Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-582/2022 09.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi4, Ərizəçi3, Ərizəçi2, Ərizəçi1 və Ərizəçi5 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Ərizəçi4, Ərizəçi3, Ərizəçi2, Ərizəçi1 və Ərizəçi5 iştirakları ilə, Ərizəçilər Ərizəçi4, Ərizəçi3, Ərizəçi2, Ərizəçi1 və Ərizəçi5 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçilər Ərizəçi4, Ərizəçi3, Ərizəçi2, Ərizəçi1 və Ərizəçi5 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X11, Ərizəçi2 Qəzbi qızı, X12, X5 və X1 adına verilmiş JN-727A (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin bizə aid hissədə onlara, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Zeynallı (Eyvazlı) Mətanət Məmməd qızma məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ölkədə aparılan torpaq islahatı zamanı Qəbələ rayon AİKin 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X11, Ərizəçi2 Qəzbi qızı, X12, X5 və X2 Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,45 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-727A (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə Ərizəçi1 səhvən adı “Məhəmməd”, Ərizəçi2 səhvən ata adı “Qəzbi”, Ərizəçi3 səhvən adı “Evin”, ata adı “Məhəmməd”, Ərizəçi4 səhvən soyadı “Eyvazova” ata adı “Məhəmməd”, cinsi “oğlu”, Zeynallı (Eyvazlı) Mətanət Məmməd qızının səhvən soyadı “Eyvazova”, ata adı “Məhəmməd” kimi qeyd olunub. Nə onlar, nə də ailə üzvlərinin heç biri uzun illər buna əhəmiyyət verməmiş, lakin torpağın sənədlərini hazırlayıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etsəm də, həmin idarə tərəfindən mənə ünvanlanmış 28 mart 2022-ci il tarixli, **********57 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyən edici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahəiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olmağım tövsiyyə olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi4 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi5 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-727A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X6, Ərizəçi2 Qəzbi qızının, X7, X3 və X1 ümumi birgə mülkiyyətinə 0.45 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Eyvazova (Cəbrayılova) Əfruz Qeybi qızının ata adı “Qeybi” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Qeybi” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 adı şəxsiyyəti təsdiq edən sənəddə “Məmməd” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş xx.xx.1988-cı il tarixli İV- JQ 423122 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X8 arasında xx.xx.1988-cı il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Eyvazov, arvada Eyvazova soyadı verilmişdir. Burada Ərizəçi1 adı “Məmməd” olaraq, Ərizəçi2 ata adı “Qeybi” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli XİV- JQ 421823 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi3 adı “Elvin”, ata adı “Məmməd” olaraq qeyd olunmuşdur. Həmçinin burada Ərizəçi1 adı “Məmməd” olaraq, Ərizəçi2 ata adı “Qeybi” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3nın adı şəxsiyyəti təsdiq edən sənəddə “Elvin” olaraq, ata adı “Məmməd” olaraq qeyd olunmuşdur. İşdə olan 20 iyun 2007-ci il tarixdə verilmiş B № 356922 saylı Attestatın surətindən görünür ki, burada Ərizəçi3 adı “Elvin”, ata adı “Məmməd” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Vəndam kənd İ.Ə.N tərəfindən verilmiş xx.xx.1992-cı il tarixli XVİİ-JQ 264394 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi4 Məhəmməd qızının soyadı “Eyvazlı”, ata adı “Məmməd” olaraq qeyd olunmuşdur. Həmçinin burada Ərizəçi1 adı “Məmməd” olaraq, Ərizəçi2 ata adı “Qeybi” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 şəxsiyyəti təsdiq edən sənəddə soyadı “Eyvazlı”, ata adı “Məmməd” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Vəndam kənd İ.Ə.N tərəfindən verilmiş xx.xx.2012-cı il tarixli AZ-İİ 872654 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Zeynallı (Eyvazlı) Mətanət Məmməd qızının soyadı “Eyvazlı”, ata adı “Məmməd” olaraq qeyd olunmuşdur. Həmçinin burada Ərizəçi1 adı “Məmməd” olaraq, Ərizəçi2 ata adı “Qeybi” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Seyidqışlaq kənd İ.Ə.N tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İ 936737 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki X9 ilə X10 arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Zeynallı, arvada Zeynallı soyadı verilmişdir. Burada ərizəçi Zeynallı (Eyvazlı) Mətanət Məmməd qızının soyadı “Eyvazlı”, ata adı “Məmməd” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 şəxsiyyəti təsdiq edən sənəddə soyadı “Eyvazlı”, ata adı “Məmməd” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0.45 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-727A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək “Ərizəçi4” əvəzinə “X5”, “Ərizəçi3” əvəzinə “X12”, “Ərizəçi2” əvəzinə “Ərizəçi2 Qəzbi qızı”, “Ərizəçi1” əvəzinə “X11” kimi və “X9” əvəzinə “X4” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-727A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi4, Ərizəçi3, Ərizəçi2, Ərizəçi1 və Zeynallı (Eyvazlı) Mətanət Məmməd qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-582/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-582/2022
09.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver