Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-531/2021 26.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi2 və Ərizəçi5 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi2 və Ərizəçi5 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi2 və Ərizəçi5 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən Ərizəçi1 Söydiyar oğlu, Ərizəçi3, X9, X10 və X2 adına verilmiş JN - 1868A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin onlara aid hissəsədə onlara - Ərizəçi1, Ərizəçi4, Ərizəçi5 və Əhmədova (Səfərli) Səidə Raqif qızına məxsus olması, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən Ərizəçi1 Sədiyar oğlu, X3, Ərizəçi4, Ərizəçi5 və X4 adına verilmiş JN - 1289 nömrəli (kod: ********) «Torpağ mülkiyyət hüququna dair» Dövlət aktının onlara aid hissədə onlara, yəni Ərizəçi1, X1 və Əhmədova (Səfərli) Səidə Raqif qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, onlara, yəni Ərizəçi1 Söydiyar oğlu, Ərizəçi3, X9, X10 və X6 Qəbələ rayonu Vəndam kəndində JN - 1868A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,17 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə o - Ərizəçi1 ata adı səhvən “Söydiyar” kimi göstərilmişdir. Lakin ona məxsus digər sənədlərdə ata adı Södiyar kimi göstərilmişdir. Həmçinin onlar - ərizəçilər Ərizəçi4, Ərizəçi5 və Ərizəçi2 soyadı səhvən “Qasımov(a)” (valideynlərinin soyadı) kimi göstərilmişdir. Lakin digər sənədlərdə soyadları Səfərov və Səfərlidir. Eyni zamanda Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, onlara - Ərizəçi1, X3, Ərizəçi4, Ərizəçi5 və Səfərova (Əhmədova) Səidə Raqif qızına JN - 1289 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə 1,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin dövlət aktında o - Ərizəçi1 ata adı səhvən “Sədiyar” kimi göstərilmişdir. Lakin ona məxsus digər sənədlərdə ata adı Södiyar kimi göstərilmişdir. Ərizəçi3 adı isə səhvən “Rühəngiz” kimi göstərilmişdir. Lakin ona məxsus digər sənədlərdə adı Ruhəngiz kimi göstərilmişdir. Ərizəçi2 soyadı isə səhvən “Səfərova” kimi göstərilmişdir. Lakin ona məxsus digər sənədlərdə soyadı nikaha daxil olmamışdan əvvəl Səfərli kimi göstərilmişdir. Beləliklə, şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında (nikaha daxil olandan sonra) şəhadətnamələrdə və digər sənədlərdə ad, soyad və ata adı Ərizəçi1, Ərizəçi4, Ərizəçi5 və Əhmədova (Səfərli) Səidə Raqif qızı kimi qeyd edilmişdir. Ərizəçi2 nikaha daxil olmamışdan əvvəlki soyadı Səfərli olmuşdur. Lakin şəhadətnamədə soyadı səhvən “Qasımova”, dövlət aktında isə səhvən “Səfərova” kimi göstərilmişdir. Hazırda ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamədə və dövlət aktında səhvlər olduğundan bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni və Torpağa mülkiyyət hüququnu dair dövlət aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki və dövlət aktında yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən o, Ərizəçi1 aidiyyatı üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və torpağa mülkiyyət hüququna dair dövlət aktında yanlışlıqların aradan qaldırılmasını xahiş etmişdi, müvafiq xx xxxx 2021-ci il tarixli, **********99 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Biz uzun illər buna əhəmiyyət verməmişik, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşdılar. Yol verilmiş yalnışlığı onlar başqa cür aradan qaldırmaq iqtidarında deyillər, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi4 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi5 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1289 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, Ərizəçi1 Səliyar oğlu, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Səfərova (Əhmədova) Səidə Raqif qızının ümumi birgə mülkiyyətinə 1.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-1868A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən Ərizəçi1 Söydiyar oğlu, Ərizəçi3, X9, X10 və X2 ümumi birgə mülkiyyətinə 0.17 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Södiyar” olaraq qeyd edilmişdir. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş xx xxxx 1974-cü il tarixli İİ- JQ № 480666 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi1 ata adı “Södiyar” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 adı şəxsiyyəti təsdiq edən sənəddə soyadı “Ruhəngiz” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1963-cü il tarixli AZ № 462115 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Qasımova (Lətifova) Ruhəngiz Yusif qızının adı “Ruhəngiz” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş xx xxxxxxxx 1985-ci il tarixli İİİ-JQ № 485232 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X5 arasında xx xxxxxxxx 1985-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir. Burada Ərizəçi1 ata adı “Södiyar” olaraq, həmçinin Ərizəçi3 adı “Ruhəngiz” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 soyadı şəxsiyyəti təsdiq edən sənəddə “Səfərov” olaraq qeyd edilmişdir. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş xx xxxx 1988-ci il tarixli Xİİİ-JQ № 330134 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi4 soyadı “Səfərov” olaraq, həmçinin ərizəçilər Ərizəçi1 ata adı “Södiyar” olaraq və Ərizəçi3 adı “Ruhəngiz” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon, Vəndam qəsəbə İ.Ə.N tərəfindən verilmiş xx xxxxxxx 2015-ci il tarixli AZ-İİ № 070495 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi4 soyadı “Səfərov” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1998-ci il tarixli XV-JQ № 448184 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Əhmədova (Səfərli) Səidə Raqif qızının soyadı “Səfərli” olaraq, həmçinin ərizəçilər Ərizəçi1 ata adı “Södiyar” olaraq və Ərizəçi3 adı “Ruhəngiz” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon, Vəndam qəsəbə İ.Ə.N tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli AZ-İ № 794492 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X14 arasında xx xxxxxx 2012-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. Burada ərizəçi Əhmədova (Səfərli) Səidə Raqif qızının soyadı “Səfərli” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 soyadı şəxsiyyəti təsdiq edən sənəddə “Səfərov” olaraq qeyd edilmişdir. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş xx xxxxxxx 1986-cı il tarixli Xİ-JQ № 433961 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi5 soyadı “Səfərov” olaraq, həmçinin ərizəçilər Ərizəçi1 ata adı “Södiyar” olaraq və Ərizəçi3 adı “Ruhəngiz” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş xx xxxxxxx 1986-cı il tarixli Xİ-JQ № 433961 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi5 soyadı “Səfərov” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 1.52 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN- 1289 (Kod: ********) nömrəli « “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “Ərizəçi1” əvəzinə “Ərizəçi1 Səliyar oğlu”, “Ərizəçi3” əvəzinə “X3” kimi və “X11” əvəzinə “X7” kimi, həmçinin ərizəçilərin ümumi birgə mülkiyyətinə 0.17 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-1868A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək, “Ərizəçi1” əvəzinə “Ərizəçi1 Söydiyar oğlu”, “Ərizəçi5” əvəzinə “X10”, “Ərizəçi4” əvəzinə “X9” və “X11” əvəzinə “X8” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-1868A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi4, Əhmədova (Səfərli) Səidə Raqif qızı və Ərizəçi5 aid olan hissədə, JN- 1289 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Əhmədova (Səfərli) Səidə Raqif qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-531/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-531/2021
26.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver