Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-471/2021 27.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "miras qalmış torpaq sahəsi və fərdi yaşayış evinə vərəsəlik paylarının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "miras qalmış torpaq sahəsi və fərdi yaşayış evinə vərəsəlik paylarının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixində ünvan 1-də yerləşən 78.5 kv.m. fərdi yaşayış evinəvə 0.007 ha torpaq sahəsinə 1/6 payı X9, 1/6 payı Cavabdeh1, 1/6 payı Cavabdeh2, 1/6 payı Cavabdeh3, 1/6 payı Cavabdeh4 və 1/6 payı X10 adına mülkiyyət hüququ əsasında verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışda olan X16 və X4 ölümündən sonra onlara yəni-İddiaçı vəX14 çatası miras daşınmaz əmlak(yaşayış evi, torpaq sahəsi) üzrə qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun 2008-ci il tarixində X16 ilə toyları olmuş, ailə qurmuş və nikahları xx.xx.2008-ci il tarixində Qəbələ rayon Qeydiyyat şöbəsində 72 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X17 anadan olmuşdur. Həyat yoldaşı X16 xx.xx.2009-cu ildə qara ciyərin serrozu koması xəstəliyindən vəfat etmişdir. O, X16 ilə ailə qurduqdan sonra el adəti üzrə mərhum ərinin yaşadığı evə gəlin köçmüş və həyat yoldaşı vəfat etdikdən sonra, təxminən 7 aya qədər həmin evdə yaşadıqdan sonra qarşı tərəfin təzyiqlərinə görə məcburiyyət qarşısında qalaraq qızı ilə birlikdə valideynlərinə məxsus evə köçmüşlər. O, cavabdehlərin də yaşadığı Qəbələ şəhəri, 28 May küçəsi, ev 59-a gəlin köçərkən yaşayış evi xx.xx.2019-cu ildə vəfat etmiş X9 ilə birlikdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mərhum həyat yoldaşı X10 adına olmuşdur. Həmçinin yaşayış evinin yerləşdiyi 0.07 ha torpaq sahəsi də X9,Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X10 adına qeydə alınmışdır. Qeyd olunan daşınmaz əmlaklara dair Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə torpağa dair JN-1018F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli həmin torpaq sahəsinə qeydiyyat nömrəsi ********** olan Çıxarış,sonradan müraciəti əsasında məhkəmə qətnaməsinə görə torpaq üzərində 1/6 paylar müəyyən edilərək, xx.xx.2021-ci il tarixində həmin torpaq sahəsinə qeydiyyat nömrəsi ********** olan Çıxarış və həmin torpaq üzərində olan fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Texniki pasportu əldə olunmuşdur. O, hal-hazırda qızı ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır, həmçinin digər ailə üzvləri ilə birgə yaşadığından onlarla tez-tez mübahisələr yaranır. Ona görə də ona və qızına mərhum həyat yoldaşı X7 vərəsə kimi ona və qızı X14 çatası miras payının və mərhum qaynatası X3 vərəsə kimi qızıX14 çatası miras payı müəyyənləşdirildikdən sonra yaşayış evinə köçərək orada yaşamaq istəyirlər. Notariat orqanına müraciət olunmuş vərəsəlik üzrə miras paylarını qəbul etmək istəsələr də, məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuş, ona görə məcbur olaraq məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin, o və qızı həmin evdə qeydiyyatdadırlar və onun cehiz əşyalarının bir hissəsi hal-hazıradək həmin fərdi yaşayış evindədir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək göstərdi ki, 2008-ci ildə oğlu X16 ilə İddiaçı ilə evlənmişlər və 2009-cu ildə oğlu vəfat etmişdir. Vahidə bir müddət onlarla birlikdə yaşadıqdan sonra əşyalarını da yığıb, uşağı da aparıb valideynlərinin evinə getmişdir. O gedəndən sonra 4 il ərzində mərhum əri oğullarını da aparıb Vahidəni, nəvəsi görməyə gedirmişlər. Hər dəfə gedəndə bacardıqları köməklik edirmişlər. Onların uşaq üçün alıb göndərdikləri paltarları Vahidə mərhum ərinin gözü qarşısında alıb kənara atıb, bu paltarlardan yaxşısını onun valideynləri uşaq üçün alır demişdir. İddiaçı nəvəsini ona göstərməmiş, lakin hal-hazırda onlardan torpaq istəyir. Qanunda nəzərdə tutulmuş qaydada payın verilməsinə etiraz etmir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iddianı qəbul edərək verdiyi izahatında göstərmişdirlər ki, qanunda nəzərdə tutulmuş qaydada iddiaçının və onun uşağının payının verilməsinə etiraz etmirlər. Məhkəmə tərəflərin izahatlarını və işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********66-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən görünür ki, ünvan 1 ünvanında X10 adına 78.5 kv.m sahədə olmaqla xüsusi mülkiyyət və 0.07 ha yaşayış mənətəqələrinin torpaqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda hüquq sahibləri olaraq X16, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 hər birinin 1/6 hissədə payları müəyyən olunmuşdur. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X4 adına 406-1/6316 inventar nömrəli «Fərdi yaşayış evinin texniki pasportu» tərtib edilmişdir. Texniki pasportun torpaq sahəsinin 1:500 miqyasında planında torpağın situasiya planı, şərti işəralərlə yerləşən tikililər və torpaq sahəsinə dair məlumat əks olunmuşdur. Həmin plandan görünür ki, həyətdə torpaq sahəsi sənəd üzrə 0,07 ha təşkil etməklə, ev X4 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(025)- 1106/2020 saylı qətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********66-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X16 və X4 ümumi birgə mülkiyyətinə verilmiş 0,07 ha torpaq sahəsindən İddiaçı mərhum əri X10 1/6 hissədə payı müəyyən edilmişdir. İşdə olan Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 827 nömrəli məktubdan görünür ki, qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət buraxıldığından, o cümlədən notariat ofisinə mirasın faktiki qəbulu və ona sahiblik etməsi barədə sübutlar təqdim edilmədiyindən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx xxxxx 2021-ci il tarixli, 486 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı tərəfindən mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin buraxılması, mirasın faktiki qəbulu və ona sahiblik edilməsi barədə sübutlar təqdim edilməməsi səbəbindən X10 adına vərəsəlik işi açılmamışdır. Vətəndaşın müraciəti xx.xx.2020-ci il tarixli 827 nömrəli məktubla cavablandırılmışdır. X3 xx.xx.2009-cu il tarixdə ölmüş əri X12 çatası miras paydan yetkinlik yaşına çatmamış övladı X14 təmsilçilik qaydasında vərəsəlik hüququnun rəsmiləşdirilməsi ilə bağlı tərəflər arasında mirasın bölüşdürülməsi haqqında mübahisə olduğu səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İşdə olan Qəbələ regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 40/69 nömrəli arayışdan görünür ki, X16 ilə X8 xx xxxx 2008-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 72 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Tahirov, arvada Tahirova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İİ seriyalı, 256379 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.2009-cu il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu ildə 114 № ilə qeyd edilmişdir. X5, anası İddiaçıdır. İşdə olan Qəbələ regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 065712 №-li «Ölüm haqqında şəhadətnamə»nin təkrarından görünür ki, X16 “Qara ciyərin serrozu koması” xəstəliyindən xx.xx.2009-cu il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu ildə 79 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 37/69 №-li «Ölüm haqqında» arayışdan görünür ki, X9 “kəskin miokard infarkt” xəstəliyindən xx.xx.2019-cu il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 386 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1170.1-ci maddəsinə görə, vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1282.1-ci maddəsinə əsasən, əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı ilə X16 arasında nikah xx xxxx 2008-ci ildə Qəbələ rayon Qeydiyyat şöbəsində bağlanmışdır. X16 xx.xx.2009-cu il tarixdə “Qara ciyərin serrozu koması” xəstəliyindən vəfat etmişdir. X9 “kəskin miokard infarkt” xəstəliyindən xx.xx.2019-cu il tarixdə Qəbələ rayonunda vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********66-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən ünvan 1 ünvanında X10 adına 78.5 kv.m sahədə olmaqla xüsusi mülkiyyət və 0.07 ha yaşayış məntəqələrinin torpaqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda hüquq sahibləri olaraq X16, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 hər birinin 1/6 hissədə payları müəyyən olunmuşdur.Miras qalmış torpaq sahəsinə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün vərəsələrdən İddiaçı Qəbələ Regional «Asan Xidmət» mərkəzindəki notariat kontoruna müraciət etmiş, lakin qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət buraxıldığından, o cümlədən notariat ofisinə mirasın faktiki qəbulu və ona sahiblik etməsi barədə sübutlar təqdim edilmədiyindən payların məhkəmə qaydasında müəyyən ounması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə mülki işin mövcud və araşdırılan hallarını, İddiaçı qanun üzrə vərəsəliklə 0,07 hektar torpaqdan və həmin torpaq sahəsində yerləşən 78.5 kv.m fərdi yaşayış evindən paylarının müəyyən olunmasına dair tələbini nəzərə alaraq və qiymət verərək hesab edir ki, ölmüş şəxs (miras qoyan) X7 miras qalmış xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********66-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən X16, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 mülkiyyətinə verilmişünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsindən X10 vərəsələri İddiaçı və iddiaçının uşağı X13 hər birinin vərəsə kimi payının 1/18 hissə (0,0039 ha) (0,07 ha : 6 = 0,0116 ha; 0,0116 ha :3 = 0,0039 ha) müəyyən olunması və ölmüş şəxs (miras qoyan) X7 miras qalmış xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********66-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən X16, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi üzərində yerləşən 78.5 kv.m olan fərdi yaşayış evindənX10 vərəsələri İddiaçı və iddiaçının uşağı X13 hər birinin vərəsə kimi payının 1/18 hissə (4,3611 ha) (78,5 ha : 6 = 13,0833 ha; 13,0833 ha :3 = 4,3611 ha) müəyyən olunması daha ədalətli, qanuni və məqsədəmüvafiqdir. Bu həm də qanun üzrə vərəsəliklə pay almaq hüququna malik vərəsələrin qanunla qorunan mənafelərinə xələl yetirmir (huquqlarını məhdudlaşdırmır və ya pozmur) və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla onların qanunla qorunan mənafelərinə zidd deyil, uyğundur. Məhkəmə eyni zamanda İddiaçı qanun üzrə vərəsəliklə 0,07 hektar torpaqdan və həmin torpaq sahəsində yerləşən 78.5 kv.m fərdi yaşayış evindən X3 qalmış miras əmlakdan paylarının müəyyən olunmasına dair bildirir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər. Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Göstərilənlərə əsasən X2 Zaməddin Bədrəddin oğlundan əvvəl öldüyündən X23 Tahirovun vərəsəsi ola bilməz. Bu səbəbdən də İddiaçı və iddiaçının uşağı X13X3 qalan miras payına vərəsə ola bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X1 və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********66-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la verilmiş ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsindən İddiaçı və iddiaçının uşağı X13 hər birinin mirasdan qanun üzrə vərəsəlik qaydasında məcburi payı 1/18 hissə (0,0039 ha) müəyyən edilməli və həmin torpaq sahəsi üzərində yerləşən 78.5 kv.m olan fərdi yaşayış evinin 1/18 hissəsinə (4,3611 kv.m) İddiaçı, 1/18 hissəsinə (4,3611 kv.m) isə iddiaçının uşağı X13 qanun üzrə vərəsəlik hüququ tanınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. X1 və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********66-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la verilmiş ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsindən İddiaçı və iddiaçının uşağı X13 hər birinin mirasdan qanun üzrə vərəsəlik qaydasında məcburi payı 1/18 hissə (0,0039 ha) müəyyən edilsin və həmin torpaq sahəsi üzərində yerləşən 78.5 kv.m olan fərdi yaşayış evinin 1/18 hissəsinə (4,3611 kv.m) İddiaçı, 1/18 hissəsinə (4,3611 kv.m) isə iddiaçının uşağı X13 qanun üzrə vərəsəlik hüququ tanınsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-471/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-471/2021
27.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver