Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-508/2021 16.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 2982 F saylı, KOD 40601004 nömrəli şəhadətnamədə göstərilmiş X4 - Ərizəçi olduğu və həmin şəhadətnamənin Ərizəçi yəni ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayonu, Qəbələ şəhərində Aqrar İslahat aprılarkən Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə onun və ailə üzvülərinin mülkiyyətinə 0,07 ha torpaq sahəsi verilmişdir. Torpağın Mülkiyyətinə verilməsinə dair JN-2982F saylı. KOD 40601004 nömrəli Şəhadətnamədə texniki səhv olaraq atasının səhv getmişdir. Belə ki, onun adı Ərizəçi olduğu halda X1 qeyd olunmuşdur. Əslində isə atasının adı iş materiallarına əlavə etdiyi şəxsiyyət vəsiqəsində olduğu kimidir. O, xx xxxxxxxx 1991-ci il tarixdə Qəbələ şəhər sakini X17 sahib oğlu ilə evlənmiş və ərinin soyadı olan Osmanova soyadını qəbul etmişdir. Məsimova soyadı onun qızlıq soyadıdır. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni verən orqan texniki səhv edərək atasının adını səhv qeyd etmişlər. Bu məsələni o, həmin sözü gedən şəhadənaməyə əsasən “Çıxarış” almaq istəyərkən bilmişdir. Atasının adının səhv olması səbəbindən isə, JN-2982 F saylı, KOD 40601004 nömrəli Şəhadətnamə üzrə “Çıxarış” ala bilmir. O, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-2982F nömrəli 40601004kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən, X2, X3, X9, X8, X10 və X5 ümumi birgə mülkiyyətinə 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon VVAQ şöbəsi tərəfindən xx xxxx 1969-cu il tarixdə verilmiş AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxx 1969-cu il tarixdə Qəbələ rayonunda anadan olmuş, doğum haqqında şəhadətnamədə ərizəçinin ata adı “Əliağa” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən xx xxxxxxxx 1991-ci il tarixdə verilmiş V-JQ № 488122 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxxxxxx 1991-ci il tarixdə X9 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Osmanov, arvada Osmanova soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə ərizəçinin ata adı “Əliağa” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Əliağa” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçi və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,07 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-2982F nömrəli 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “X16 qızı” əvəzinə “X8” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-2982F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-508/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-508/2021
16.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver