Məhkəmə qərarları › İş №2(025)-479/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-479/2021

13.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-479/2021 13.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi və ərizəçinin vəkili X1 iştirakları ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli, 10 saylı Qərarına əsasən toıpağa mülkiyyət hüququna dair JN-415 saylı Dövlət Aktı və torpağın mülkiyyətə verilməsinə dair JN-046A saylı Şəhadətnamə ilə digər mülkiyyətçilərlə birlikdə onlara yəni mərhum X13, X8 və X16 adına verilmiş torpaq sənədlərinin onlara yəni, mərhum X6, mərhum X4 və ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli, 10 saylı qərarına əsasən onlara ailə üzvləri ilə birlikdə paylı mülkiyyət hüququ əsasında mülkiyyətimizə 1,82 ha kənd təsərrüfatı təyinatlı torpaq payı və 0,42 ha həyət torpaq sahəsi verilmişdir. Ailə üzvü dedikdə mən, mərhum qayınatam X14, mərhum ərim X19, mərhum qaymanam X15, X17, X9 və X10r. Ailə üzvləri ilə birlikdə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair JN-415 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və JN- 046F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə də onlara təqdim olunmuşdur. JN-415 saylı torpağa mülkiyyət hüququna dair Döğvlət Aktında və JN-046F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mərhum qayınatası Əlifxanın adı Əmirxan kimi, mərhum əri X3 ata adı Əmirxan oğlu kimi, onun özünün adı isə Şərqiyə kimi göstərilmişdir. Digər mülkiyyətçilərin inisiallarında hər hansı bir səhv yoxdur. Lakin, mərhum qayınatası X5 müvəqqəti şəxsiyyət vəsiqəsində, ölüm haqqında şəhadətnamədə atasının adı Mütəllif kimi, mərhum əri X3 şəxsiyyət vəsiqəsində və ölüm haqqında şəhadətnaməsində atasının adı Əlifxan kimi və onun şəxsiyyət vəsiqəsində adı Şərgiyə kimi qeyd olunmuşdur ki, bu da onlara müəyyən problemlər yaratmışdır. Bu səbəbdən paylarının bölünərək hər birinin adına “Çıxarış” alınması və payın üzərində sərəncam vermək hüququnun həyata keçirilməsi mümkünsüz olmuşdur. JN-415 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Altında və JN-046F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən X13, Muradov Məmmədxan və X16 inisialları X14, X11 və Ərizəçi məxsusdur. Sözü gedən sənədlər hüquqmüəyyənedici sənədlərdir və bu baxımdan həmin sənəd mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən həmin sənədlərə aydınlıq gətirilməsi zəruridir. Bununla əlaqədar olaraq adlarına “Çıxarış” almaq üçün X27 Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etdi. Lakin DƏDRX Qəbələ Ərazi İdarəsi ona “Çıxarış” verməkdən imtina etdi və xx xxxxxx 2020-ci il tarixli, **********82 saylı məktubla bildirildi ki, məhkəməyə müraciət edilməlidir. Həmçinin yuxarıda sözü gedən torpaq sənədlərinin surətlərinin bazada kökünün olub-olmamasına dair və surətlərinin verilməsinə dair DƏDRX 9 saylı Qəbələ ərazi idarəsinə müraciət etdi, lakin oradan vəkilinə cavab verildi ki, Qəbələ rayon Tüntül kəndində 7 nəfər ailə üzvü ilə birlikdə 0,42 ha həyətyanı torpaq sahəsinə JN-046F olan “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”, 0,25 ha həyətyanı torpaq sahəsinə JN-046A olan “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” və 1,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN- 415 olan “torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. Eyni zamanda JN-046A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə inisiallarla bağlı problem yoxdur. Odur ki, ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkili X2 iddia tələblərinin müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-415 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxx 1998-ci il tarixli, 10 nömrəli qərarına əsasən, X21, X13, X18, X15, X17, X9 və X7 ümumi birgə mülkiyyətinə 1.82 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-046F (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxx 1998-ci il tarixli, 10 nömrəli qərarına əsasən, X21, X14, X18, X15, X17, X9 və X7 ümumi birgə mülkiyyətinə 0.42 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən xx xxxxxx 2005-ci il tarixdə verilmiş X6 məxsus 5813 saylı Müvəqqəti şəxsiyyət vəsiqəsindən görünür ki, burada ərizəçinin mərhum qaynatası X5 adı “Əlifxan” kimi qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Tüntül kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli AZ-İİ № 065710 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2006-cı il tarixdə Qəbələ rayonu, Tüntül kəndində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə ərizəçinin mərhum qaynatasının adı “Əlifxan” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş X4 məxsus seriya AZE № 03637208 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin mərhum əri X3 ata adı “Əlifxan” kimi qeyd edilmişdir. İşdə olan Qutqaşen rayon, Tüntül kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1949-cu il tarixli İE № 263654 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçinin mərhum əri X3 ata adı “Əlifxan” olaraq, həmçinin ərizəçinin mərhum qaynatası X5 adı “Əlifxan” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Tüntül kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli AZ-İİ № 065709 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2015-ci il tarixdə Qəbələ rayonu, Tüntül kəndində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə ərizəçinin mərhum əri X3 ata adı “Əlifxan” olaraq qeyd edilmişdir. İşdə olan xx xxxxxx 1964-cü il tarixli HZ № ******* saylı Hərbi biletin surətindən görünür ki, bu sənəddə ərizəçinin mərhum əri X3 ata adı “Əlifxan” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, bu sənəddə Ərizəçi adı “Şərgiyə” kimi qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon, Tüntül kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1971-ci il tarixli AZ № 157654 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, bu sənəddə ərizəçinin mərhum əri X3 ata adı “Əlifxan” olaraq, həmçinin Ərizəçi adı “Şərgiyə” kimi qeyd olunmuşdur. İşdə olan İ-İE № 101386 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi adı “Şərgiyə” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və ailə üzvlərinin mülkiyyətinə 1.82 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN - 415 nömrəli (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “X11” əvəzinə “X8”, “Ərizəçi” əvəzinə “X21” və “X14” əvəzinə “X13” kimi; həmçinin ərizəçinin və ailə üzvlərinin mülkiyyətinə 0.42 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-046F nömrəli (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə yalnışlığa yol verilərək, “X11” əvəzinə “X8”, “Ərizəçi” əvəzinə “X21” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-046F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi, ərizəçinin mərhum əri X4 aid olan hissədə, JN-415 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının Ərizəçi, ərizəçinin mərhum qayınatası X6 və ərizəçinin mərhum əri X4 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar