Məhkəmə qərarları › İş №2(025)-483/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-483/2021

12.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-483/2021 12.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK -nin xx.xx.1998-ci il tarixli 19 saylı qərarına əsasən X3 mülkiyyətinə verilmiş JN -2155 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X5 aid hissədə X5 məxsus olması hüquq faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK -nin xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə verilmiş JN -2155 A saylı kodu 40600048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə hüquq sahibi siyahısında 1-ci sırada X4 ata adı texniki səhv olaraq X2 qeyd edilmişdir. Qeyd edilən mülkiyyət sənədi üzrə miras əmlakın müəyyən edilməsi və sənədləşdirilməsi məqsədilə əməliyyat aparmaq məqsədilə DƏDRX -nin 9 saylı Qəbələ ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, qeyd olunan JN -2155 A saylı şəhadətnamədə hüquq subyekti siyahısında 1-ci sırada X7 əvəzinə texniki səhv olaraq X2 qeyd edilmişdir. Mülkiyyət sənədindəki texniki səhvə görə əməliyyat aparmaq mümkün olmamışdır. JN - 2155 A saylı kodu 40600048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilən texniki səhv məhkəmə qaydasında düzəliş edilməlidir. X4 adına verilmiş xx.xx.1954 -cü il tarixli İJ № 229760 saylı doğum haqqnda şəhadətnamədə də ata adı düzgün olaraq “Bahəddin” kimi yox Bahadur kimi qeyd edilmişdir. xx.xx.1978-ci il tarixdə bağlanmış İ-JO № 352621 saylı nikah haqqnda şəhadətnamədə də X4 ata adı düzgün olaraq “Bahəddin” kimi yox Bahadur kimi qeyd edilmişdir. xx.xx.2018-ci tarixdə X4 adına verilmiş AZ-İ № 959964 saylı ölüm haqqnda şəhadətnamədə də ata adı düzgün olaraq “Bahəddin” kimi yox Bahadur kimi qeyd edilmişdir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-2155A nömrəli 40600048 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X3 tam mülkiyyətinə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1954-cü il tarixli İJ № 229760 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxxx 1954-cü il tarixdə Qutqaşen rayonu, Vəndam qəsəbəsində anadan olmuş, doğum haqqında şəhadətnamədə ərizəçinin mərhum ərinin ata adı “Bahadur” olaraq qeyd edilmişdir. İşdə olan Rusiya Federasiyasının müvafiq səlahiyyətli orqanı tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 72 ******* saylı pasportun surətindən görünür ki, X7 xx xxxxxxx 1954-cü il tarixdə anadan olmuş, həmin sənəddə ərizəçinin mərhum ərinin ata adı “Bahadur” olaraq qeyd edilmişdir. İşdə olan xx xxxxxxx 1978-ci il tarixli İ-JO № 352621 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Georgiyevna ilə xx xxxxxxx 1978-ci il tarixdə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Lyubov, arvada Lyubova soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə ərizəçinin mərhum ərinin ata adı “Bahadur” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ Regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2008-ci il tarixli AZ-İ № 959964 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə ərizəçinin mərhum ərinin ata adı “Bahadur” olaraq qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 1745 saylı arayışından görünür ki, JN- 2155A saylı KOD 40600048 olan Şəhadətnamədə adı qeyd olunmuş X3 ata adı texniki səhv olaraq düşmüşdür əslində “X7” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin mərhum ərinin tam mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-2155A nömrəli 40600048 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “X7” əvəzinə “X6” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-2155A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçinin mərhum əri X5 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar