Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-558/2022 25.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Əliyeva Gülay Təbriz qızının maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçinin nümayəndəsi İsmayılov Təbriz Əmircan oğlunun iştirakları ilə, Ərizəçi Əliyeva Gülay Təbriz qızının hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları Ərizəçi Əliyeva Gülay Təbriz qızı məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİKnin 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə İsmayılov Əmircan Süleyman oğlunun, İsmayılova Sadə Ərziman qızının, İsmayılov Təbriz Əmircan oğlunun, İsmayılova Qubaxanım Eldar qızının, Əmircanlı Süleyman Təbriz oğlunun və Əmircanlı Güley Təbriz qızının adına verilmiş JN-1224 A saylı kodu 40600048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Əliyeva (Əmircanlı) Gülay Təbriz qızına münasibətdə Əliyeva (Əmircanlı) Gülay Təbriz qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-nin 28.10.1998 -ci il tarixli 19 saylı qərarı ilə verilmiş JN-1224 A saylı, kodu 40600048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında 6-cı sırada Əmircanlı (Əliyeva) Gülay Təbriz qızının adında texniki səhv olaraq Gülay əvəzinə “Güley” kimi qeyd edilmişdir. Hazırda onlara məxsus torpaq sahəsinə DƏDRX-dən çıxarış almaq istəyirlər. Ancaq JN-1224 A saylı şəhadətnamədə adında qeyd olunan texniki səhv olaraq Gülay əvəzinə “Güney” kimi qeydin aparılması səbəbindən əməliyyatın aparılması mümkün olmamışdır. DƏDRX-nin 9 saylı ərazi idarəsinə etdiyi müraciətə cavab olaraq verilmiş 18.10.2021-ci il tarixli məktubunda düzəlişlərin onların səlahiyyətinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. AA ******* saylı şəxsiyyət vəsiqəsində adı düzgün olaraq “Güley” kimi yox Gülay kimi qeyd edilmişdir. AZ -T № 102613 saylı doğum haqqında şəhadətnamədə də adı düzgün olaraq “Güley” kimi yox Gülay kimi qeyd edilmişdir. AZ -İİ № 085398 saylı nikah haqqında şəhadətnamədə də nikah bağlananadək soyadı Əmircanlı, adı Gülay, ata adı isə düzgün olaraq Təbriz kimi, nikah bağlandıqdan sonra isə soyadı Əliyeva kimi qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ərizəçinin nümayəndəsi İsmayılov Təbriz Əmircan oğlu ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1224A nömrəli 40600048kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, İsmayılov Əmircan Süleyman oğlunun, İsmayılova Sadə Ərziman qızının, İsmayılov Təbriz Əmircan oğlunun, İsmayılova Qubaxanım Eldar qızının, Əmircanlı Süleyman Təbriz oğlunun və Əmircanlı Güley Təbriz qızının ümumi birgə mülkiyyətinə 0.11 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.N tərəfindən verilmiş 14 sentyabr 2019-cu il tarixli AZ-T № 102613 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əmircanlı Gülay Təbriz qızı 16 mart 1994-cü il tarixdə anadan olmuş, anası İsmayılova Qubaxanım Eldar qızı, atası İsmayılov Təbriz Əmircan oğludur. Doğum haqqında şəhadətnamədə ərizəçinin adı “Gülay” olaraq qeyd edilmişdir. İşdə olan Sumqayıt nikah evi tərəfindən verilmiş 14 noyabr 2015-ci il tarixli AZ-İİ № 085398 saylı Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, Əmircanlı Gülay Təbriz qızı 14 noyabr 2015-ci ildə Əliyev Ramin Rafiq oğlu ilə nikah bağlamışdır, nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Bu sənəddə ərizəçinin adı “Gülay” kimi qeyd olunmuşdur. İşdə olan Əliyeva Gülay Təbriz qızına məxsus AA № ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, bu sənəddə ərizəçinin adı “Gülay” kimi qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.N tərəfindən verilmiş 25 oktyabr 2021-ci il tarixli 1696 saylı arayışdan görünür ki, JN-1224A nömrəli 40715028 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə Əliyeva Gülay Təbriz qızının adı səhvən “Süley” kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-1224A nömrəli 40600048 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “Əliyeva Gülay Təbriz qızı” əvəzinə “Əliyeva Süley Təbriz qızı” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-1224A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçi Əliyeva (Əmircanlı) Gülay Təbriz qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-558/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-558/2022
25.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver