Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-510/2021 16.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, «Torpağın mülkiyyətə verilməsinə dair» JN- 057 F saylı kod 40604048 saylı şəhadətnamənin mərhum atası «X11»na məxsus olması hüquq faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, o, Ərizəçi Qəbələ rayonu Çarxana kəndində doğulmaqla Qəbələ rayonu, Çarxana kəndində ünvanda yaşayır. Qəbələ şəhəri ərazisində Aqrar İslahatı aparılan zaman təşkil olunmuş Komissiyanın xx xxxxxx 1998-ci il tarixli 13 nömrəli qərarı ilə, həmçinin «Torpağın mülkiyyətə verilməsinə dair» JN-057F saylı kod 40604048 saylı şəhadətnamyə əsasən mərhum valideynləri X4 və X3 mülkiyyətinə 0,62 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan sənədlə də torpağa dair onların mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Lakin mülkiyyət sənədi verilən zaman sənəddə mərhum atası «X6» əvəzinə səhv olaraq «X8» qeyd edilmişdir. X2 xx.xx.2005-ci il tarixdə «ürək damar çatışmamazlığı» xəstəliyindən vəfat etmişdir. Torpağın mülkiyyətə veriməsinə dair sənədlərlə onun şəxsiyyətini təsdiq edən sənədlər arasındakı bu uyğunsuzluğu müvafiq qaydada vərəsəlik açılması və çıxarışın verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin X9 Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edəndə bilmişdir. Buna görə də maraqlı şəxsə müraciət etmiş, lakin maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli məktubda yaranmış çətinliklə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Buna görə də şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi məqsədiylə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-057F nömrəli 40604048kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən, X8 və X3 ümumi birgə mülkiyyətinə 0,62 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon Hacallı kənd VVAQ şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 1973cü il tarixli İ-JQ № 493527 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1973-cü il tarixdə Qutqaşen rayonu, Çarxana kəndində anadan olmuş, doğum haqqında şəhadətnamədə ərizəçinin mərhum atasının ata adı “Aləmməd” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Çarxana kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxx 2005-ci il tarixli AZ-İ № 148205 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 2005-ci il tarixdə Qəbələ rayonu, Çarxana kəndində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə ərizəçinin mərhum atasının ata adı “Aləmməd” olaraq qeyd edilmişdir. İşdə olan xx xxxxxx 1951-ci il tarixli BM № 016828 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Abbas qızı ilə xx.xx.1951-ci il tarixdə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Qəniyev, arvada Qəniyeva soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədə ərizəçinin mərhum atasının ata adı “Aləmməd” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,62 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-057F nömrəli 40604048kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “X6” əvəzinə “X8” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-057F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçinin mərhum X2na aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-510/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-510/2021
16.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver