Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-557/2022 30.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi1 və Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iştirakları ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən Nümayəndə, Ərizəçi1 Şiralı qızının, X1 və Ərizəçi2 Cahgangir oğlunun adına verilmiş JN – 1348A nömrəli (kod:********) və JN – 1348B nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin onlara aid hissəsədə onlara - Ərizəçi2 və Ərizəçi1 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, onlara, yəni Ərizəçi2 və Ərizəçi1, eyni zamanda ailə üzvləri Nümayəndə və X3 Qəbələ rayonu Vəndam kəndində JN – 1348A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,24 ha həyətyanı torpaq sahəsi və JN – 1348B nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamələrdə Ərizəçi2 ata adı səhvən “Cahgangir” kimi, Ərizəçi1 ata adı səhvən “Şiralı” kimi göstərilmişdir. Lakin onlara məxsus digər sənədlərdə ata adları “Cahangir” və “Rəmzi” kimi göstərilmişdir. Beləliklə, şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə ad, soyad və ata adları Ərizəçi2 və Ərizəçi1 kimi qeyd edilmişdir. Hazırda ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamələrdə səhvlər olduğundan bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən o, Ərizəçi1 aidiyyatı üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə yanlışlıqların aradan qaldırılmasını xahiş etmiş, müvafiq 06 avqust 2021-ci il tarixli, **********20 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Onlar uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Yol verilmiş yalnışlığı biz başqa cür aradan qaldırmaq iqtidarında deyillər, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi1 və Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, Ərizəçi1 və Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan JN-1348A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən Nümayəndə, Ərizəçi1 Şiralı oğlunun, X1 və Ərizəçi2 Cahgangir oğlunun birgə mülkiyyətinə JN-1348A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,24 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-1348B (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən Nümayəndə, Ərizəçi1 Şiralı oğlunun, X1 və Ərizəçi2 Cahgangir oğlunun birgə mülkiyyətinə JN-1348A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan 10 dekabr 1966-ci il tarixli, AЗ seriyalı, ******* nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 ad, soyad və ata adı “Ərizəçi1” kimi qeyd edilmişdir. İşdə olan 01 noyabr 1992-ci il tarixli, XVİ-ЖГ seriyalı, 480227 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 ad, soyad və ata adı “Ərizəçi2” kimi qeyd edilmişdir. İşdə olan Qutqaşen rayon Vəndam kənd sovetliyi tərəfindən verilmiş 02 oktyabr 1990-ci il tarixli, V-ЖГ seriyalı, 285914 nömrəli “Nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 ad, soyad və ata adı “Ərizəçi1” kimi qeyd edilmişdir. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi2 və Ərizəçi1. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 06 avqust 2021-ci il tarixli **********20 nömrəli məktubundan görünür ki, JN-1348A, JN-1348B nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 mart 2022-ci il tarixli, 323 nömrəli arayışda göstərilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN-1348 A kod 40600048-də qeyd olunmuş Həmidova X2 Sədaqət Rəmzi qızı kimi oxunmalıdır. Qəbələ rayon Vəndam qəsəbəsində Ərizəçi1 Şiralı qızı adlı şəxs qeydiyyatda olmamış və hal-hazırda yaşamır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 mart 2022-ci il tarixli, 322 nömrəli arayışda göstərilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN-1348 B kod 40600048-də qeyd olunmuş Həmidova X2 Sədaqət Rəmzi qızı kimi oxunmalıdır. Qəbələ rayon Vəndam qəsəbəsində Ərizəçi1 Şiralı qızı adlı şəxs qeydiyyatda olmamış və hal-hazırda yaşamır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 38 mart 2022-ci il tarixli, 339 nömrəli arayışda göstərilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN-1348 B kod 40600048-də qeyd olunmuş Muradlı X4 Azər Cahangir oğlu kimi oxunmalıdır. Qəbələ rayon Vəndam qəsəbəsində Ərizəçi2 Cahgangir oğlu adlı şəxs qeydiyyatda olmamış və hal-hazırda yaşamır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarlarına əsasən Nümayəndə, Ərizəçi1 Şiralı oğlunun, X1 və Ərizəçi2 Cahgangir oğlunun birgə mülkiyyətlərinə verilmiş JN-1348A və JN- 1348B nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə Ərizəçi2 ata adı səhvən “Cahgangir”, Ərizəçi1 ata adı səhvən “Şiralı” kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamələrdə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamələr üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməzlər. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarlarına əsasən Nümayəndə, Ərizəçi1 Şiralı oğlunun, X1 və Ərizəçi2 Cahgangir oğlunun birgə mülkiyyətlərinə verilmiş JN-1348A və JN-1348B nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin Ərizəçi2 və Ərizəçi1 aid hissədə Ərizəçi2 və Ərizəçi1 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-557/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-557/2022
30.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver