Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-500/2022 30.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, Ərizəçi, ərizəçinin vəkili Vəkil və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 11 iyun 1963-cü il tarixində Qutqaşen (indiki Qəbələ) şəhərində anadan olmuş, Qəbələ şəhəri, M.F.Axundov küçəsi, ev 15-də qeydiyyatda olan və yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib göstərdi ki, o, xx xxx 1977-ci il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu anadan olmuşdur. X2 xx.xx.1998-cı il tarixində baş beyin daxili qansızmadan və X5 xx.xx.2007-ci il tarixində qan dövranı çatışmamazlığından vəfat etmişlər. Atası və anası xx.xx.1958-ci il tarixində nikaha daxil olmuşlar və birgə nikahlarından 9 övladları, 6 qız və 3 oğlan uşaqları olmuşdur. X1 11 iyun 1963-cü il tarixində Qutqaşen (indiki Qəbələ) şəhərində anadan olmuş, ailəli olmamış, doğulduğu vaxtdan yəni anadangəlmə fiziki qüsurlu və əqli geriliyi olan şəxs olmuşdur. Müayinə zamanı Tibbi-Sosial Ekspert Komissiayasının diaqnozu ilə onda şizofreniya, paranoid forma olmaqla, əmək qabiliyyətini itirdiyinə görə müddətsiz, İİ dərəcəli əlillik təyin olunmuşdur. Hal-hazırda onda psixo-fıziki gerilik, yaddaş və davranış pozğunluqları yaranmışdır ki, xəstəliyinə görə özünü sərbəst idarə edə bilmir və bacısına onun həyat yoldaşı baxaraq qulluq göstərir. X9 xəstəlikləri ilə əlaqədar öz hərəkətlərini tənzimləyə bilmədiyindən başqa şəxsin köməyinə və qayğısına daim ehtiyacı vardır. Bəzi hallarda onun tərəfindən hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşirik. Odur ki, bacısı X3 xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyəti olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Qəbələ RPŞ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE № 14823992 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1963-cü ildə Qəbələ rayonunda anadan olmuş, hazırda Qəbələ şəhəri, M.F.Axundov küçəsi, ev 15 ünavında qeydiyyatdadır. İşdə olan ƏƏMN Göyçay rayon şöbəsi tərəfindən 16 aprel 2002-ci il tarixdə verilmiş 196998 saylı vəsiqənin surətindən görünür ki, X8 2-ci qrup əlildir. İşdə olan Qutqaşen rayon Hacallı kənd soveti tərəfindən 13 iyun 1963-cü il tarixdə verilmiş AZ № 420174 saylı Doğum haqqında Şəhadətnamədən görünür ki, X8 11 iyun 1963-cü ildə Qəbələ rayonunda anadan olmuşdur. X5, X2dır. İşdə olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən 28 yanvar 1998-ci il tarixdə verilmiş V-JQ № 305033 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X10 23 yanvar 1998-ci il tarixdə Qəbələ rayonunda vəfat etmişdir. İşdə olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən 05 fevral 2007-ci il tarixdə verilmiş AZ-İ № 232885 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X11 31 yanvar 2007-ci il tarixdə Qəbələ rayonunda vəfat etmişdir. İşdə olan Qutqaşen rayon VVAQ şöbəsi tərəfindən 24 may 1977-ci il tarixdə verilmiş İV- JQ № 498891 saylı Doğum haqqında Şəhadətnamədən görünür ki, Ərizəçi xx xxx 1977-ci ildə Qəbələ rayonunda anadan olmuşdur. X5, X2dır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 xx.xx.2022-ci il tarixli, 1928 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X4 Kəskin debillik dərəcəsində oliqofreniya müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara uşaqlıq dövründən başlayaraq yaşıdlarına nəzərən psixofiziki inkişafda geri qalması, yaşayış yeri üzrə nevropatoloqun müalicəsini qəbul etməsi, sonradan psixiatrik qeydiyyata düşərək hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla müalicələr qəbul etməsi, əqli geriliklə əlaqədar məktəbdə formal olaraq bir neçə sinif təhsil alması, İİ qrup əlil olması, əqli gerilik və evdə davranış pozuntularının biruzə verməsi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: intellektual inkişafdan geri qalması ilə əlaqədar nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. Mülki iş materiallarını və ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: X8 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? Cavab: X4 Kəskin debillik dərəcəsində oliqofreniya müəyyən edilir. 2-ci sual: X3 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Cavab: X8 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X8 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 xx.xx.2022-ci il tarixli, 1928 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçiya aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 11 iyun 1963-cü ı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 11 iyun 1963-cü ı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-500/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-500/2022
30.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver