Məhkəmə qərarları › İş №2(025)-474/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-474/2023

04.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-474/2023 04.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən X10, Ərizəçi Mustafa oğlu, X11, X7 və X4 adına verilmiş JN - 116F nömrəli (kod: ********), JN - 116G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamələrin, Qəbələ rayon AİK-in 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən X2, Ərizəçi Mustafa oğlunun, X5, X6 adına verilmiş JN - 121 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının ona aid hissədə ona, yəni Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon AİK-in 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən X10, Ərizəçi Mustafa oğlu, X11, X7 və X8 Qəbələ rayonu, Böyük Əmili kəndində JN - 116F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmçinin Qəbələ rayon AİK-in 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən X10, Ərizəçi Mustafa oğlu, X11, X7 və X8 Qəbələ rayonu, Böyük Əmili kəndində JN - 116G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0,55 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmçinin Qəbələ rayon AİK-in 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən X10, Ərizəçi Mustafa oğlu, X11, X9 Qəbələ rayonu, Böyük Əmili kəndində JN - 121 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı ilə 1,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin Şəhadətnamələrdə onun ata adı səhvən "Mustafa" kimi göstərilmişdir. Hazırda torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində adlarına qeydə aldırmaq istəyirlər, ancaq dövlət aktında adı səhv qeyd olunduğundan bu mümkün deyildir. O, uzun illər buna əhəmiyyət verməmişdir, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışdır. Bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etsə də, həmin idarə tərəfindən ona ünvanlanmış məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahəiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olması tövsiyyə olunmuşdur. Şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsində, "doğum haqqında şəhadətnamə"də və "Nikah haqqında" Şəhadətnamədə adı düzgün olaraq Ərizəçi kimi qeyd edilmişdir. Yol verilmiş yalnışlığı başqa cür aradan qaldırmaq iqtidarında deyil, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: Belə ki, işdə olan JN - 116F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən X2, Ərizəçi Mustafa oğlunun, X5, X1 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Böyük Əmilli kəndində 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN – 116G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən X2, Ərizəçi Mustafa oğlunun, X5, X1 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Böyük Əmilli kəndində 0,55 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-121 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən X2, Ərizəçi Mustafa oğlunun, X5, X6 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Böyük Əmilli kəndində 1,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan 21 sentyabr 1966-ci il tarixli, АЗ seriyalı, ******* nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, AZ-T seriyalı, 020213 №-li «Nikah haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X3 28 fevral 1997-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 04 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qurbanov, arvada Qurbanova soyadı verilmişdir. İşdə olan ərizəçiyə aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 20 fevral 2023-cü il tarixli məktubundan görünür ki, JN – 116F və JN- 116G nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə və JN-121 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Böyük Əmilli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli, 242 nömrəli arayışda göstərilmişdir ki, Ərizəçi atasının adı Qəbələ rayon Böyük Əmilli kənd İnzibati Ərazi Dairə üzrə nümayəndəliyinin 01 nömrəli təsərrüfat başına kitabının 27-ci səhifəsində 26 nömrəli şəxsi hesabında Ərizəçi kimi qeydiyyatdadır, lakin onlara verilmiş JN-121 kod nömrəsi 40604028 torpağa mülkiyyət hüququna dair dövlət aktında texniki səhv olaraq atasının adı Ərizəçi Mustafa oğlu kimi qeydə alınmışdır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Böyük Əmilli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli, 243 nömrəli arayışda göstərilmişdir ki, Ərizəçi Qəbələ rayonu Böyük Əmilli kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5- ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir:birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir,yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən X2, Ərizəçi Mustafa oğlunun, X5, X1 və X4 adına verilmiş JN - 116F nömrəli (kod: ********) və JN - 116G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə, eyni zamanda Qəbələ rayon AİKin 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən X2, Ərizəçi Mustafa oğlunun, X5, X6 adına verilmiş JN - 121 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçinn səhvən ata adı “Mustafa” kimi qeyd edilmişdir. Lakin ərizəçiyə aid şəxsiyyət vəsiqəsində, doğum və nikah haqqında şəhadətnamələrdə düzgün olaraq ad, soyad və ata adı Ərizəçi kimi göstərilmişdir. Qeyd olunan şəhadətnamələrdə və dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamələr və dövlət aktı üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən X2, Ərizəçi Mustafa oğlunun, X5, X1 və X4 adına verilmiş JN - 116F nömrəli (kod: ********) və JN - 116G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin; Qəbələ rayon AİK-in 07 noyabr 1997-ci il tarixli 19 nömrəli qərarına əsasən X2, Ərizəçi Mustafa oğlunun, X5, X6 adına verilmiş JN - 121 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar