Məhkəmə qərarları › İş №2(025)-470/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-470/2023

01.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-470/2023 01.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2001-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxx 1981-ci il tarixdə Ağdaş rayonunda anadan olmuşdur. O, X8 ilə ailə qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2001-ci il təvəllüdlü X10, 2006-cı il təvəllüdlü X11 və 2011-ci il təvəllüdlü X12 adlı uşaqları anadan olmuşdur. Övladı X1 rayonu sakini olmaqla, 3-cü qrupəlildir. Hal-hazırda Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsindən pensiya almaqla, əlillik vəsiqəsi də verilmişdir. O, uşaqlıqdan hal-hazıradək Qəbələ rayonunda qeydiyyatda olmaqla onun himayəsində yaşayır. Psixi qüsurlu olan qızı Liza Kazımova anadangəlmə ömürlük əlil olduğundan hər cür qulluğa ehtiyacı vardır. Başqasının köməyi olmadan müstəqil hərəkət etmək və qərar vermək qabiliyyəti yoxdur, öz hərəkətlərini dərk etmədiyi üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə zərurət yaranmışdır. Bəzi hallarda onun tərəfindən hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşir. Ona görə də ona qəyyum və ya himayəçi təyin edilmədən onun hüquqlarını həyata keçirmək mümkün deyildir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli, 483 nömrəli arayışa əsasən X1 rayon sakinidir və hal-hazırda Qəbələ şəhəri, X16 küçəsi, ev 44 saylı ünvanda onun himayəsində yaşayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışdan görünür ki, X10 üçüncü dərəcə əlildir. Həmin arayışdan görünür ki, Liza Kazımovaya “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən davranış pozuntusu. İQ 35-49” diaqnozu qoyulmuşdur. Eyni zamanda əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2027-ci il tarixə kimi müəyyən edilmişdir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə qanunvericiliyə əsasən məhkəmə tərəfindən baxılır. Odur ki, qızı X10 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyətli olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verib, ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə müvafiq qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan 25may 2001-ci il tarixli, AZ-İ seriyalı, 094617 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2001-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2001-ci ildə 578 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışdan görünür ki, X10 üçüncü dərəcə əlildir. Həmin arayışdan görünür ki, Liza Kazımovaya “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən davranış pozuntusu. İQ 35-49” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Şəki Rayon Psixiatriya Xəstəxanasının xəstəlik tarixindən çıxarışdan məlum olur ki, X10 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək "Orta dərəcəli əqli gerilik. Davranış pozuntuları ilə. Nitq qüsuru ilə" diaqnozu ilə müayinədə olmuşdur. İş materiallarında olanPsixi Sağlamlıq Mərkəzinin 09 dekabr 2019-cu il tarixli 8800 nömrəli arayışından məlum olur ki, X10 t.e.d. professor Fuad İsmayılov tərəfindən müayinədə olmuş və ona "Orta dərəcəli əqli gerilik. Davranış pozuntuları və nitq qüsuru ilə" diaqnozu təyin edilmişdir. İş materiallarında olan TSEK-in elektron arayışından məlum olur ki, X10 müayinədə olmuş və ona "Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilk müalicə və qulluq tələb edən ciddi davranış pozuntusu" diaqnozu ilə İİİ dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16fevral 2023-cü il tarixli, 483nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ şəhəri, X16 küçəsi, ev 44 saylı ünvanda yaşayır və ailə tərkibi qızı xx.xx.2001-ci il təvəllüdlü X10, oğlanları 2006-cı il təvəllüdlü X11 və 2011-ci il təvəllüdlü X4 ibarətdir. Qəbələ Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(025)-470/2023 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: X10 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? X10 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 1426 saylı rəyi ilə mülki iş materiallarından, təqdim edilmiş tibbi sənəd və yoxlanılan şəxsin anasından toplanılmış anamnestik məlumatlardan aşağıdakılar məlum olur.Yoxlanılan şəxs xx.xx.2001-ci il tarixdə Qəbələ şəhərində anadan olmuşdur. İrsiyyəti psixi xəstəliklə ağırlaşmayıb. Erkən yaşlarından psixofiziki inkişafdan geri qalıb. Əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməyib. Yardımçı məktəb proqramı üzrə bir neçə il təhsil alsa da, elementar biliklərə yiyələnə bilməyib.Psixi Sağlamlıq Mərkəzində, Şəki Rayon Psixiatriya Xəstəxanasında müalicədə olub. Mülki işdə olan Şəki Rayon Psixiatriya Xəstəxanasının xəstəlik tarixindən çıxarışdan məlum olur ki, X10 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək "Orta dərəcəli əqli gerilik. Davranış pozuntuları ilə. Nitq qüsuru ilə" diaqnozu ilə müayinədə olmuşdur. Mülki işdə olan Psixi Sağlamlıq Mərkəzinin 09 dekabr 2019-cu il tarixli 8800 nömrəli arayışından məlum olur ki, X10 t.e.d. professor Fuad İsmayılov tərəfindən müayinədə olmuş və ona "Orta dərəcəli əqli gerilik. Davranış pozuntuları və nitq qüsuru ilə" diaqnozu təyin edilmişdir. Mülki işdə olan TSEK-in elektron arayışından məlum olur ki, X10 müayinədə olmuş və ona "Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilk müalicə və qulluq tələb edən ciddi davranış pozuntusu" diaqnozu ilə İİİ dərəcəli əlillik təyin edilmişdir. Mülki işdə olan Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 092 nömrəli məktubunda göstərilmişdir ki, X10 xx.xx.2022-ci il tarixdə Şəki RPX-də həkim psixiatr komissiyası tərəfindən müayinə olunmuş və ona "Ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən davranış pozuntusu. Nitq artikulyasiyasının spesifik pozuntusu" diaqnozu təyin edilmişdir.Yoxlanılan şəxsin obyektiv müayinəsi. Yoxlanılan şəxsin obyektiv müayinəsi onun vəziyyətinin somatik, nevroloji və psixi cəhətdən qiymətləndirilməsindən ibarətdir. Şikayətləri: Səhhətindən şikayət təqdim edə bilmir. Somatik statusu: Yoxlanılan düzgün bədən qurluşludur. Dəri və gözə görünən selikli qişalar adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Nevroloji statusu: Mərkəzi sinir sisteminin üzvi zədələnmə əlamətləri qeyd olunur. Psixi statusu: Zahirən passivdir. Bələdliyi zamana və məkana görə pozulub. Ünsiyyətə qeyri- adekyat tərzdə daxil olur. Sualların bir qismini başa düşmür. Nitqi praktiki inkişaf etməyib. Ayrı-ayrı anlaşılmaz sözləri təkrar edir. Təfəkkürü primitivdir. Yaddaş və intellekt funksiyaların aşağı olması müəyyən edilir. Elementar biliklərə malik deyil. Maraq dairəsi məhduddur. Emosiyaları şəraitə qeyri-adekvatdır. Davranışıüzərində nəzarəti zəifləmişdir. Keçirilən ekspertizanın məqsədini dərk etmir. Öz vəziyyətinə qarşı tənqidi yoxdur. Nəticə hissəsi: İ Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlirəm ki, X6 AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK DAVRANİŞ POZUNTULARİ İLƏ (F72) qeyd olunur. Bunu anamnestik məlumatlar- körpəlikdən psixofiziki inkişafdan geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, Psixi Sağlamlıq Mərkəzində, Şəki Rayon Psixiatriya Xəstəxanasında müalicədə olması, xəstəliyi ilə əlaqədar İİİ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər ünsiyyətə çətin daxil olması, ona ünvanlanan sualların bir qismini başa düşməməsi, təfəkkürünün primitivliyi, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyri-adekvatlığı, iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, davranışı üzərində nəzarətinin zəifləməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlirəm ki, X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Beləliklə, X6 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə qeyd olunur. X10 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Cavab: X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları,ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 1426 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X3 psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2001-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2001-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar