Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-60/2022 28.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu Qəbələ rayon Nic qəsəbə sakini X4 psixi qüsura görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib göstərdi ki, o, xx.xx.1953-cü il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində doğulmuşdur. 30.10.1972 -ci il tarixdə həmkəndlisi Nic qəsəbə sakini X11 ilə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Birgə nikahlarından 03.03.1974-cü il tarixdə X8 və 16.01.1978-ci il tarixdə X12 adlı uşaqları doğulmuşdur. Oğlu X8 güsurlu doğulmuşdur. Bu səbəbdən təhsil yaşına çatdıqda məktəbə göndərilməmişdir. Savadsızdır. Hərbi xidmət yaşına çatdıqdan sonra isə Qəbələ rayon Hərbi Komissarlığı tərəfindən 23.07.1992-ci il tarixdən ehtiyata keçirilmişdir. Oğlu Qeorgi anadangəlmə psixi xəstə olduğuna görə ətrafa lageyiddir, sərbəst qərar vermək, münasibət bildirmək qabiliyyətinə malik deyildir. Ancaq digər ailə üzvülərinin nəzarəti altında fəaliyyət göstərir (yeyir, içir, yatır, durur və s). Qəbələ rayonunun Nic qəsəbəsində Qeorgi də daxil olmaqla ümum birgə mülkiyyətində torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin bir hissəsini özgəninkiləşdirmək istəyirlər. Ancaq oğlu X8 anadan gəlmə psixi qusurlı xəstəliyin daşıyıcı olmaqla fəaliyyət qabiliyyətli olmadığından müvafıq orqanlarda onun iştirakı ilə əməliyyat aparmaq mümkünsüz olmuşdur. Qeyd olunan səbəblərə görə oğlu X6 psixi qüsuruna görə məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istəyir. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Qəbələ RPŞ tərəfindən 28.07.2015-ci il tarixdə verilmiş AZE № 15642946 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 03 mart 1974-cü ildə Qəbələ rayon, Nic qəsəbəsində anadan olmuş və hal-hazırda həmin qəsəbədə qeydiyyatdadır. İşdə olan Qutqaşen rayon Nic kənd soveti tərəfindən 27 oktyabr 1989-cu il tarixdə verilmiş V-JQ № 286965 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X11 30 oktyabr 1972-ci ildə X2 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Dallari, arvada Dallari soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Nic qəsəbə İ.Ə.N tərəfindən 16 aprel 2021-ci il tarixdə verilmiş AZ- İV № 555687 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X8 03 mart 1974cü ildə Qəbələ rayon Nic qəsəbəsində anadan olmuşdur. Atası X11, anası Ərizəçidır. İşdə olan 23 oktyabr 1992-ci il tarixdə verilmiş NZ № ******* saylı hərbi biletin surətindən görünür ki, X8 03 mart 1974-cü ildə anadan olmuş, hərbi xidmətə yararsızdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 22.12.2021-ci il tarixli, 3053 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs X7 “uşaq serebral iflici ilə əlaqədar yaranan orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” (F 71.1) aşkar olunur. Bunu anamnestık məlumatlar (ağıl zəifliyi ilə əlaqədar olaraq təhsil ala bilməməsi, psıxofizikı inkişafının həmyaşıdlarından xeyli geri qalması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (bələdliyini pozulması, davranışının qeyri-adekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: X8 hər hansı bir psixi xəstəlikdən əzab çəkirmi? Cavab: X7 uşaq serebral iflici ilə əlaqədar yaranan orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. 2- ci sual: X5 öz hərəkətlərini dərk etmək və idarə etmək baxaımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Cavab: X8 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 22.12.2021-ci il tarixli, 3053 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 03 mart 1974-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. 03 mart 1974-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-60/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-60/2022
28.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver