Məhkəmə qərarları › İş №2(025)-572/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-572/2021

30.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-572/2021 30.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən, X16, Ərizəçi, X6, X17, X11 və X9 adına verilmiş JN-119F saylı (KOD:********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin və Qəbələ rayon Aqrar İslahat Komissiyasının 30 oktyabr 2001-ci il tarixli, 14 saylı qərarına əsasən X16, Ərizəçi, X6, X17, X11 və X9 adına verilmiş JN-334 saylı (KOD: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının digər mülkiyyətçilərlə birlikdə X3na məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən X12 ailə üzvləri ilə birlikdə paylı mülkiyyət hüququ əsasında mülkiyyətinə JN-119F saylı (KOD: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə 0,83 ha həyətyanı torpaq sahəsi, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 30 oktyabr 2001-ci il tarixli, 14 saylı qərarına əsasən X12 ailə üzvləri ilə birlikdə paylı mülkiyyət hüququ əsasında mülkiyyətinə JN-334 saylı (KOD: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə 0,61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X3 onun anasıdır və ailə üzvləri o, yəni Ərizəçi, X1, X7, X5 və X8 ibarətdir. Paylı mülkiyyətçilərdən biri, eyni zamanda ailə başçısı X18 20 oktyabr 2013-cü ildə baş beyinə qan sızma səbəbindən vəfat etmişdir. Həm JN-119F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə, həm də JN-334 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında ailə başçısı kimi göstərilən X10 adında göstərilən “Qərinə” adı ölüm haqqında şəhadətnamədə qeyd edilən adı ilə düz gəlmir. Belə ki, yuxarıda qeyd edilən torpaq sənədlərində adı Qərinə kimi qeyd edilmişdir. Hər iki sənəddə verilən torpaq sahəsi paylı mülkiyyətdədir və payçıların hər birinin mülkiyyətlərinin ayrılıb onların özünə verilməsi və vərəsəlik hüququnun həyata keçirdikdən sonra adlarına “Çıxarış” alınmasında müəyyən problemlər yaranacaqdır. Çünki X3nın adı torpaq sənədində göstərilən adı ilə düz gəlmir və sənədlərdə müxtəliflik vardır. Lakin torpaq sənədlərində göstərilən ad X3na məxsusdur. Adları göstərilən sənədlər hüququmüəyyənedici sənədlərdir və bu baxımdan həmin sənədlər mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən həmin sənədlərə aydınlıq gətirilməsi zəruridir. O, torpaq sənədinə dair “Çıxarış” almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə rəsmi müraciət etmişdir. Oradan ona rədd cavabı verilmiş və bildirilmişdir ki, məhkəməyə müraciət etməlidir. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-119F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 25.06.1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X16, Ərizəçi, X6, X17, X11 və X9 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Uludaş kəndində 0,83 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-334 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-nın 30 oktyabr 2001-ci il tarixli, 14 saylı qərarına əsasən X16, Ərizəçi, X6, X17, X11 və X9 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Uludaş kəndində 0,61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Uludaş kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 22.10.2013-cü il tarixli, AZ-İ seriyalı, 634637 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X18 “baş beyinə qan sızma” xəstəliyindən 20.10.2013-cü il tarixdə Qəbələ rayonu Uludaş kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 22.10.2013-cü ildə 09 № ilə qeyd edilmişdir. İşdə olan Qutqaşen rayon Tikanlı kənd soveti tərəfindən verilmiş 02 fevral 1980-ci il tarixli, Vİ-ЖГ seriyalı, 293240 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1980-ci ildə Qəbələ rayonu Uludaş kəndində doğulmuş, bu barədə 1980-ci ilin fevral ayının 2-də Qəbələ rayon Tikanlı kənd sovetində 11 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X4, anası X13r. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 17 mart 2021-ci il tarixli **********04 nömrəli məktubundan görünür ki, JN-119F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-334 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Uludaş kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli, 99 nömrəli arayışdan görünür ki, X2 rayonu Uludaş kəndində vəfat etmiş və Uludaş kənd qəbristanlığında dəfn olunmuşdur. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş 19.12.2005-ci il tarixli, AZE seriyalı, 04522057 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 15.09.1948-ci il tarixdə Qəbələ rayonu Tüntül kəndində doğulmuş, Qəbələ rayonu Tüntül kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən X16, Ərizəçi, X6, X17, X11 və X9 birgə mülkiyyətlərinə verilmiş JN-119F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və Qəbələ rayon AİK-nın 30 oktyabr 2001-ci il tarixli, 14 saylı qərarına əsasən X16, Ərizəçi, X6, X17, X11 və X9 birgə mülkiyyətlərinə verilmiş JN-334 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi mərhum anası X10 adı səhvən “Qərinə” kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə və dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən X16, Ərizəçi, X6, X17, X11 və X9 birgə mülkiyyətlərinə verilmiş JN-119F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin və Qəbələ rayon AİK-nın 30 oktyabr 2001-ci il tarixli, 14 saylı qərarına əsasən X16, Ərizəçi, X6, X17, X11 və X9 birgə mülkiyyətlərinə verilmiş JN-334 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının digər mülkiyyətçilərlə birlikdə X3na məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar