Məhkəmə qərarları › İş №2(025)-551/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-551/2023

02.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-551/2023 02.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X6, X20 və X12 adına verilmiş JN-1197F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin ona, yəni Xıdırova (Mikayılova) Əntiqə İsbəndiyar qızına, o cümlədən mərhumlar X8 və X21 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, ona həmçinin mərhum atası X8 və mərhum anası X21 Qəbələ şəhərində JN - 1197F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə onun soyadı səhvən "Mikayyıl" kimi, ata adı isə səhvən "İspəndiyar" kimi yazılmışdır. Həmçinin mərhum atası X7 adı səhvən "İspəndiyar", mərhum anası X17 adı isə səhvən "Həmzət" kimi yazılmışdır. Lakin ona məxsus şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnamədə və nikah haqqında şəhadətnamədə ad, soyad və ata adı Xıdırova (Mikayılova) Əntiqə İsbəndiyar qızı kimi göstərilmişdir. Mərhum atasına və mərhum anasına məxsus "ölüm haqqında şəhadətnamələrdə isə onların ad, soyad və ata adı X13 və X11 yazılmışdır. Hazırda ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsini vərəsəlik qaydasında adına keçirərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyir. Şəhadətnamədə səhvlər olduğundan bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki və dövlət aktındakı yanlışlığı aradan qaldıra bilmir. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak X46 Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən aidiyyəti üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə yanlışlıqların aradan qaldırılması xahiş edilmiş, müvafiq məktub ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. O uzun illər buna əhəmiyyət verməmiş, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışdır. Yol verilmiş yalnışlığı başqa cür aradan qaldırmaq iqtidarında deyildir, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi Xıdırova (Mikayılova) Əntiqə İsbəndiyar qızı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışını onun iştirakı olmadan keçirib qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1197F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, X7, X17 və X22 mülkiyyətinə 0.07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli AZ-T 205457 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X15 xx xxxx 1989-cu ildə Ağdaş rayonunda anadan olmuşdur, burada ərizəçi X9 tam adı “X15” olaraq qeyd olunmuşdur. İşdə olan 5 saylı Bakı şəhəri “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ 380483 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X41 10.02.200-ci il tarixdə X15 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Xıdırov, arvada Xıdırova soyadı verilmişdir. Burada X3 “Çikayılova”, ata adı “İsbəndiyar” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RİHB-nin Qəbələ Şəhər İnzibati Ərazi Dairəi Üzrə Nümayəndələliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 670 saylı arayışdan görünür ki, JN-1197F (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» X1 əvəzinə səhvən “X36” qızı, məhrum atasının adı “X13” əvəzinə “X13” mərhum anasının adı “X29” əvəzinə “X31” yazılmışdır. İş materiallarına əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi adı, soyadı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RİHB-nin Qəbələ Şəhər İnzibati Ərazi Dairəi Üzrə Nümayəndələliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 671 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanda yaşayır. İşdə olan Qəbələ rayon VVADQ şöbəsi tərəfindən 24 iyun 2003-cü il tarixdə verilmiş AZ-İ № 040974 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X29 20 iyun 2003-cü il tarixdə Qəbələ rayonunda vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə mərhum X17 adı “Həqiqət” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyt şöbəsi tərəfindən 09 iyul 2016-cı il tarixdə verilmiş AZ-İ № 814584 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X13 26 iyun 2016-cı il tarixdə Qəbələ rayonunda vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə mərhum X7 adı “İsbəndiyar” olaraq qeyd edilmişdir. İşdə olan Qutqaşen rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.1965-ci il tarixli ИЕ № 470166 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1965-ci il tarixdə X5 Əntiqə İsbəndiyar qızı ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Mikayılov, arvada Mikayılova soyadı verilmişdir. X2 adı “İsbəndiyar”, “X23” adı “Qəqiqət” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli 3-16- 5/7-154 saylı doğum haqqında arayışdan görünür ki, X13 25 iyun 1936-cı il tarixdə Qəbələ rayonunda anadan olmuş, anası X32, atası X16r. Doğum haqqında şəhadətnamədə ərizəçinin adı “İsbəndiyar” kimi qeyd olunmuşdur. İşdə olan Qəbələ Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli 3-16- 5/7-140 saylı doğum haqqında arayışdan görünür ki, X10 11 avqust 1954-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, anası X33, atası X25r. Doğum haqqında şəhadətnamədə ərizəçinin adı “Həqiqə” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və ailə üzvilərinin mülkiyyətinə 0.07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-1197F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə “Xıdırova (Mikayılova) Əntiqə İsbəndiyar qızı” əvəzinə “X48\ndiyarqızı, “X13” əvəzinə “ X14” və “X29” əvəzinə “X31” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-1197F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Xıdırova (Mikayılova) Əntiqə İsbəndiyar qızına, mərhum – X8 və X21 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar