Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-574/2023 16.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Ərizəçi1 Seyfəddı̇ n qızının və Ərizəçi2 Nərı̇ man qızının iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin xx.xx.2001 - ci il tarixli 03 saylı qərarı ilə X16, X2, X12, X19, X3 və X7 adına verilmiş JN-1538 F saylı, kodu 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X8 və X13 münasibətdə X8 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-nin xx.xx.2001 - ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN- 1538 F saylı kodu 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında 2 -ci sırada X4 adı texniki səhv olaraq Gülüş əvəzinə “Güllü” kimi, 6 -cı sırada isə X9 adı texniki səhv olaraq İlhamə əvəzinə “İohamə” kimi qeyd edilmişdir.Qeyd olunan şəhadətnamə üzrə mülkiyyətə verilmiş 0.04 ha torpaq sahəsində paylarımızı müəyyən etmək məqsədilə DƏDRX -nin 9 saylı Qəbələ ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, JN - 1538 F saylı şəhadətnamədə adımız Gülüş əvəzinə “Güllü”, İlhamə əvəzinə isə “İohamə” kimi qeyd edilmişdir.Adımızın şəhadətnamədə şəhv yazılması səbəbindən əməliyyat aparılması mümkün olmamışdır. JN - 1538 F saylı şəhadətnamədəki texniki səhvlər məhkəmə qaydasında düzəliş edilməlidir. Seriya AZE 00****** saylı şəxsiyyət vəsiqəsində adım düzgün olaraq Gülüş kimi qeyd edilmişdir. AZ - T № 205454 saylı doğum haqqında şəhadətnamədə də adım düzgün olaraq Gülüş kimi qeyd edilmişdir. AA ******* saylı şəxsiyyət vəsiqəsində adım düzgün olaraq İlhamə kimi qeyd edilmişdir. İX - ЖГ № 419176 saylı doğum haqqında şəhadətnamədə də adım güzgün olaraq İlhamə kimi qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1538F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, X16, X5, X14, X19, X6 və X10 mülkiyyətinə 0.04 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Mirzəbəyli kənd İ.Ə.N tərəfindən verilmiş 22 fevral 2023-cü il tarixli AZ-T № 205454 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X21 01 iyun 1953-cü ildə Qəbələ rayon, Çuxur Qəbələ kəndində anadan olmuşdur. Burada ərizəçi X17 tam adı “X21” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli İ-ЖГ № 309084 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X22 19 avqust 1975-ci il tarixdə X21 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdulayeva soyadı verilmişdir. Burada Ərizəçi1 adı “Ərizəçi1” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon VVAQ şöbəsi tərəfindən verilmiş 28 dekabr 1983-cü il tarixli İX-ЖГ № 419176 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1983cü ildə Qutqaşen rayonunuda anadan olmuşdur. Burada Ərizəçi2 tam adı “Ərizəçi2” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli 523 №-li arayışdan görünür ki, Ərizəçi1 ünvan 1 ünvanında yaşayır. JN- 1538F (Kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadatnamədə “Ərizəçi1” qızının adı səhv olaraq adı “Güllü” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24 fevral 2023-cü il tarixli 609 №-li arayışdan görünür ki, ərizaəçi Ərizəçi2 Qəbələ şəhər X38 ev 7 saylı ünvanda yaşayır. JN-1538F (Kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadatnamədə “Ərizəçi2” qızının adı səhv olaraq adı “İohamə” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2003-ci il tarixdə verilmiş AZE № 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 soyadı, adı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi1” qızı olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 soyadı, adı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi2” qızı olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və ailə üzvilərinin mülkiyyətinə 0.04 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-1538F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə “Ərizəçi1” əvəzinə “X18” kimi və “Ərizəçi2” əvəzinə “X20” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-1538F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» X1 və Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-574/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-574/2023
16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver