Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-524/2021 26.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi5, ərizəçi və digər Ərizəçi4 nümayəndəsi Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məhkəməyə ərizə ilə müraciət edərək, JN-355F, KOD 40605038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara yəni - Ərizəçi1, Ərizəçi2, X4, X5 və Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi və digər Ərizəçi4 nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli 09 saylı qərarı ilə onlara yəni - Ərizəçi1, Ərizəçi2, X1, X2 və Ərizəçi5 Qəbələ rayonu, Xırxatala kəndi ərazisindən 1.12 ha fərdi yaşayış ücün torpaq sahəsi verilmiş və bu baradə onlara JN-355F, KOD 40605038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnamədə sonradan onlara məlum olmuşdur ki, soyadları “Nəsrullayev”, ”Nəsrullayeva” əvəzinə “Nəsrullaev”, ”Nəsrullaeva” kimi, ad isə “Sadət“ əvəzinə “Saədət” yazılmışdır. Lakin şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi1, Ərizəçi2, X4, X5 və Ərizəçi5 kimi qeyd edilmişdir. Onlar, X4 və X5 xx.xx.2006-cı və xx.xx.2011-ci illərdə nikaha daxil olaraq soyadını “Hacıyeva” və “Seyidova” kimi qeyd etdirmişlər. Hazırda onlara məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamədə soyadlar və ad düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən onlar aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını xahiş etmişlər, müvafiq olaraq xx xxxxxx 2020-ci il tarixli **********33 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi5 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-355F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxx 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən X12, X6, X7, X8 və X3 ümumi birgə mülkiyyətinə 1.12 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 soyadı şəxsiyyəti təsdiq edən sənəddə “Nəsrullayev” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon, Bum qəsəbəsi İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli AZ-İV № 459699 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi1 soyadı “Nəsrullayev” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş ASAN-Qəbələ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 şəxsiyyəti təsdiq edən sənəddə soyadı “Nəsrullayeva”, adı “Sadət” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon, Bum kənd soveti tərəfindən verilmiş xx xxxx 1966-cı il tarixli AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi2 adı “Sadət” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Həmzəli kənd soveti tərəfindən verilmiş xx xxxxxxxx 1985-ci il tarixli İİİ-JQ № 485243 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X13 arasında xx xxxxxxxx 1985-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Nəsrullayev, arvada Nəsrullayeva soyadı verilmişdir. Burada Ərizəçi1 soyadı “Nəsrullayev” olaraq, həmçinin Ərizəçi2 adı “Sadət” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon, Həmzəlli İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli AZ-İV № 459700 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Hacıyeva (Nəsrullayeva) Nərgiz Sadiq qızının soyadı “Nəsrullayeva” olaraq, həmçinin ərizəçilər Ərizəçi1 soyadı “Nəsrullayev” olaraq və Ərizəçi2 soyadı “Nəsrullayeva”, adı “Sadət” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon, İmamlı kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxx 2006-cı il tarixli AZ-İ № 234515 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X9 arasında xx xxxx 2006-cı il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. Burada ərizəçi Hacıyeva (Nəsrullayeva) Nərgiz Sadiq qızının soyadı “Nəsrullayeva” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon, Həmzəlli kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli AZ-İV № 555523 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Seyidova (Nəsrullayeva) Məkkə Sadiq qızının soyadı “Nəsrullayeva” olaraq, həmçinin ərizəçilər Ərizəçi1 soyadı “Nəsrullayev” olaraq və Ərizəçi2 soyadı “Nəsrullayeva”, adı “Sadət” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon, Xırxatala kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli AZ-İ № 728114 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X10 arasında xx xxxxxx 2011-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Seyidov, arvada Seyidova soyadı verilmişdir. Burada ərizəçi Seyidova (Nəsrullayeva) Məkkə Sadiq qızının soyadı “Nəsrullayeva” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 soyadı şəxsiyyəti təsdiq edən sənəddə “Nəsrullayev” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon, Həmzəlli İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli AZ-İV № 459701 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi5 soyadı “Nəsrullayev” olaraq, həmçinin ərizəçilər Ərizəçi1 soyadı “Nəsrullayev” olaraq və Ərizəçi2 soyadı “Nəsrullayeva”, adı “Sadət” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 1.12 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-355F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək, “Ərizəçi1” əvəzinə “X12”, “Ərizəçi2” əvəzinə “X6”, “X4” əvəzinə “X7”, “X5” əvəzinə “X8” və “Ərizəçi5” əvəzinə “X11” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-355F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-524/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-524/2021
26.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver