZ-İ 900182 saylı «ölüm haqqında şəhadətnamə»nin surətindən müəyyən olunur ki, X19 xx xxxx 2001-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan, Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZ-İ 847357 saylı «ölüm haqqında şəhadətnamə»nin surətindən müəyyən olunur ki, Abbəkirov Mais İsa oğlu xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan, Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinə verilmiş 594 saylı arayışdan görünür ki, Qəbələ rayon Vəndam qəsəbəsi sakinləri X5 və bacısı Cavabdeh8 2018-ci il tarixdə Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyinə müraciət edərək nənə və babalarından miras qalmış və hal-hazırda yaşadıqları həyətdə əmisi oğlu olan X11 qanunsuz hasar tikdiyi haqqında məlumat vermişdilər. Vəndam qəsəbə İƏD-i üzrə nümayəndəliyin əməkdaşları həmin əraziyə baxış keçirərək tikintinin dayandırılması haqqında məlumat verilmişdir. Buna baxmayaraq qanunsuz tikili davam etdirilib.. İş materiallarında olan, Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinə verilmiş 583 saylı arayışdan görünür ki, Qəbələ rayon Vəndam qəsəbə sakini X5 babası və nənəsindən miras qalmış fərdi yaşayış evində öz ailəsi ilə birlikdə yaşayır. Fərdi yaşayış evi yararsız vəziyyətdə olduğu üçün bacısı Cavabdeh8 iki övladı ilə Vəndam qəsəbəsində qohumlarına məxsus evdə yaşayır İşdə olan Azərbaycan Respublikası DİN Qəbələ MXŞ tərəfindən verilmiş ******* saylı arayışdan görünür ki, İddiaçı Qəbələ rayon, Vəndam qəsəbəsində qeydiyyatdadırlar. Məhkəmə tərəfindən göndərilmiş xx xxxxxx 2021-ci il tarixli sorğuya cavab olaraq Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli, 18 saylı məktubdan görünür ki, xx xxxx 2000-ci il tarixdə vəfat etmiş X20 və xx xxxx 2001-ci il tarixdə vəfat etmiş X6 miras qalmış JN-163A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən aşağıda qeyd olunan vərəsələri mövcudur Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, X16 (vəfat edib), Abbəkirov Mais İsa oğlu (vəfat edib), Cavabdeh9 (vəfat edib), X29 (vəfat edib). Miras qalmış JN-163A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən 0.49 ha torpaq sahəsinin üzərində olan 2 otaqlı fərdi yaşayış evində hal-hazırda nəvəsi Cavabdeh1, arvadı və iki övladı yaşayır. Fərdi yaşayış evinin o biri otağı tam yararsız vəziyytədədir. Məhkəmə tərəfindən göndərilmiş xx xxxxxx 2021-ci il tarixli sorğuya cavab olaraq X36 tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli, 818/10 saylı məktubdan görünür ki, Qəbələ rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2000-2006-cı illərə aid vərəsəlik işlərinə və “Elektron notariat” İnformasiya sustemində olan vəsiyyətnamələrə baxış keçirilərkən xx xxxx 2000ci il tarixdə vəfat etmiş X20 və xx xxxx 2001-ci il tarixdə vəfat etmiş X8 hər hansı miras əmlakına dair vərəsəlik işi, həmçinin vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(025)-1523/2018 saylı Qətnaməsi ilə iddiaçı Cavabdeh7 cavabdehlər X4, Cavabdeh5, X25, Cavabdeh4, X28, Cavabdeh9, X2, Cavabdeh6, İddiaçı, X9, X10 və Cavabdeh1 qarşı mərhum X21 və X12 JN-163F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən miras qalmış və hazırda onunla Cavabdeh1 Əlisahil oğlunun birgə faktiki istifadəsində olan 0,49 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinin, yəni 0,245 ha hissəsinə dair vərəsəliyin onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməs barədə iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)- 341/2019 saylı Qətnaməsi ilə iddiaçı Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(025)-1523/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)-4022/2019 saylı Qərarı ilə Cavabdeh7 kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(025)-242/2020 saylı Qətnaməsi ilə iddiaçılar Cavabdeh7 və Cavabdeh1 cavabdehlər Cavabdeh9, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, İddiaçı və Cavabdeh8 qarşı “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi, həmin əmlakı qəbul etmiş vərəsələrin mülkiyyəti sayılması” tələbinə dair iddiası təmin edilməmiş, qətnamədən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə iddiaçının “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi, həmin əmlakdan payın müəyyən edilməsi” tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1282.1-ci maddəsinə əsasən əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, X21 və X8 birgə nikahlarından yeddi uşaqları anadan olmuşdur: İslam, İkram, Bəhram, Şəfiqə, Rəfiqə, Mais və Əlisahib. İslam 1970-ci ildə Təranə adlı qadınla ailə qurub Bakı şəhərinə köçmüş, Arzu adlı bir qızı olmuş, 2001-ci ildə vəfat etmişdir, arvadı və uşağı hazırda Bakı şəhərində yaşayırlar. İkram 1993-cü ildə Rusiya Federasiyasının Tümen şəhərinə köçüb getmiş və həmin vaxtdan ondan heç bir məlumat yoxdur. Bəhram 1982-ci ildə Kazaxıstan Respublikasına köçmüş və bir daha qayıtmamışdır. Şəfiqə 1981-ci ildə ailə həyatı qurub Bakı şəhərinə köçmüş və hal-hazırda həmin şəhərdə yaşayır. Rəfiqə 1995-ci ildə ailə həyatı qurub Bakı şəhərinə köçmüş və hal-hazırda həmin şəhərdə yaşayır. Mais xx.xx.1982-cildə Abbəkirova (Abışova) Sübhisabah Bayram qızı ilə rəsmi nikaha daxil olmuş və onların birgə nikah münasibətlərindən Bayram (iddiaçı), Rəvan və Rəşad adlı üç uşaqları anadan olmuşdur. Mais Abbəkirov xx.xx.2017-ci ildə vəfat etmişdir, ailə üzvləri Qəbələ rayon, Vəndam qəsəbəsində şəxsi təsərrüfatda yaşayırlar. Əlisahib xx.xx.1986-cı ildə Abubəkirova (Baxışalıyeva) Leyla Oruc qızı ilə ailə qurmuş və onların birgə nikah münasibətlərindən Pərvin, Pərviz və Gözəl adlı uşaqları anadan olmuşdur. Əlisahib xx.xx.1989-cu ildə, arvadı Leyla xx.xx.2013-cü ildə vəfat etmişdir. Uşaqları Pərviz və Gözəl mərhum İsa və Həsrətə məxsus olmuş mübahisəli tədərrüfatda, Pərvin isə Kazaxıstan Respublikasında yaşayırlar. Beləliklə müəyyən olundu ki, İddiaçı atası mərhum Mais Abbəkirov 1980-ci illərdə valideynlərinin təsərrüfatından ayrılaraq özünə yeni təsərrüfat yaratmış və ailəsi ilə birlikdə həmin təsərrüfatda yaşamışdır. Özü öldükdən sonra ailə üzvləri ona məxsus təsərrüfatda yaşamağa davam etmişlər. Həmçinin mərhum X38 Abbəkirovanın digər uşaqları da mübahisəli təsərrüfatdan ayrılaraq başqa ünvanlara köçmüş və həmin təsərrüfatdan qeydiyyatdan çıxmışlar. Mübahisəli torpaq sahəsində yalnız mərhum Əlisahib Abbəkirov qalmış və özü öldükdən sonra ailə üzvləri həmin təsərrüfatda qalıb yaşamağa davam etmişdir. X23 Həsrət Abbəkirova vəfat etdikdən sonra mərhum Leyla Abbəkirovanın adına keçirilmişdir. Hazırda sonuncuların uşaqları – Pərviz və Gözəl həmin torpaq sahəsində qeydiyyatda olmaqla, Pərviz ailəsi ilə birlikdə (arvadı və iki uşağı) yaşayır. Mübahisəli torpaq sahəsinə məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsi və yaşayış evində X5 ailəsi ilə birlikdə yaşayır. İddiaçı və ailə üzvlərinin yaşadığı torpaq sahəsi isə həmin torpaq sahəsinin qonşuluğunda yerləşir. İki təsərrüfat arasında isə iddiaçı və ailə üzvlərinin zəbt etdiyi bələdiyyə mülkiyyəti hesab olunan torpaq sahəsi yerləşir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, hal-hazırkı tərəflər arasında eyni predmet üzrə mülki işə baxılaraq Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(025)-1523/2018 saylı Qətnaməsi ilə iddiaçı Cavabdeh7 cavabdehlər X4, Cavabdeh5, X25, Cavabdeh4, X28, Cavabdeh9, X2, Cavabdeh6, İddiaçı, X9, X10 və Cavabdeh1 qarşı mərhum X21 və X12 JN-163F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən miras qalmış və hazırda onunla Cavabdeh1 Əlisahil oğlunun birgə faktiki istifadəsində olan 0,49 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinin, yəni 0,245 ha hissəsinə dair vərəsəliyin onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməs barədə iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-341/2019 saylı Qətnaməsi ilə iddiaçı Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(025)-1523/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)-4022/2019 saylı Qərarı ilə Cavabdeh7 kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan başqa, Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(025)-242/2020 saylı Qətnaməsi ilə iddiaçılar Cavabdeh7 və Cavabdeh1 cavabdehlər Cavabdeh9, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, İddiaçı və Cavabdeh8 qarşı “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi, həmin əmlakı qəbul etmiş vərəsələrin mülkiyyəti sayılması” tələbinə dair iddiası təmin edilməmişdir. Tərəflərin əvvəllər Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən miras qalmış 0,49 ha fərdi yaşayış evi, həyətyanı sahə, fədi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi ilə bağlı mübahisələrinin olması və yuxarıda qeyd olunduğu kimi çoxsaylı məhkəmə aktlarına əsasən öz həllin tapılmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd edilən məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçının atası mərhum Mais Abbəkirov valdieynlərinin ölümündən sonra mirasın faktiki qəbulu ilə bağlı hər hansı aktiv hərəkətlər etməmiş və uzun müddət özünün vərəsəlik hüquqlarını mübahisələndirməmişdir. Mais Abbəkirovun özünün ayrı təsərrüfatı olmuşdur, mübahisəsi gedən təsərrüfatla bağlılığı isə yalnız həmin təsərrüfatda yaşayan mərhum qardaşı Əlisahibin ailəsi ilə qohumluq münasibətləri müstəvində ola bilərdi ki, məhkəmə iclasında da hər iki ailə arasında soyuq münasibətlərin olması öz təsdiqini tapmışdır. İddiaçı Rəşad Abəkirov mirasın faktiki qəbulu ilə bağlı mərhum atası, daha sonra isə özü tərəfindən hansı aktiv hərəkətlərin edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilmədi. Eyni zamanda hazırkı məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatlarında və məhkəməyə təqdim etdiyi sənədlərdə mərhumlar X3 və X6 JN-163A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə əsasında mülkiyyətlərində olub miras qalmış 0.49 ha. torpaq sahəsindən payının 1/3 hissədə müəyyən edilməsi və həmin miras torpaq sahəsinin 1/3 hissəsinin faktiki qəbul etməyinin tanınması haqqında qətnamə çıxarılmasını iddia etsələr də, tələblərini əsaslandıra bilməmiş və iddialarının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı mübahisəsi gedən torpaq sahəsinin üzərində öz istədiyi kimi sərhədlərin müəyyən edilməsi, sərhədlərə uyğun qardaşı Rəşadla torpaq sahəsindən istifadə edilməsi ona mirasın (onun bir hissəsinin) yuxarıda əks olunan hüquqi yanaşmaya görə qəbul edilməsi üçün əsas vermir. İddiaçı mirasın faktiki qəbulu ilə bağlı mərhum atası (əvvəlki məhkəmə aktları), daha sonra isə özü tərəfindən hansı aktiv hərəkətlərin edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddiaçının irəli sürdüyü “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi, həmin əmlakdan payın müəyyən edilməsi” tələbi üzrə iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər X5, Cavabdeh7, Cavabdeh9, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 qarşı “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi, həmin əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-47/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-47/2021
09.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver