Məhkəmə qərarları › İş №2(025)-607/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-607/2023

15.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-607/2023 15.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Həmı̇ dov Müşvı̇ q Sadəddı̇ n oğlunun, Nəsrullazadə Sadəddı̇ n Müşvı̇ q oğlunun və Nəsrullazadə Sahı̇ l Müşvı̇ q oğlunun iştirakları ilə, Ərizəçilər Həmı̇ dov Müşvı̇ q Sadəddı̇ n oğlunun, Nəsrullazadə Sadəddı̇ n Müşvı̇ q oğlunun və Nəsrullazadə Sahı̇ l Müşvı̇ q oğlunun hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən X5, X2, X6, X3 və X8 adına verilmiş JN- 384F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin ərizəçilərə aid hissəsədə - Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və mərhum X9, Qəbələ rayon AİK-in 26 aprel 2002-ci il tarixli 03 nömrəli qərarına əsasən X5, Ərizəçi1, X6, X3 və X8 adına verilmiş JN - 640 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının ərizəçilərə aid hissəsədə - Ərizəçi2, Ərizəçi3 və mərhum X9 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, digər ailə üzvümüz X10 və mərhum X9 Qəbələ rayonu Zarağan kəndində JN-384F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,94 ha həyətyanı torpaq sahəsi verilmişdir. Eyni zamanda Qəbələ rayon AİK-in 26 aprel 2002-ci il tarixli 03 nömrəli qərarına əsasən, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, digər ailə üzvümüz X10 və mərhum X9 Qəbələ rayonu Zarağan kəndində JN-640 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 0,56 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə Ərizəçi1 adı səhvən "Müşfiq" kimi, Ərizəçi2 soyadı səhvən "Həmidov" kimi, Ərizəçi3 soyadı səhvən "Həmidov" kimi, eyni zamanda mərhum X7 adı səhvən "Marusya" kimi göstərilmişdir. Eyni zamanda dövlət aktında Ərizəçi2 soyadı səhvən "Həmidov" kimi, Ərizəçi3 soyadı səhvən "Həmidov" kimi, mərhum X7 adı səhvən "Marusya" kimi göstərilmişdir, göstərilmişdir. Lakin bizə məxsus şəxsiyyət vəsiqələrində, doğum haqqında şəhadətnamələrdə və nikah haqqında şəhadətnamələrdə ad, soyad və ata adları Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 kimi göstərilmişdir. Həmçinin mərhum X9 məxsus "Ölüm haqqında" şəhadətnamədə ad, soyad və ata adı X1 göstərilmişdir. Hazırda mülkiyyətinə verilmiş torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamədə və dövlət atkında səhvlər olduğundan bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni və torpağa mülkiyyət hüququna dair dövlət aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki və dövlət aktıdakı yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən aidiyyəti üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlıqların aradan qaldırılması xahiş edilmiş, müvafiq məktub ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşdıq. Yol verilmiş yalnışlığı biz başqa cür aradan qaldırmaq iqtidarında deyilik, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-384F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən X5, X2, X6, X3 və X8 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Zarağan kəndində 0.94 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0640 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx.xx.2002-ci il tarixli 03 aylı qərarına əsasən, X5, Ərizəçi1, X6, X4, X11 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu, Zarağan kəndində 0.56 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi şöbəsi tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli AZ- İİ № 302112 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, JN-384F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə “X21” qızının adı səhv olaraq “Marusya” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Zarağan kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 01 fevral 1996-ci il tarixli XİX-Жİ 415102 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, JN-384F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə “Ərizəçi3” oğlunun soyadı və ata adı səhv olaraq soyadı “Həmidov” ata adı “Müşfiq” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Zarağan kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli 179 №-li arayışdan görünür ki, JN-384F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsi dair» Şəhadətnamədə “Ərizəçi3” oğlunun soyadı və ata adı səhv olaraq soyadı “Həmidov” ata adı “Müşfiq” kimi yazılmışdır. İşdə olan Qəbələ rayon Zarağan kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli 177 №-li arayışdan görünür ki, JN-384F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə “Ərizəçi1 adı səhv olaraq “Müşfiq” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Zarağan kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli 178 №-li arayışdan görünür ki, JN-384F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə “Ərizəçi2” oğlunun soyadı və ata adı səhv olaraq soyadı “Həmidov” ata adı “Müşfiq” kimi yazılmışdır. İş materiallarına əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 adı, soyadı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi3” oğlu olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 adı, soyadı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi2” oğlu olaraq qeyd olunmuşdur İş materiallarına əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 adı, soyadı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi1” oğlu olaraq qeyd olunmuşdur Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0.94 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-384F (Kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnamə və 0.56 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-640 (Kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında yalnışlığa yol verilərək “Ərizəçi3” əvəzinə “X15” kimi, “Ərizəçi2” əvəzinə “X12” kimi, “Ərizəçi1” əvəzinə “X12” kimi və “X14” əvəzinə “X13” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-384F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN- 0640 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Həmı̇ dov Müşvı̇ q Sadəddı̇ n oğluna, Nəsrullazadə Sadəddı̇ n Müşvı̇ q oğluna, Nəsrullazadə Sahı̇ l Müşvı̇ q oğluna və mərhum – X9 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar