Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-543/2022 25.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-235 (Kod ********)nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının və Qəbələ rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN- 058F (Kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin onlara aid hissədə, yəni Ərizəçi1, Babayeva (Abduxalıqova) Qumru Qədim qızı, Əliyeva (Abduxalıqova) Vüsalə Qədim qızına və digər mərhum ailə üzvləri - X21 və Abduləzizova (Abduxalıqova) Vəzifə Qədim qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ölkədə aparılan torpaq islahatı zamanı Qəbələ rayon AİKin 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən onların və mərhum ailə üzvlərinin istifadəsində olan və Qəbələ rayonu Uludaş kəndində yerləşən 0,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvəzsiz olaraq onların mülkiyyətinə verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN- 235 (Kod ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında mərhum arvadı X1 soyadı “Abdulxalıqova” kimi, mərhum qızım Abduləzizova (Abduxalıqova) Vəzifə Qədim qızının səhvən soyadı “Abdulxalıqova” kimi, o - Ərizəçi1 səhvən soyadı “Abdulxalıqov”, o - Babayeva (Abduxalıqova) Qumru Qədim qızının səhvən soyadı “Abdulxalıqova”, Əliyeva (Abduxalıqova) Vüsalə Qədim qızının səhvən soyadı “Abdulxalıqova” kimi qeyd olunub. Həmçinin, ölkədə aparılan torpaq islahatı zamanı Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən onların və mərhum ailə üzvlərinin istifadəsində olan və Qəbələ rayonu Uludaş kəndində yerləşən 1,13 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq onlaırn mülkiyyətinə verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-058F (Kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə mərhum arvadı X1 soyadı “Abdulxalıqova”, adı “Zabidə” kimi, mərhum qızı Abduləzizova (Abduxalıqova) Vəzifə Qədim qızının səhvən soyadı “Abdulxalıqova” kimi, o - Ərizəçi1 səhvən soyadı “Abdulxalıqov”, ata adı “Əsədulla”, o - Babayeva (Abduxalıqova) Qumru Qədim qızının səhvən soyadı “Abdulxalıqova”, Əliyeva (Abduxalıqova) Vüsalə Qədim qızının səhvən soyadı “Abdulxalıqova” kimi qeyd olunub. Nə onlar, nə də ailə üzvlərinin heç biri uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etsə də, həmin idarə tərəfindən ona ünvanlanmış 17 fevral 2022-ci il tarixli, **********37 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyən edici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahəiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olmağı tövsiyyə olunmuşdur. Şəxsiyyətlərini təsdiq edən şəxsiyyət vəsiqələrində, “doğum haqqında şəhadətnamə”lərdə, “Nikah haqqında şəhadətnamə”lərdə soyad, ad və ata adı düzgün qeyd edilmişdir. Mərhum arvadı X21 31.10.2017-ci ildə “Bronxlarm və ağciyərlərin bədxassəli yeni törəməsi” səbəbindən, mərhum qızım Abduləzizova (Abduxalıqova) Vəzifə Qədim qızı isə 05.11.2017-ci ildə “Beynin anadangəlmə anevrizması” səbəbindən vəfat etmişlər. Onların hər ikisinin sənədlərində adlanı düzgün olaraq, X21 və Abduləzizova (Abduxalıqova) Vəzifə Qədim qızı kimi qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-235 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X2, X6, X4, X7, X5 və X11 ümumi birgə mülkiyyətinə 0.28 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-058F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X3, X8, X4, X7, X5 və X11 ümumi birgə mülkiyyətinə 1.13 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon Zaqs Bürosu tərəfindən verilmiş 08.07.1959-cu il tarixli İ-İE 814115 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi1 ata adı “Əsədullah” olaraq, soyadı “Abduxalıqov” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Mıxlıqovaq kənd soveti tərəfindən verilmiş 24.01.1958-ci il tarixli İ- İE 570992 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada mərhum Abduxalıqova (İsmayılova) Labidə Baba qızının adı “Labidə” olaraq, soyadı “Abduxalıqova” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Mıxlıqovaq kənd soveti tərəfindən verilmiş 02.12.1976-cı il tarixli İ- JQ 355295 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə Ərizəçi1 arasında 02.12.1976-cı il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Abduxalıqov, arvada Abduxalıqova soyadı verilmişdir. Burada Ərizəçi1 ata adı “Əsədullah” olaraq, soyadı “Abduxalıqov” olaraq, mərhum X10 adı “Labidə” olaraq, soyadı “Abduxalıqova” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 31 oktyabr 2017-ci il tarixdə verilmiş AZ-İ 833254 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X21 29.10.2017-ci il tarixdə Qəbələ rayonu, Uludaş kəndində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə mərhum X10 adı “Labidə” olaraq, soyadı “Abduxalıqova” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Tikanlı kənd soveti tərəfindən verilmiş 06.12.1979-cü il tarixli Vİ-JQ 432888 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada mərhum Abduləzizova (Abduxalıqova) Vəzifə Qədim qızının soyadı “Abduxalıqova” olaraq qeyd olunmuşdur. Həmçinin şəhadətnamədə ata qrafasında Ərizəçi1 ata adı “Əsədullah” olaraq, soyadı “Abduxalıqov” olaraq, ana qrafasında mərhum X10 adı “Labidə” olaraq, soyadı “Abduxalıqova” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Yeni Dızaxlı kənd İ.Ə.N tərəfindən verilmiş 19.07.2006-cı il tarixli AZ-İ 240530 saylı nikah haqqında şəhadətnamənin görünür ki, X16 ilə X17 arasında 19.07.2006-cı il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Abduləzizov, arvada Abduləzizova soyadı verilmişdir. Burada ərizəçi Abduləzizova (Abduxalıqova) Vəzifə Qədim qızının soyadı “Abduxalıqova” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Yeni Dızaxlı kənd İ.Ə.N tərəfindən 23 noyabr 2017-ci il tarixdə verilmiş AZ-İ 900250 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X18 05.11.2017-ci il tarixdə Qəbələ rayonu, Yeni Dızaxlı kəndində vəfat etmişdir. İşdə olan Qutqaşen rayon Tikanlı kənd soveti tərəfindən verilmiş 08.12.1984-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Babayeva (Abduxalıqova) Qumru Qədim qızının soyadı “Abduxalıqova” olaraq qeyd olunmuşdur. Həmçinin şəhadətnamədə ata qrafasında Ərizəçi1 ata adı “Əsədullah” olaraq, soyadı “Abduxalıqov” olaraq, ana qrafasında mərhum X10 adı “Labidə” olaraq, soyadı “Abduxalıqova” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Tikanlı kənd soveti tərəfindən verilmiş 15.08.1986-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Əliyeva (Abduxalıqova) Vüsalə Qədim qızının soyadı “Abduxalıqova” olaraq qeyd olunmuşdur. Həmçinin şəhadətnamədə ata qrafasında Ərizəçi1 ata adı “Əsədullah” olaraq, soyadı “Abduxalıqov” olaraq, ana qrafasında mərhum X10 adı “Labidə” olaraq, soyadı “Abduxalıqova” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Uludaş kənd İ.Ə.N tərəfindən verilmiş 22.02.2010-cu il tarixli AZ-İ 548475 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X42 arasında 22.02.2010-cu il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Burada ərizəçi Əliyeva (Abduxalıqova) Vüsalə Qədim qızının soyadı “Abduxalıqova” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 soyadı adı şəxsiyyəti təsdiq edən sənəddə “Abduxalıqov” olaraq, ata adı “Əsədullah” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0.28 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN- 235 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında “Ərizəçi1” əvəzinə “X9”, “X22” əvəzinə “X23”, “X19” əvəzinə “X13”, “X21” əvəzinə “X20” kimi və “X16” əvəzinə “X14” səhv olaraq, həmçinin 1.13 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-058F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək “Ərizəçi1” əvəzinə “X12”, “X22” əvəzinə “X23”, “X19” əvəzinə “X13”, “X24” əvəzinə “X20” kimi və “X16” əvəzinə “X14” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-058F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-235 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Ərizəçi1, Babayeva (Abduxalıqova) Qumru Qədim qızına, Əliyeva (Abduxalıqova) Vüsalə Qədim qızına, mərhum X15 və mərhum Abduləzizova (Abduxalıqova) Vəzifə Qədim qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-543/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-543/2022
25.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver