Məhkəmə qərarları › İş №2(025)-589/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-589/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-589/2021 29.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X7, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdehlər İddiaçı və X5 qarşı “müqavilənin üçüncü şəxslə bağlanmış hesab edilməsi və tikintinin başa çatdırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 aprel 2017-ci il tarixli xidmət müqaviləsi üzrə öhdəliklərini tam icra etmədiyinə görə ödənilmiş ümumilikdə 34.000 manat məbləğində pulun 20.000 (iyirmi min) manat məbləğində hissəsinin cavabdeh X1 tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X19 cavabdehlər İddiaçı və X5 qarşı “müqavilənin üçüncü şəxslə bağlanmış hesab edilməsi və tikintinin başa çatdırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-5688/2019 saylı mülki iş üzrə onu həm iddiaçıya, həm də cavabdehə qarşı müstəqil tələb irəli sürən üçüncü şəxs kimi tanınmasını, təqdim etdiyi iddianı icraata qəbul edilməsini, 13 aprel 2017-ci il tarixdə X6 məxsus “Zamin Əmlak" tikinti şirkəti ilə keçmiş gəlini İddiaçı arasında bağlanmış müqavilənin sifarişçi olaraq onunla X8 arasında bağlanmış hesab edilməsi, müqavilədə nəzərdə tutulmuş işlərin 3 ay müddətində yekunlaşdırılması və ona təhvil verilməsi vəzifəsinin X3 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10 mart 2020-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X19 cavabdehlər İddiaçı və X5 qarşı “müqavilənin üçüncü şəxslə bağlanmış hesab edilməsi və tikintinin başa çatdırılması” tələbinə dair iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" tikinti şirkəti ilə müqavilə bağlanan zaman keçmiş gəlini İddiaçı şirkətə ödədiyi 28000 (iyirmi səkkiz min) manat və əlavə xərclərə görə ödədiyi 1500 (min beş yüz) manat, habelə haraya xərclədiyini bilmədiyi 500 (beş yüz) manat pul vəsaiti ona məxsus olduğundan, İddiaçı 30000 (otuz min) manat pul vəsaitinin tutularaq (alınaraq) ona ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 18 may 2021-ci il tarixdə İddiaçı cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia tələblərinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 20000 (iyirmi min) manat məbləğində pulun, 13 sentyabr 2017-ci il tarixindən bu günədək (18 may 2021-ci il) əldən çıxmış faydanın illik faiz uçot dərəcəsinə uyğun olaraq hesablanaraq həmin məbləğdə pulun tutulması, o cümlədən mənəvi zərərə görə 5000 (beş min) manat, hüquqi yardıma görə ödənilmiş 1000 (bir min) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 29 sentyabr 2021-ci il tarixdə İddiaçı cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia tələblərinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 13 aprel 2017ci il tarixli xidmət müqaviləsi 5 (beş) ay müddətinə bağlanıldığından və cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam icra etmədiyinə görə ondan 20000 (iyirmi min) manat məbləğində pulun və 13 sentyabr 2017-ci il tarixindən bu günədək (29 sentyabr 2021-ci ilədək) əldən çıxmış faydanın illik faiz uçot dərəcəsinə uyğun olaraq (ortalama 7 faiz olmaqla 4 il 14 gün) 5653 (beş min altı yüz əlli üç) manat məbləğində pulun tutulması, o cümlədən mənəvi zərərə görə 5000 (beş) min manat, hüquqi yardıma görə ödənilmiş 1000 (bir min) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X8 və İddiaçı arasında 13 aprel 2017-ci il tarixli 5 (beş) ay müddətinə “Xidmət Müqaviləsi” bağlanmış, həmin müqavilə və ona əlavəyə əsasən X8 5 (beş) daş üstündə evin tikilməsi, evin üstünün örtülməsi, tavanların alçıpanla işlənməsi, döşəmənin beton örtüklə örtülməsi, elektrik islərinin görülməsi, televizor, internet, işıq sistemlərinin quraşdırılması, qaz xəttinin çəkilməsi, kombi islərinin görülməsi, evin daxili divarlarının aboy vurulması üçün hazır vəziyyətə gətirilməsi, yataq otağına və dəhlizin gizli işıqlarla işlənməsi, qapı və pəncərələrin qoyulması öhdəlik kimi üzərinə götürmüş və həmin islərin görülməsi müqabilində ona 20.000 (iyirmi min) manat məbləğində pul ödənilmişdir. Daha sonra isə əlavə xərclik meydana çıxdığı üçün, ona iddiaçı 6.000 (altı min) manat pul ödəmişdir. Müqavilənin 13 aprel 2017-ci il tarixdə bağlanmasına baxmayaraq, müqavilə üzrə görüləcək islər Cavabdeh tərəfindən tam icra edilməmiş, belə ki, yalnız ev tikilmiş, üstü örtülmüş, yerdə qalan işlər isə ümumiyyətlə icra edilməmişdir. Təxmini hesablamalarına görə Cavabdeh ümumilikdə ödədiyi 34.000 (otuz dörd min) manat məbləğində pulun beh hissəsi, yəni 14.000 (on dörd min) manat hissəsi müqabilində işlər cavabdeh tərəfindən görülmüş yerdə qalan 20.000 (iyirmi min) manat məbləğində görüləcək işlərə isə ümumiyyətlə başlanılmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iddia ərizəsini onunla əsaslandırmışdır ki, X19 2017-ci ilin fevral ayında yaşadığı və mülkiyyətində olan ünvan 1 ünvanında olan ümumi sahəsi 60.2 metr olan 3 otaqlı mənzili 60000 manata satıb, pulun yarısını qızına verdi ki, mənzil şəraitini yaxşılaşdırsın. 30000 manatını isə oğlu İlqarla birlikdə ev tikintisi üçün xərcləmək qərarına gəldilər. Evin tikintisi və mülkiyyət sənədlərinin alınmasına uzun müddət getdiyi üçün müvəqqəti olaraq qızının evində qeydiyyata düşdülər. Evi tikəndən və sənədləşdirəndən sonra öz evinə qeydiyyata düşəcəyini fikirləşmişdir. Ev tikintisi üçün Oqtay Zərbəliyevə məxsus tikinti şirkətini gəlini İddiaçı tapmışdı. Bir ailə olduqları üçün müqavilənin kiminlə bağlanmasına fikir vermədilər. Tikinti şirkəti olan Zamin Əmlak şirkətinin işçilərini gəlini tanığı üçün müqavilə də onun adından bağlandı. Evin tikintisi barədə müqaviləni gəlini bağlasa da 28000 manat pulu o ödəyib. Daha doğrusu həmin pul satdığı mənzilin pulunun bir hissəsidir. Bundan əlavə qeyri-rəsmi xərclərə görə də 1500 manat vermişdir. Ev 5 daş üstündə bir mərtəbəli olmaqla Ramana qəsəbəsində, keçmiş yod zavodunun yanında, başqaşəxsdən aldığı torpaq sahəsində tikilməli idi. Müqaviləyə əlavə edilmiş iş planına görə evin üstünün örtülməsi, tavanların alçıpanla işlənməsi, döşəmənin beton örtüklə örtülməsi, elektrik islərinin görülməsi, televizor, internet, işıq sistemlərinin quraşdırılması, qaz xəttinin çəkilməsi, kombi islərinin görülməsi, evin daxili divarlarının oboy vurulması üçün hazır vəziyyətə gətirilməsi, yataq otağına və dəhlizin gizli işıqlarla işlənməsi, qapı və pəncərələri qoyulmalı idi. Müqavilə üzrə görüləcək islər Cavabdeh tərəfindən tam icra edilməmiş, belə ki, yalnız ev tikilmiş, üstü örtülmüş, yerdə qalan işlər isə ümumiyyətlə icra edilməmişdir. Digərtərəfdən gəlini Ülviyyə oğlu İlqarla boşanmışdır. Eyni zamanda gəlini onlara xəbər vermədən Oqtay Zərbəliyevə qarşı polisə şikayət vermişdir. Amma o, tikinti şirkətinin sahibindən evin tikintisini başa çatdırmağı və müqavilənin onunla bağlanmış hesab edilməsini tələb etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X11 iddia ərizəsini müdafiə edərək, iddia tələblərinin həcminin artırılmasına dair ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 nümayəndəsi və vəkili Nümayəndə hər iki iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, tərəflər arasında 13 aprel 2017-ci il tarixli 5 (beş) ay müddətinə “Xidmət Müqaviləsi” bağlanmış, həmin müqavilə və ona əlavəyə əsasən Cavabdeh 5(beş) daş üstündə evin tikilməsi, evin üstünün örtülməsi, tavanların alçıpanla işlənməsi, döşəmənin beton örtüklə örtülməsi, elektrik islərinin görülməsi, televizor, internet, işıq sistemlərinin quraşdırılması, qaz xəttinin çəkilməsi, kombi islərinin görülməsi, evin daxili divarlarının aboy vurulması üçün hazır vəziyyətə gətirilməsi, yataq otağına və dəhlizin gizli işıqlarla işlənməsi, qapı və pəncərələrin qoyulması guya öhdəlik kimi üzərinə götürmüş və həmin islərin görülməsi müqabilində ona 20.000 (iyirmi min) manat məbləğində pul ödənilmişdir. Daha sonra isə əlavə xərclik meydana çıxdığı üçün, guya ona iddiaçı 6.000 (altı min) manat pul ödəmişdir. Daha sonra iddiaçı şər və böhtan xarakterli iddia ərizəsində qeyd etmişdir ki, müqavilənin 13 aprel 2017-ci il tarixdə bağlanmasına baxmayaraq, guya müqavilə üzrə görüləcək islər Cavabdeh tərəfindən tam icra edilməmiş, təxmini hesablamalarına görə guya Cavabdeh ümumilikdə ödədiyi 34.000 (otuz dörd min) manat məbləğində pulun beh hissəsi, yəni 14.000 (on dörd min) manat hissəsi müqabilində işlər cavabdeh tərəfindən görülmüş guya yerdə qalan 20.000 (iyirmi min) manat məbləğində görüləcək işlərə isə ümumiyyətlə başlanılmamışdır. 13.04.2017-ci il tarixli “Xidmət Müqaviləsi”ndən və müvafiq sənədlərdən aydın olur ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış və tərəflərin iradə ifadəsi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuşdur. Əgər nəzərə alsaq ki, mülki hüquq münasibətləri münasibətə daxil olan subyektlərin hüquq və vəzifələrindən ibarətdir, o zaman aydın olur ki, 13.04.2017-ci il tarixli “Xidmət Müqaviləsi” üzrə icraçı X8 üzərinə düşən vəzifəni (öhdəliyi) yerinə yetirmiş, sifarişçi İddiaçı müqavilənin şərtlərinə məhəl qoymamış, tərəflər arasında bağlanmış müqavilənin 3.3. (Xidmət haqqı, hər bir görülmüş iş üçün təhvil-təslim aktı imzalandığdan sonra Sifarişçi tərəfdən icraçıya 1 (bir) gün ərzində nəğd və yaxud köçürmə qaydasında ödəniləcək) bəndinin şərtlərinə riayət etməyərək öhdəliyi pozmuş, bununla da Cavabdeh "xxxx" Tikinti Şirkətinə 25.000 (iyirmi beş min) manat, külli miqdarda ziyan vuraraq iş potensialını zəiflətmiş, pul potensialını əlindən çıxdığından digər görüləcək işlər üçün vəsaitin olmadığından fəaliyyətində müflüzləsmə bas vermişdir. X4 İddiaçı ilə arasında 13.04.2017-ci il tarixli “Xidmət Müqaviləsi” başlanmış, qabaqcadan razılaşdıqları kimi və müqavilənin şərtlərinə uyşun olaraq xidmət haqqı müqavilənin 3.1, 3.2, 3.3 bəndlərində öz əksini tapmışdır. Digər tərəfdən ödənişlər və xidmət haqqı müqavilənin 3.2-ci bəndinə uysun olaraq: ödəniş təhvil-təslim aktına əsasən aparılmalı və müqavilənin 3.3-cü bəndinə istinadən xidmət haqqı hər bir şörülmüs is üçün təhvil-təslim aktı imzalandıqdan sonra, sifarişçi tərəfindən icraçıya bir gün ərzində nəşd və yaxud köçürmə qaydasında ödəməyi öhdəsinə götürür. Razılaşmaya əsasən Bakı səhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Teymur Bünyatov küçəsi istiqamətində salınmış yeni Ramana massivində yerləşən 06 sot torpaq sahəsində evin tikintisi üçün sifarişçi İddiaçı tərəfindən icraçı Cavabdeh 40.000 (qırx min) manat pul ödəməyi öhdəsinə götürmüs, 13.04.2017-ci il tarixli “Xidmət Müqaviləsi”nə əsasən 27.000 (iyirmi yeddi min) manat ilkin işlərin yerinə yetirilməsi və görülməsi üçün sifarişçi tərəfindən pul ödənilmiş, lakin 13.000 (on üç min) manat ödənilmədiyi üçün aralarında razılaşma əldə olundu ki, tam 40,000 (qırx min) manat ödənildikdən sonra, 13.04.2017ci il tarixli müqavilənin əsasını təşkil edən kassa mədaxil orderinin qəbzi təqdim olunacaq. Daha sonra aralarında 27.000 (iyirmi yeddi min) manatla etibar və inam olduğundan pul məbləğinin bir hissəsi ilə yəni, tikinti islərinə başlamış, tikinti materialları alınmış, torpaq sahəsini gölməçə və bataqlıqdan təmizlənməsi üçün 50 (əlli) yük maşını karbonat, 10 (on) yük maşını olan Kamaz vasitəsi ilə xırda (qrabel) daşlarla doldurulmuş və ərazi ev tikintisi üçün hazır vəziyyətə gətirilmişdir. Belə ki, tikintiyə icazə alınmadığı üçün tikinti yarımçıq qalmış, Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən evin tikintisi sökülmüşdür. Bundan sonra sifarişçi Ü.V. Əliyeva tikintiyə icazə almaq məqsədi ilə şahidlər X15 (əlaqə tel: (050) 233-23-44), X9 (əlaqə tel: (050) 243-13-30) və öz qohumlarının iştirakı ilə Cavabdeh 5000 (beş min) manat pul almış və müqavilə üçün razılaşdıqları 13.000 (on üc min) manatla birlikdə 18.000 (on səkkiz min) manat ödəyəcəyinə söz vermişdir. Xüsusilə qeyd olunmalıdır ki, sökülmüş divarların bərpası onların vəsaitləri hesabına basa gəlmiş, bu isə yenidən tikintidə işləyən ustalara əlavə 830 (səkkiz yüz otuz) manat pul verilməsi ilə nəticələnmişdir. Bundan başqa, həmin müddət ərzində tikinti materiallarına nəzarət edən sifarişçi İddiaçı qohumları tərəfindən 7.000 (yeddi min) manatlıq tikinti materialları əskik gəlmiş, bu isə tikinti islərini gecikdirmiş, sifarişçinin 7.000 (yeddi min) manat pulu tez bir zamanda qaytaracağına və tikinti tam başa çatdıqdan sonra (“Xidmət Müqaviləsi” üçün borclu qaldığı pul vəsaiti) 13.000 (on üç min) manat+5.000 (beş min) manat (tikintiyə razılıq icazəsi almaq üçün Cavabdeh geri aldığı pul vəsaitini) +7.000 (yeddi min) manat + (əskik gəlmiş tikinti materiallarına hesablanmış pul vəsaiti) ümumilikdə, 25.000 (iyirmi beş min) manat pulu qaytaracağına söz vermişdir. Daha sonra evin inşası tam başa çatmış, tikinti təmir işləri yekunlaşmış, sifarişçi pul ödəməmək məqsədilə təhvil-təslim aktını imzalamaqdan yayınmış, söz verdiyi 25.000 (iyirmi beş min) manatı ödəməmiş, bununla da Cavabdeh külli miqdarda ziyan vurmuşdur. Sifarişçi ilə dəfələrlə əlaqə saxlanılsa da müsbət nəticə əldə olunmamış, nəticədə təhqir və təcavüzlərə məruz qalmışlar. Bundan başqa sifarişçi İddiaçı Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis İdarəsinə Cavabdeh barəsində şər və böhtan xarakterli, süni ittiham sübutları yaradaraq şikayət ərizəsi ilə müraciət etmiş, təhqiqatda araşdırma aparılaraq şikayətçinin Cavabdeh 25.000 (iyirmi beş min) manat borclu olması sübuta yetirilmiş və təhqiqatda toplanmış materiala hüquqi qiymət verilərək "Cinayət isinin başlanmasının rədd edilməsi haqqında " qərar qəbul edilmişdir. Sifarişçi İddiaçı təqsiri üzündən Cavabdeh vurulmuş zərərin ümumi məbləği 33.000 (otuz üç min) manat təşkil edir. Bura daxildir: 1. 13.04.2017-ci il tarixli “Xidmət Müqaviləsi” üçün borclu qaldığı 13.000 (on üç min) manat. “Xidmət Müqaviləsi”nin 3.2, 3.3 bəndlərinə istinadən xidmət haqqı. 2. Tikintiyə icazə almaq üçün Cavabdeh geri götürdüyü 5.000 (beş min) manat. Şahidlərin iştirakına istinadən. 3. Əskik gəlmiş tikinti materiallarına hesablanmış 7.000 (yeddi min) manat. “Xidmət Müqaviləsi”nin 2-ci bəndinə əsasən, tərəflərin hüquq və vəzifələri. 2.1.3-cü bəndinə istinadən. 4. Eyni zamanda sarsıntı, əsəb şərşinliyi, mənəvi və fiziki iztirablar keçirdiyi üçün 7.500 (yeddi min beş yüz) manat sifarişçi tərəfindən ödəniləcək mənəvi ziyan AR Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinə istinadən. 5. X12 Əliyeva ilə əlaqə saxlanması üçün taksi, telefon xərclərinə ödədiyi Cavabdeh maddi və mənəvi ziyan vuran İddiaçı qanunsuz hərəkətlərindən sonra şüuruna mənfi təsir göstərmiş və səhhətinlə bağlı müalicəyə ehtiyacı yaranmışdır. Cavabdeh icraçı olaraq üzərinə düşən öhdəlikləri, “Xidmət Müqaviləsi”nin hüquq və vəzifələrini vicdanla yerinə yetirmişdir. Sifarişçi İddiaçı isə üzərinə düşən öhdəliklərə məhəl qoymamış, Cavabdeh əsassız olaraq əvvəlcə DİO-na izahat verilməsi, sonra isə məhkəmə çəkişmələrinə məruz qoymuşdur. Azərbaycan Respublikası MPM-nin 120-ci maddəsinin mənasına görə Məhkəmə vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzsün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən iş vaxtının itirilməsi üçün dişər tərəfin və ya dövlətin xeyrinə məbləş tuta bilər. Həmin məbləg məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Göründüyü kimi İddiaçı hüquqa istinad etmədən, əsassız iddia ərizəsinə iddia tələbini təxmini hesablamalara istinad etməsi və elektrik işləri televizor, internet, işıq sistemləri, qaz xətti, kombi işləri, aboy, otaqlara gizli işıq cehiz əşyaları və s. tərəflər arasında bağlanmış 13.04.2017-ci il tarixli “Xidmət Müqaviləsi” ndə əsasını tapmamışdır. Qeyd olunmalıdır ki, Bakı səhəri, Sabunçı rayonu, Ramana qəsəbəsi, Teymur Bünyatov küçəsi istiqamətində salınmış yeni Ramana massivində yerləşən 6 sot torpaq sahəsində NT tikilmiş kürsülü, geniş, işıql; hündür və sahəsi 100 kv.m. olan ev İddiaçı istifadəsinə verilməklə, evin bazar dəyəri 60.000-70.000 manat arasında dəyişir. Halbuki, İddiaçı Cavabdeh tərəfindən inşa edilən evə 15.000 (on beş min) manat pul vəsaiti xərcləməklə, cavabdehin 25.000 (iyirmi beş min) manat pul vəsaitimizi mənimsəmişdir. Şərh olunanlara əsasən İddiaçı iddia tələbini tam qanunsuz, əsassız və son dərəcə ədalətsiz sayır. İddia tələbinə qarşı qəti etiraz edirəm. Hesab edir ki, İddiaçı iddia tələbi qanunsuz, əsassız və ədalətsiz olduğu üçün məhkəmə qaydasında rədd olunmalıdır. Odur ki, mülki iş üzrə hər iki iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X19 iddia ərizəsinə və iddianın dəqiqləşdirilməsinə dair ərizəsinə uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin vəkili X2 Tamella Mamed qızının iddia ərizəsini müdafiə edib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh X5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X13 və onun vəkili X14 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, İddiaçı cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi qismən təmin edilməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdehlər İddiaçı və X5 qarşı “müqavilənin üçüncü şəxslə bağlanmış hesab edilməsi və tikintinin başa çatdırılması” tələbinə dair iddia ərizəsi isə təmin edilməməlidir. Belə ki, işdə olan "xxxx" tikinti şirkəti (icraçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış 13 aprel 2017-ci il tarixli Xidmət müqaviləsi əsasən Şifarişçi ona məxsus köhnə avadanlıqların əsaslı təmirini, modernləşdirilməsini İcraçıya sifariş verir və İcraçı həmin sifarişi mütəmadi olaraq yerinə yetirir. Müqavilə imzalandığı gündən 5 ay müddətinə qüvvədədir. Sifarişçi müqavilə üzrə icraçıya 28000 manat ödəməyi öhdəsinə götürür. Həmçinin Xidməti müqavilənin tərkib hissəsi olan iş planından görünür ki, (X8) icraçı bu müqavilə əsasında 5 (beş) daş üstündə evin tikilməsi, evin üstünün örtülməsi, tavanların alçıpanla işlənməsi, döşəmənin beton örtüklə örtülməsi, elektrik islərinin görülməsi, televizor, internet, işıq sistemlərinin quraşdırılması, qaz xəttinin çəkilməsi, kombi islərinin görülməsi, evin daxili divarlarının aboy vurulması üçün hazır vəziyyətə gətirilməsi, yataq otağına və dəhlizin gizli işıqlarla işlənməsi, qapı və pəncərələrin qoyulması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən X5 ünvanlanmış Pretenziya məktubundan görünür ki, icraçıya 13 aprel 2017-ci il tarixli Xidmət müqaviləsi üzrə öhdəliklərini tam icra etmədiyinə görə ödənilmiş ümumilikdə 34000 manat məbləğində pulun 20000 manat məbləğində hissəsinin 10 gün ərzində geri qaytarılması tələb olunmuş, əks halda mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bakı Şəhər Xətai Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 28 aprel 2019-cu il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərara əsasən X8 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 17.07.2019-cu il tarixli qərardadına əsasən iş üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı ilə X8 arasında 13.04.2017-ci il tarixdə bağlanmış podrat müqaviləsinin predmetini təşkil edən tikinti işləri (İş planında göstərilən) tam aparılmışdırmı?

2. Əgər tam aparılmamşıdırsa, hansı tikinti işləri yerinə yetirilmişdir?

3. İddiaçı ilə X8 arasında 13.04.2017-ci il tarixdə bağlanmış podrat müqaviləsi üzrə yerinə yetirilən tikinti işlərinin dəyəri nə qədər təşkil edir?

4. Tərəflər arasında bağlanmış müqavilə üzrə tikinti işlərinin tam yerinə yetirilməsi üçün nə qədər xərc tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.08.2020-ci il tarixli, 31896 saylı ekspert rəyindən görünür ki, 1-ci və 2-ci sullar üzrə: Bakı şəhərində yerləşən İddiaçı məxsus torpaq sahəsində inşa olunmuş yaşayış evi İddiaçı ilə X8 arasında 13.04.2017-ci il tarixdə bağlanmış podrat müqaviləsinin predmentini təşkil edən tikinti işləri tam yerinə yetirilməmişdir. Belə ki, 13.04.2017-ci il tarixdə bağlanmış podrat müqaviləsində göstərilən işlərdən beş daş üstündə evin tikilməsi, evin üstü örtülməsi və döşəməyə beton tökülməsi işlərinin görüldüyü müəyyən olunmuşdur. 3-cü sual üzrə: Bakı şəhərində yerləşən İddiaçı məxsus torpaq sahəsində inşa olunmuş yaşayış evində aparılmış tikinti-təmir işlərinin ümumi dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 16085.2 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh X8 və İddiaçı arasında Bakı şəhərində yerləşən İddiaçı məxsus torpaq sahəsində yaşayış evi inşa olunması ilə bağlı 13 aprel 2017-ci il tarixdə 5 (beş) ay müddətinə “Xidmət Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən X8 aşağıdakı öhdəlikləri götürmüşdür. 1) 5 (beş) daş üstündə evin tikilməsi; 2) evin üstünün örtülməsi, 3) tavanların alçıpanla işlənməsi, 4) döşəmənin beton örtüklə örtülməsi, 5) elektrik islərinin görülməsi, 6) televizor, internet, işıq sistemlərinin quraşdırılması, 7) qaz xəttinin çəkilməsi, 8) kombi islərinin görülməsi, 9) evin daxili divarlarının oboy vurulması üçün hazır vəziyyətə gətirilməsi, 10) yataq otağına və dəhlizin gizli işıqlarla işlənməsi, 11) qapı və pəncərələrin qoyulması. Həmin islərin görülməsi müqabilində İddiaçı tərəfindən 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul ödənilmişdir. Podrat müqaviləsinin predmentini təşkil edən tikinti işləri O.D.Zərbəliyev tərəfindən tam yerinə yetirilməmişdir. Belə ki, 13.04.2017-ci il tarixdə bağlanmış podrat müqaviləsində göstərilən işlərdən yalnız 1) beş daş üstündə evin tikilməsi, 2) evin üstü örtülməsi və 3) döşəməyə beton tökülməsi işlərinin görüldüyü müəyyən olunmuşdur. Hazırda İddiaçı tərəflər arasında 13 aprel 2017-ci il tarixli xidmət müqaviləsi 5 (beş) ay müddətinə bağlanıldığından və O.D.Zərbəliyev həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam icra etmədiyinə görə ondan ümumilikdə ödənilmiş 34000 manat məbləğində pulun 20000 (iyirmi min) manat məbləğində pulun və 13 sentyabr 2017-ci il tarixindən bu günədək (29 sentyabr 2021-ci ilədək) əldən çıxmış faydanın illik faiz uçot dərəcəsinə uyğun olaraq (ortalama 7 faiz olmaqla 4 il 14 gün) 5653 (beş min altı yüz əlli üç) manat məbləğində pulun tutulması, o cümlədən mənəvi zərərə görə 5000 (beş) min manat, hüquqi yardıma görə ödənilmiş 1000 (bir min) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulmasını tələb edir. Cavabdeh X8 isə iddia tələbini qəbul etmir. Bundan başqa, X19 mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində qoşulmuş, cavabdehlər İddiaçı və X5 qarşı iddia ərizəsi qaldıraraq 13 aprel 2017-ci il tarixdə X6 məxsus “Zamin Əmlak" tikinti şirkəti ilə keçmiş gəlini İddiaçı arasında bağlanmış müqavilənin sifarişçi olaraq onunla X8 arasında bağlanmış hesab edilməsini, müqavilədə nəzərdə tutulmuş işlərin 3 ay müddətində yekunlaşdırılmasını və ona təhvil verilməsi vəzifəsinin X3 üzərinə qoyulmasını tələb edir. Qeyd olunan iddia tələbini nə İddiaçı, nədə ki, O.D.Zərbəliyev qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından iddia tələbi 13 aprel 2017-ci il tarixli xidmət müqaviləsi üzrə öhdəliklərini tam icra etmədiyinə görə ödənilmiş ümumilikdə 34.000 manat məbləğində pulun 20.000 (iyirmi min) manat məbləğində hissəsinin cavabdeh X1 tutulması hissəsində qismən əsaslıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.08.2020-ci il tarixli, 26819 saylı ekspert rəyindən görünür ki, Bakı şəhərində yerləşən İddiaçı məxsus torpaq sahəsində inşa olunmuş yaşayış evində aparılmış tikinti-təmir işlərinin ümumi dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 16085.20 manat məbləğində müəyyən olunmuşdur. Bu səbəbdən Sifarişçi tərəfindən İcraçıya ödənilmiş pulun (28000 manat) geri qaytarılmalı olan hissəsi 11914,80 (on bir min doqquz yüz on dörd manat səksən qəpik) manat təşkil edir. (28000 manat- 16085.20 manat=11914.80 manat). Məhkəmə baxışı zamanı sifarışçi tərəfindən icraçıya xidməti müqavilə üzrə 34000 manat məbləğində pulun yox, 28000 manat məbləğində pulun ödənildiyi öz təsdiqini tapmışdır. Lakin, İddiaçı sonradan müqavilə üzrə O.D.Zərbəliyevə 6000 manat məbləğində pulun ödənilməsini iddia etsə də, iddia etdiyi pul məbləğini tam şəkildə əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Bundan başqa, İddiaçı 13 sentyabr 2017-ci il tarixindən bu günədək (29 sentyabr 2021-ci ilədək) əldən çıxmış faydanın illik faiz uçot dərəcəsinə uyğun olaraq (ortalama 7 faiz olmaqla 4 il 14 gün) 5653 (beş min altı yüz əlli üç) manat məbləğində pulun, o cümlədən mənəvi zərərə görə 5000 (beş) min manat məbləğində pulun O.D.Zərbəliyevdən tutulmasını tələb etsə də, iddianı bu hissədə də əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericiliklə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütanasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Məhkəmə həmçinin qeyd edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X19 13 aprel 2017-ci il tarixdə X6 məxsus “Zamin Əmlak" tikinti şirkəti ilə keçmiş gəlini İddiaçı arasında bağlanmış müqavilənin sifarişçi olaraq onunla X8 arasında bağlanmış hesab edilməsi, müqavilədə nəzərdə tutulmuş işlərin 3 ay müddətində yekunlaşdırılması və ona təhvil verilməsi vəzifəsinin X3 üzərinə qoyulmasını tələb etsə də tələbini əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında X10 evin tikintisi üçün keçmiş gəlini İddiaçı 30000 manat məbləğində pulun verilməsi, daha sonra onun tapşırığı və icazəsi ilə gəlinin X6 məxsus “Zamin Əmlak" tikinti şirkəti ilə xidməti müqavilənin bağlanması öz təsdiqini tapmamışdır. T.M.Əliyeva öz izahatında da oğlu İlqarla birlikdə ev tikmək qərara gəldiyini, tikinti məqsədləri üçün 30000 manat məbləğində pulun keçmiş gəlininə yox, oğlu İlqara verdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Bundan başqa məhkəmə işə baxılması ilə əlaqədar vəkil xidmətinin göstərilməsi üçün 1000 manat pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumu ödənilməsi barədə aşağıdakıları qeyd edir. İddiaçı vəkilə görə ödədiyi 1000 manat pulun və ödədiyi dövlət rüsumu cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində həmçinin məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsində işə baxılması ilə əlaqədar məsrəflərə nələrin daxil olduğu göstərilmişdir. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1 -ci maddəsinə əsasən məhkəmə nümayəndərin yə ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Vəkilə çəkilmiş xərclərə görə tələb olunan 1000 manat pulun cavabdehdən tutulmasını məhkəmə qismən əsaslı hesab edir. Belə ki, işin xarakteri, mürəkkəbliyi, məhkəmə iclaslarının sayı və iclasın keçirilməsi müddəti (bir hazırlıq, səkkiz baxış iclası, onlardan dördü vəkilin iştirakı ilə), o cümlədən iddianın qismən təmin edilməsi nəzərə alınarsa məhkəmə vəkilə görə ödənilmiş 1000 manatdan 300 manatının cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağlabatan hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu X1 tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi qismən təmin edilməli, 13 aprel 2017-ci il tarixli xidmət müqaviləsinə əsasən tam yerinə yetirilməmiş tikinti işlərinə görə 11914,80 (on bir min doqquz yüz on dörd manat səksən qəpik) manat məbləğində pul vəsaiti, işə baxılması ilə əlaqədar vəkilin göstərdiyi yardıma görə 300 (üç yüz) manat və 30 (otuz) manat dövlət rüsumu cavabdeh X1 tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdehlər İddiaçı və X5 qarşı “müqavilənin üçüncü şəxslə bağlanmış hesab edilməsi və tikintinin başa çatdırılması” tələbinə dair iddia ərizəsi isə təmin edilməməlidir. Aparılmış məhkəmə tikinti-texnikası ekspertizasının dəyəri 100 (bir yüz) manat cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddiaçı cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. 13 aprel 2017-ci il tarixli xidmət müqaviləsinə əsasən tam yerinə yetirilməmiş tikinti işlərinə görə 11914,80 (on bir min doqquz yüz on dörd manat səksən qəpik) manat məbləğində pul vəsaiti, işə baxılması ilə əlaqədar vəkilin göstərdiyi yardıma görə 300 (üç yüz) manat və 30 (otuz) manat dövlət rüsumu cavabdeh X1 tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdehlər İddiaçı və X5 qarşı “müqavilənin üçüncü şəxslə bağlanmış hesab edilməsi və tikintinin başa çatdırılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Aparılmış məhkəmə tikinti-texnikası ekspertizasının dəyəri 100 (bir yüz) manat cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar