Məhkəmə qərarları › İş №2(025)-528/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-528/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-528/2021 24.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1978-ci ildə Qəbələ rayonu, Böyük Pirəlli kəndində doğulmuş, Qəbələ rayonu, Böyük Pirəli kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 2000 (iki min) manat əsas borcun, 100 (bir yüz) manat faiz borcun və 150 (yüz əlli) manat cərimə borcunun, cəmi 2250 (iki min iki yüz əlli) manat məbləğində borcun və 30 (otuz) manat dövlət hesabına ödənilmiş rüsumun tutularaq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 06.01.2020-ci il tarixdə ona məxsus, hansıki Ağdaş şəhəri, 20 Yanvar küçəsi 76-da yerləşən “xxxx” MMC-yə yaxınlaşaraq 2000 manat dəyərində 06.01.2020-ci il tarixli müqaviləyə 01 nömrəli Əlavədə adları qeyd edilən malları almaq istədiyini bildirmişdir. Lakin həmin vaxt onun yetəri qədər maddi imkanı olmadığı üçün həmin malları müqavilə yazaraq almağa razılaşdılar. Bundan sonra Cavabdeh hissə-hissə 2020-ci ilin dekabr ayının 30-na qədər ödəmək şərti ilə 2000 manat dəyərində 06.01.2020-ci il tarixli müqaviləyə 01 nömrəli Əlavədə adları qeyd edilən malları satdı. Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir və hazırda da ödəniş etməkdən boyun qaçırır. Hər dəfə şifahi və yazılı xəbərdarlıq etməyinə baxmayaraq məsuliyyətdən qəsdən yayınır. Hal-hazırda Cavabdeh əsas borcu 2000 manat, faiz borcu 100 manat və cərimə borcu 150 manat təşkil edir. Nəticədə Cavabdeh 2000 manat əsas, 100 manat faiz borcunun və 150 manat cərimə borcunun, cəmi 2250 manat borcun, həmçinin 30 manat dövlət hesabına ödənilmiş rüsumun tutularaq onun xeyrinə ödənilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan 06.01.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı şəxsində “xxxx” MMC siyahısı müqavilənin tərkib hissəsi sayılan Əlavə Razılaşmada göstərilən mal(lar)ı Alıcının istifadəsinə verməyi, Alıcı isə əşyanı qəbul edib əvəzində dəyərini müqavilədə göstərilən qaydada 30 dekabr 2020-ci il tarixinə kimi ödəməyi öhdəsinə götürür. İşdə olan 06.01.2020-ci il tarixli alqı-satqı müqaviləsinə 1 saylı əlavə Razılaşmadan görünür ki, Cavabdeh müqavilə üzrə “xxxx” MMC-dən aldığı malların ümumi dəyəri 2000 manat təşkil edir. İş materiallarında olan İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 01 fevral 2021-ci il tarixli Pretenziya məktubundan görünür ki, borc məbləği 3 gün ərzində könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 36 metr rəngli “Technoline Z”, 36 metr rəngli “Technoline T”, 36 metr rəngli “Technoline Q”, 108 metr ağ “Technoline Q”, 72 metr ağ “Technoline Z”, 72 metr ağ “Technoline T”, 48 metr ağ “Technoline Z80”, 150 metr ağ “Technoline Cutcam”, 144 metr 25x25 ölçüdə “Dəstək sacı”, 42 metr rəngli “Technoline cutcam”, 24 metr rəngli “Technoline Z80”, 6 kv “Sendvic Panel türk” satmış və Cavabdeh həmin malların dəyəri olan 2000 manat məbləğində pul vəsasitini 30 dekabr 2020-ci il tarixinə kimi ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında 06.01.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin məbləğ hələ də ödənilmədən qalmaqdadır. İddiaçı 2000 manat əsas, 100 manat faiz borcunun və 150 manat cərimə borcunun ödənilməsini cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin məzmununa əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinin məzmununa əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinin məzmununa əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinin məzmununa əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlər Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, Cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini icra etmədiyinə görə cavabdehdir və 2000 manat əsas borc, həmçinin 100 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın "cavabdehlərdən 150 manat cərimə borcunun tutulması” hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 150 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 10 manata endirilməlidir. Məhkəmə hesab edir ki, 10 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, 10 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasına tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2000 (iki min) manat əsas borc, 100 (bir yüz) manat faiz borcu və 10 (on) manat cərimə borcu olmaqla, cəmi 2110 (iki min bir yüz on) manat borc məbləği və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat əsas borc, 100 (bir yüz) manat faiz borcu və 10 (on) manat cərimə borcu olmaqla, cəmi 2110 (iki min bir yüz on) manat borc məbləği və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar