Məhkəmə qərarları › İş №2(025)-571/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-571/2021

30.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-571/2021 30.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-011G, KOD 40613018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhdatənmənin ona, yəni Ərizəçi və mərhum ailə üzvləri - X4 və qaynanası X5 dair hissədə onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ziyadova (Seyidova) Məlahət Hacıbaba qızı xx.xx.1971-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Qəmərvan kəndində anadan olmuşdur. 1997-ci il tarixində X24 ilə nikaha daxil olaraq soyadını “Seyidova” kimi qeyd etdirmişdir. X4 24.12.1998-ci il tarixində anadan olmuş və 02.06.2019-cu ildə ürək qan-damar çatmamazlığı və qaynanası X12 30.03.2005-ci il tarixində beyinə qansızma, hipertenziya xəstəliyindən vəfat etmişlər. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli 09 saylı qərarı ilə ona və digər ailə üzvləri X5, X25, X21 və X13 Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisindən 0,53 ha fərdi yaşayış üçün torpaq sahəsi verilmiş və bu barədə onlara JN-011G, KOD 40613018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Şəhadətnamədə sonradan ona məlum olmuşdur ki, atasının adı “Hacıbaba” əvəzinə “Ağababa”, mərhum oğlunun adı “Cahandar” əvəzinə “Cahandir” və mərhum qaynanasının atasının adı “Hacıverdi” əvəzinə “Haqverdi” kimi səhv yazılmışdır. Lakin şəxsiyyət vəsiqəsində, doğum, nikah və ölüm haqqında şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi, X18 və X2 qeyd edilmişdir. Hazırda onlara məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Lakin şəhadətnamədə ad və ata adları düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən o, aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını xahiş etmiş, müvafiq olaraq 17 mart 2021-ci il tarixli **********05 saylı məktub ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi qeyd olulanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-011G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 15 may 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən, X15, X34, X26, X19 və X8 birgə mülkiyyətinə JN-011G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,53 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəmərvan kənd sovetliyi tərəfindən verilmiş 02 avqust 1971-ci il tarixli, АЗБ seriyalı, 075216 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxx 1971-ci ildə Qutqaşen rayonunda doğulmuşdur. X1, anası X6r. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01.04.2021-ci il tarixli “Doğum haqqında” arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 24 dekabr 1998-ci ildə Qəbələ rayonu Mirzəbəyli kəndində doğulmuşdur. X11, anası Ərizəçidır. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25.05.2019cu il tarixli, AZ-T seriyalı, 094513 №-li «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X24 25 mart 1976-ci ildə Qəbələ rayonu Mirzəbəyli kəndində doğulmuşdur. X14, anası X7r. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 noyabr 2016-ci il tarixli, AZ-İ seriyalı, 218831 nömrəli “nikahın pozulması haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X24 ilə Ərizəçi arasında nikahın pozulması 08 noyabr 2016-ci il tarixdə 77 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah pozulduqdan sonra qadına Seyidova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.03.2021-ci il tarixli, AZ-İİ seriyalı, 138107 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 “Beyinə qansızma. Hipertenziya” xəstəliyindən 28.03.2005ci il tarixdə Qəbələ rayonu Mirzəbəyli kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 30.03.2005-ci ildə 03 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon Mirzəbəyli kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 25.06.2019-cu il tarixli, AZ-İİ seriyalı, 016238 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 “ürək qan-damar çatmamazlığı” xəstəliyindən 02.06.2019-cu il tarixdə Abşeron rayonu Saray qəsəbəsində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 25.06.2019-cu ildə 04 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 17 mart 2021-ci il tarixli **********05 nömrəli məktubundan görünür ki, JN-011G nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Mirzəbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2021-ci il tarixli, 156 nömrəli arayışdan görünür ki, X20 vəfat etdiyi 02 iyun 2019-cu il tarixədək Qəbələ Rayon Mirzəbəyli kəndində yaşamışdır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Mirzəbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2021-ci il tarixli, 155 nömrəli arayışdan görünür ki, X12 vəfat etdiyi 28 mart 2005-ci il tarixədək Qəbələ Rayon Mirzəbəyli kəndində yaşamışdır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Mirzəbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2021-ci il tarixli, 154 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayon Mirzəbəyli kənd İƏD-də qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. Ərizəçinin işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun soyad, ad və ata adı “Ərizəçi” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 15 may 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən X15, X34, X26, Ərizəçi Ağababa qızı və X8 birgə mülkiyyətinə 0,53 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN-011G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi ata adı səhvən «Ağababa», ərizəçinin mərhum X4nun adı səhvən «Cahandir» və ərizəçini mərhum qaynanası X3 ata adı səhvən «Haqverdi» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 15 may 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən X15, X34, X26, Ərizəçi Ağababa qızı və X8 birgə mülkiyyətinə verilmiş JN-011G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi, mərhum X17 və mərhum X5 aid hissədə Ərizəçi, mərhum X17 və mərhum X5 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar