Məhkəmə qərarları › İş №2(025)-537/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-537/2021

28.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-537/2021 28.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin 29.06.2000-ci il tarixli 07 saylı qərarı ilə X1, Ərizəçi1 Hədulla qızının, X2, X3 və X4 birgə mülkiyyətinə verilmiş JN 051 A saylı kodu 40303018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 aid hissədə Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayon AİK-nın 29.06.2000-ci il tarixli 07 saylı qərarı jilə verilmiş—Torpağın mülkiyyətə verilməsinə dair” JN-051A saylı kodu 40303018 olan şəhadətnamədə göstərilmiş hüquq sahiblərinin adları siyahısında 2-ci sırada Ərizəçi1 ata adı texniki səhv olaraq Yədulla əvəzinə “Hədulla” kimi, 4-cü sırada isə hüquq sahibi Ərizəçi2 adı texniki səhv olaraq Eşqin əvəzinə “Elçin" kimi qeyd edilmişdir. Qeyd edilən JN- 051A saylı şəhadətnamə üzrə birgə mülkiyyətə verilmiş 0,87 ha torpaq sahəsinin özəlləşdirmək məqsədilə DƏDRX-nin Qəbələ 9 saylı Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, qeyd olunan JN-051A saylı şəhadətnamədə göstərilən hüquq sahiblərinin adı siyahısında 2-ci sırada Ərizəçi1 ata adı texniki səhv olaraq Yədulla əvəzinə “Hədulla” kimi, 4-cü sırada isə Ərizəçi2 adı texniki səhv olaraq Eşqin əvəzinə “Elçin” kimi qeyd edilmişdir. JN-051 A saylı şəhadətnamədə qeyd edilən texniki səhvlərə düzəliş edilmədən əməliyyat aparılması mümkün deyildir. Qeyd edilən texniki səhvlərə düzəliş məhkəmə qaydasında edilə bilər. AA ******* saylı şəxsiyyət vəsiqəsində ata adı düzgün olaraq Yədulla qızı kimi qeyd edilmişdir. A3 № ******* saylı Doğum haqqında şəhadətnamədə də ata adı düzgün olaraq Yədulla qızı kimi qeyd edilişdir. XİX-JQ № 285266 saylı doğum haqqında şəhadətnamədə də ad düzgün olaraq Eşqin kimi qeyd edilmişdir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-051A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 29 iyun 2000-ci il tarixli 07 nömrəli qərarına əsasən X1, Ərizəçi1 Hədulla qızının, X2, X3 və X4 ümumi birgə mülkiyyətinə 0.87 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Astara rayon, Şuvi kənd soveti tərəfindən verilmiş 27 yanvar 1970-ci il tarixli AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Musayeva (Rəhmanova) Aygün Yədulla qızının ata adı “Yədulla” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon, Bunud kənd İ.Ə.N tərəfindən verilmiş 16 sentyabr 1992-ci il tarixli Vİ- JQ № 291729 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X6 arasında 16 sentyabr 1992-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Musayev, arvada Musayeva soyadı verilmişdir. Burada Ərizəçi1 ata adı “Yədulla” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Yədulla” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 adı şəxsiyyəti təsdiq edən sənəddə “Eşqin” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon, Bunud kənd İ.Ə.N tərəfindən verilmiş 19 may 1995-ci il tarixli XİX-JQ № 285266 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi2 adı “Eşqin” olaraq, həmçinin Ərizəçi1 ata adı “Yədulla” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.87 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-051A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək, “Ərizəçi1” əvəzinə “Ərizəçi1 Hədulla qızı” və “Ərizəçi2” əvəzinə “X7” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-051A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar