Məhkəmə qərarları › İş №2(025)-609/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-609/2021

22.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-609/2021 22.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X5 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh və ailə üzvlərinə qarşı “fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair ilkin iddia üzrə, Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X7, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Göyçay rayonu Dövlət Notariat Kontoruna qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və ailə üzvlərinə qarşı "fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin AR ƏMDKY DƏDRX tərəfindən **********053-10301 Reyestr nömrəsi ilə qeydə alınmış 05.11.2019-cu il tarixli Çıxarışla onun mülkiyyəti olaraq tanınmış Qəbələ rayon Mıxlıqovaq kəndində yerləşən 172.06 kv.m sahəsi olan fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 21 aprel 2021-ci il tarixdə cavabdeh Soltanov X4 Səidə Dursun qızına qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı ilkin iddia tələbinin rədd edilməsi, mübahisə predmeti olan evə dair İddiaçı adına verilmiş **********053-13301 saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 29.07.2021-ci il tarixdə iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək **********53-10301 saylı əmlakla bağlı 05.11.2019-cil il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması və İddiaçı adına verilmiş **********53-10301 saylı çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. 29 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında Cavabdeh vəsatətinə əsasən X8, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və Göyçay rayonu Dövlət Notariat Kontoru qarşılıqlı iddia üzrə cavabdeh qismində mülki işə cəlb olunmuşdurlar. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən sahəsi 172.06 kv metr olan ev mənim mülkiyyətim olaraq AR ƏMDKY DƏDRX tərəfindən **********053-10301 Reyestr nömrəsi ilə qeydə alınaraq 05.11.2019-cu il tarixli Çıxarışla mülkiyyətinə verilmişdir. Hazırda mülkiyyəti olan evində cavabdehlər Cavabdeh və ailə üzvləri onun iradəsinə zidd olaraq qanunsuz yaşayırlar. Belə ki, o, evi mülkiyyətinə keçirdikdən sonra Qəbələ r-n Mıxlıqovaq kənd İcra Nümayəmdəsinə və X6 ailə üzvləri ilə birlikdə evindən 15 gün müddətinə çıxaraq evini ona təhvil vermələri barədə rəsmi məktub yazaraq xəbərdarlıq etmişdir. Lakin cavabdehlər şəxsi mülkiyyəti olan evində qanunsuz yaşamağa davam edirlər. Qəbələ r-n məhkəməsində iddia qaldıraraq M.B.,Soltanovun ailə üzvləri ilə birlikdə evimdən məcburi çıxarılmasını tələb etsə də hakim 10 sentyabr 2020-ci il tarixli 2(025)-700/2020 saylı qətnaməsi ilə istifadə hüquqlarını qeyd edərək onun evindən cavabdehləri çıxarmamış və onun cavabdehlərə kompensasiya təklif etmədiyini bildirərək iddianı təmin etməmişdir. Hazırda o, iddiaçı olaraq mülkiyyəti olan evində yaşamaq, şəxsi mülkiyyətindən səmərəli istifadə etmək istəyir. Lakin cavabdehlər onun qanuni mülkünü zəbt edərək qanunsuz orada yaşamaqla evindən istifadə edirlər. Xəbərdarlıq etməyinə baxmayaraq evini boşaldaraq ona vermir, evində qanunsuz, onun iradəsinə zidd olaraq yaşamağa davam edirlər, iddiada qaldıraraq evindən məcburi çıxarılmasını isə hakim qanunsuz olaraq təmin etməməklə qeyri müəyyən müddətə cavabdehləri onun evində saxlamaqla onun mülkiyyət hüququnu kobud formada pozmuşdur. Soltanov və ailə üzvləri onun yaxın qohumum hesab edilə bilməz, onların həmin evdən istifadə hüququ yaranmasına həmin evin mülkiyyətçisi Cəbrayılova Təranə qızının evi ona bağışladığı və onun mülkiyyət hüququnu AR ƏMDKY DƏDRX tərəfindən **********053-10301 Reyestr nömrəsi ilə qeydə almaqla tanıyaraq Çıxarışla mülkiyyətinə verdiyi gündən xitam verilmişdir. O, bir mülkiyyətçi kimi öz evində yaşamaq, ev üzərində idarə, istifadə və sərəncam hüquqlarını öz istəyinə uyğun həyata keçirdə bilmir. Ona görə də o, cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin bütün bunlara baxmayaraq Cavabdeh ailə üzvləri ilə birlikdə qanunvericiliyə uyğun olaraq tərəfindən kompensasiya ödənilməklə şəxsi mülkiyyətində qeyri qanuni yaşamalarına xitam verilməsini iddia edir. 17.03.2021-ci il tarixli arayışdan göründüyü kimi Qəbələ r-n Mıxlıqovaq kəndində bir otaqlı yaşayış evinin bir aylıq kirayə haqqı minimum 30 AZN civarındadır. Cavabdeh SCavabdeh və ailə üzvlərinin mülkiyyətində JN 0161 serialı Kod 40614018 olan həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində uzunluğu 20, eni 8 metr olan yardımçı sahə quraqlıq var ki, onun yanlarını daşla hörərək oradan ev kimi istifadə edə bilər. Bundan başqa cavabdehlərin mülkiyyətində pay torpaqları və Cavabdeh ata mülkündə onun və ailə üzvlərinin yaşaması üçün 170 kv metr şəraitli ev var ki, Cavabdeh Soltnova Göyçəklə ailə qurduqda sonuncunu gəlin kimi həmin evə gətirmişdir və 10 il həmin evdə birgə yaşamışlar. Hazırda həmin evdə Cavabdeh bacısı təkbaşına yaşayır və Soltanovun ailəsi ilə birlikdə həmin evdə yaşaması mümkündür. Cavabdeh və oğlu müəllim işləyir əmək haqqı alır və xəstəliyə görə pensiya alır, qızı S.Elnarə Qəbələ r-n Asan xidmətdə işləyir, arvadı G.Soltanova xəstəliyə görə pensiya alır, oğlu və gəlini işləyirlər. Ailənin bir aylıq gəliri onlara bir müddət kirayədə (Kirayə pulunu o kompensasiya kimi ödəməklə) yaşayaraq özlərini evlə təmin etməyə imkan verir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Məhkəməsinə İddiaçı (bundan sonra - qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh) Cavabdeh (qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı) və ailə üzvərinə qarşı iddia ərizəsini icraata qəbul etmişdir. İddiaçı bu hərəkəti onun uzun illər ərzində davamlı olaraq, ona və ailə üzvlərinə qarşı törətdiyi və apardığı qanunsuz və qərəzli əməllərin növbəti absurd nəticəsidir. Qarşılıqlı iddia ərizəsində göstərilən əsaslarla hesab edir ki, iddia tələbi ədalətsiz və əsassızdır. Bu səbəbdən qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin iddia ərizəsi rədd edilməli və mübahisə predmeti olan evə aid İddiaçı adına verilmiş çıxarış ləğv olunmalıdır. 1. Qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı bacısı X8 ilə 05.29.85-ci il tarixində rəsmi nikahla onun həyat yoldaşı olmuşdur. Onun bacısı - qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı, ailənin yaranmasının ilk illərindən onların ailənin münasibətlərinə müdaxilə etməyə, ailədə əsassız konfliktlər və narazılıqlar yaratmaqla, bacısının (keçmiş həyat yoldaşı) psixoloji cəhətdən zəif və həssas olmasından, bu səbəbdən, onun təsirinə asanlıqla məruz qalmasından sui istifadə edərək həyat yoldaşı ilə onun və ümumiyyətlə, ailə üzvlərinin arasında münaqişələr yaratmağa cəhd göstərirdi. Həmçinin, hələ o zamanlar cavabdeh İddiaçı özünəməxsus həyat tərzi, onların ailədə narahatlıqlara və onun tərəfindən ciddi narazılıqlara səbəb olurdu. Bu halların, məntiqi nəticəsi olaraq, Qəbələ Rayon Məhkəməsinin 11.08.1994-cü ıl tarixli qətnaməsi ilə rəsmi nikah pozulmuşdur. 2. Qəbələ Rayon Məhkəməsinin 11.08.1994-cü ıl tarixli qətnaməsinə əsasən, birgə nikah dövründə tikintisi başa çatmamış iki otaqlı çiy kərpicdən tam istifadəyə verilməmiş fərdi yaşayış evi bölünmüş, Cəbrayılova Təranə tərəfindən Cavabdeh ******* AZM məbləği ödənilməklə həmin fərdi yaşayış evi Cəbrayılova Təranənin mülkiyyətinə verilmiş, birgə nikahdan doğulmuş 4 (dörd) uşaqdan Soltanov Musəllımin yanında qalan 1987-ci il təvəllüdlü Gülayə, 1989-cu il təvəllüdlü Səbuhi və 1990-cı il təvəllüdlü Vüsalə adlı üç uşağın anaları Cəbrayılova Təranəyə verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. 11.08.1994-cü ıl tarixli 2-12 saylı icra vərəqəsi Qəbələ rayon məhkəmə qərarlarının icrası qrupuna daxil olmuşdur. İcranın gedişində tərəflərin qarşılıqlı razılığına əsasən Qəbələ rayon məhkəməsinin MQİQ-nm iştirakı ilə Cavabdeh 2 ədəd onluq qızıl, 2 ədəd qaşlı qızıl üzük, 1 ədəd qızıl döş saat qızıl zəncin ilə birlikdə, 1 ədəd qızıl qol saatı və i cüt qızıl sırğa alınaraq Təranə Cəbrayılovaya verilmiş, əvəzində Təranə Cəbrayılova mübahisəli 2 otaqlı fərdi yaşayış evinin bır otağını borcluya mənə, yəni Cavabdeh, bir otağını isə qızı Günelə bağışlamaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin əksinə olaraq qətnamənin icrasından imtina etmiş və həmin evlə bağlı gələcəkdə heç bır mübahisə etməyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Bununla bağlı 12 sentyabr 1994- cü il tarixində özü tərəfindən ərizə yazılmış və hal şahidlərinin iştirakı ilə akt tərdib olunmuşdur (ərizə və akt ərizəyə əlavə olunur). Məhz qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı təkidi və qərəzli təsiri nəticəsində keçmiş həyat yoldaşı Təranə Cəbrayılova uşaqları götürməkdən imtina edərək ata evinə gedərək öz şəxsi həyatını yaşamağa davam etmişdir. Ona qətnamə ilə verilən ev yarımçıq tikili olub, çiy kərpicdən ibarət idi, mən isə ora xərc qoyaraq evi hələ də tamamla bilməmişəm. Sual olunur: Cəbrayılova Təranə heç yerdə işləmədiyi halda ev hansı vəsaitlə və kim tərəfindən istifadəyə yararlı vəziyyətə gətirilmişdir. Aradan bir neçə illər keçdikdən sonra yenidən absurd tələblərlə məhkəmə iddiaları qaldırmışdır. 3. Mübahisə predmeti olan evin tikintisi və yenidənqurma işlərinə sərf olunmuş vəsaitin hesablanması ilə əlaqədar İsmayılli rayon Məhkəməsi 03.05.2013-cü il tarixində 2(037)-09/2013 saylı mülki isə dair ekspertiza təyin etmişdir. AR Ədliyyə Nazirliyinin Ekspertiza İnstitutunun (hazırda Məhkəmə Ekspertiza Mərkəzi) tərəfindən aparılan tədqiqat nəticəsində mübahisəli ev və yardımçı sahə bütövlükdə 132,4 kv.metr olduğu hesablanmışdır. 05.1 1.2019-cu i! tarixində AR ƏMDK DƏDRX tərəfindən İddiaçı verilmiş **********053-13301 saylı çıxarışda isə mülkiyyətin sahəsi 172 kv.metr göstərilmişdir. Bu uyğunsuzluq müəmmalıdır və araşdırılmalıdır. 4. Keçmiş həyat yoldaşı ilə ayrılmağının səbəbi onun ruhi xəstəliyi ilə bağlı psixoloji durumunda olan ciddi narahatlıqlar və ən əsası da bacısı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı təsiri altına düşməsi olmuşdur. Həmin xəstəliklə bağlı Mingəçevir Psixo-nevroloji xəstəxanasında stasionar müalicə aparılmışdır və daim müalicə almışdır. Bunu təsdiq edən sənəd ərizəyə əlavə edilmişdir. İddiaçı hər zaman bacısının bu vəziyyətindən istifadə etmiş və bütün hallarda ailə üzvlərinin əksinə olaraq, öz istəyinə nail olmuşdur. İndi ki məqamda belə qənatə gəlmək olur ki, bu onun məkrli niyyətindən və məqsədindən irəli gəlirmiş, bacısının ailəsini dağıtmaq və qanunsuz olaraq ona verilmiş mülkiyyəti ələ keçirmək. 5. O, ata kimi iki qızını və bir oğlunu anasız böyüdərək onlara ali təhsil vermiş və hər biri ailəlidir və hazırda onların hamısı orta məktəb müəllimləridirlər. Ona məxsus torpaq sahəsində halal zəhmətlə qazanılan vəsait hesabına tikdiyi, 26 il ərzində 3 övladını təkbaşına böyüdən atanı ailə üzvləri ilə birgə və övladları yaşadıqları evdən çıxarılması barədə absurd iddia hansı təfəkkürün məhsuludur, hansı əxlaqın təzahürüdür? Belə bir iddianı öz şəxsi həyatını sərbəst yaşamış, ailəsi və övladı olmayan şəxs irəli sürür və ona aidiyəti olmayan mülkiyyətə sahib çıxmaq istəyir. Normal düşüncə tərzi ilə anlamaq olur ki, heç bir ana övladlarını onlara məxsus evdə yaşamaqdan məhrum edərək, evi kiməsə bağışlaya bilməz. Bu yalnız o zaman mümkün ola bilər ki, psixoloji durumunda problem olan, yaxud, ona qarşı edilə biləcək şantaj, ailə üzvlərinin həyatına ciddi təhlükə və yaxud, digər təsirlərdən ola bilər. Bu məsələni hüquq mühafizə orqanları ciddi araşdırmalıdır. Mübahisə predmeti olan mülkiyyət yerləşən torpaq sahəsi rəsmi sənədlər əsasında ona məxsusdur Həmin torpaq sahəsində öz vəsaiti və zəhməti hesabına qurub yaratdığı evin keçmiş həyat yoldaşı tərəfindən bacısına, yəni, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bağışlanması çox müəmmalı, ədalətsiz və qanunsuzdur. Hesab edir ki, cavabdeh İddiaçı yalnız özünə məlum olan üsullardan və bacısının psixoloji dürumunda olan vəziyyətdən istifadə etmişdir. Həmin evin və torpaq sahəsinin cavabdeh İddiaçı heç bir aidiyyəti olmamışdır və yoxdur. Bu səbəbdən, əsası və hüququ olmayan evin ona bağışlanmasının səbəbi araşdırılmalıdır və mübahisə predmeti olan evə dair cavabdeh İddiaçı adına verilmiş çıxarış ləğv edilməlidir. Həmçinin, mübahisə predmeti olan evin naturada real bölgüsü aparılmamışdır və heç bir məhkəmə qətnaməsində onun, yaxud ailə üzvlərinin evdən çıxarılması göstərilməmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək ilkin iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh X8 qarşılıqlı iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, vaxtı ilə mübahisəli evin mülkiyyətçisi olaraq, həmin evi bacısına bağışlamaq qərara gəlmişdir. Bu səbəbdən notariusa müraciət edərək, bacısı Səidə ilə bağışlama müqaviləsi bağlanmışdır. Hesab edir ki, bağışlama müqaviləsi tam qanuni və əsaslı olmuş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Sonda isə, ilkin iddia ərizəsində göstərilənləri təsdiq edərək, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və Göyçay rayonu Dövlət Notariat Kontoruna məhkəmə baxışı iclasında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 02.07.2010-cu il tarixli ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Mıxlıqovaq kəndində 0,01726 ha torpaq sahəsində yerləşən 53.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 120 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan X5 **********217 saylı 08 oktyabr 2019-cu il tarixli ərizəsi ilə X1 rayonu, Mıxlıqovaq kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evini İddiaçı bağışlamaq qərarına gəlmişdir. Bildirmişdir ki, hal-hazırda subaydır. Gələcəkdə məhkəmə qarşısında hər hansı iddia qaldırılarsa özü cavabdeh olacaqdır. İşdə olan 08 oktyabr 2019-cu il tarixli 4Ə-831 saylı Daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 02.07.2010-cu il tarixli ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli Çıxarışına əsasən tam mülkiyyətində olan özünəməxsus Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 53.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini İddiaçı mülkiyyətinə vermişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 05.11.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Mıxlıqovaq kəndində 0,01726 ha torpaq sahəsində yerləşən 53.6 kv.m sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 120 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 17 mart 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı sorğusuna əsasən bildirilmişdir ki, Qəbələ rayonu, Mıxlıqovaq kəndində bir otaqlı yaşayış evinin bir aylıq kirayə haqqı maksimum 30 (otuz) manat məbləğindədir. İşdə olan JN-231A, kod 40614018 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli, 25 nömrəli qərarına əsasən Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.08 ha “fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı” təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan X18 İdarəsi Ləki qəsəbə Uşaq Musiqi Məktəbi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli, 12 saylı arayışdan görünür ki, həqiqətən X2 Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Ləki qəsəbə Uşaq Musiqi Məktəbində 1994-cü ildən fasiləsiz olaraq hal-hazıradək müəllim vəzifəsində işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ rayonu, Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli, 570 saylı arayışdan görünür ki, Cavabdeh Qəbələ rayonu, Mıxlıqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfat başına kitablarında 1992-ci ildə özü tərəfindən tikilmiş fərdi yaşayış evində hal-hazırki dövrədək qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ rayonu, Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli, 704 saylı məktubdan görünür ki, 29 iyul 2021-ci il tarixli, 570 saylı arayışdakı “qeydiyyatdadır” sözü texniki səhv olaraq yazılmışdır. Sözügedən evdə Cavabdeh ailə üzvləri ilə yaşamasına baxmayaraq ev qeydiyyat №si ********** olan çıxarışla X7 məxsusdur. Qəbələ Rayon Məhkəməsinin sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondu PHŞ 14 Saylı Regional Ərazi filialı tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli, **********5 saylı məktubdan görünür ki, Cavabdeh filialdan 259.78 manat manat məbləğində əmək pensiyası alır. Qəbələ Rayon Məhkəməsinin sorğusuna əsasən Qəbələ Regional “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli, 4.1.20-2021-89 saylı məktubdan görünür ki, X3 Regional “ASAN xidmət” mərkəzində könüllü kimi 30.11.2020-ci il tarixindən 30.01.2021-ci il tarixinədək fəaliyyət göstərmişdir, hazırda Qəbələ Regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərmir. Qəbələ Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ rayonu, Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli, 601 saylı məktubdan görünür ki, Qəbələ rayon Mıxlıqovaq kəndində qeydiyyatda olan Cavabdeh torpaq islahatı zamanı X22 komissiyasının qərarı ilə beş nəfər ailə üzvü ilə birlikdə 1.03 ha pay torpağı hesablanmışdır və halhazırda istifadəsindədir. Bağ sahəsində findıq və digər meyvə ağacları mövcuddur. Təsərrüfatında mal-qara yoxdur. Vətəndaşın adına beş nəfər ailə üzvü ilə birlikdə 0.08 ha həyətyanı sahə hesablanmışdır. Cavabdeh oğıunun ata evi nümayəndəliyin təsərrüfatbaşına kitablarında ümumi sahəsi 60 kv.m və yaşayış sahəsi 40 kv.m olan evdə 3 nəfər qeydiyyatda olmaqla hal-hazırda həmin evdə X9 yaşayır. Cavabdeh təsərrüfatından gələn illik gəlirin hesablanması müəyyənləşdirilə bilmədi. Qəbələ Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən verilmiş 04 avqust 2021-ci il tarixli, 419 saylı məktubdan görünür ki, Cavabdeh həqiqətən Qəbələ rayon Mıxlıqovaq kənd tam orta məktəbində müəllim işləyir və ona 2020-2021-ci tədris ili dövründə aylar üzrə hesablanılmış əmək haqqı aşağıdakı qaydadadır. Cəmi: 9531,75 (doqquz min beş yüz otuz bir manat 75 qəpik) manat, o cümlədən, orta aylıq əmək haqqı 794.31 (yeddi yüz doxsan dörd manat 31 qəpik) manat təşkil edir. İş materiallarında olan Ağdaş RPŞ tərəfindən 24.08.2007-ci il tarixdə verilmiş AZE № 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “X11” MMC-nin 09 dekabr 2021-ci il tarixli, 021-24/QRM nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən sənəd üzrə 53.6 kv.m faktiki 132 kv.m sahədən ibrarət yarım təmirli fərdi yaşayış evinin real bazar qiyməti 16.500 manat təşkil edir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, X8 ilə Cavabdeh arasında 29.06.1985-ci ildə rəsmi nikah bağlanmış, Qəbələ Rayon Məhkəməsinin 11.08.1994-cü il tarixli 2-12 saylı qətnaməsi ilə tərəflər arasındakı rəsmi nikah pozulmuşdur. Qəbələ rayonu, Mıxlıqovaq kəndində 0,01726 ha torpaq sahəsində yerləşən 53.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi X8 tərəfindən 08 oktyabr 2019-cu il tarixli 4Ə-831 saylı Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı bağışlanmışdır. Həmin ev **********53-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 05.11.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ona AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 120 nömrəli vərəqində qeyd olunmuş Çıxarış verilmişdir. Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 53.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir, Cavabdeh isə həmin evə istifadə hüquqları vardır. Hazırda İddiaçı kompensasiya ödəməsi şərtilə cavabdehin, onun ailə üzvləri ilə birlikdə, göstərilən ünvandan qeydiyyatdan çıxarılmasını və istifadə hüquqlarına xitam verilməsini tələb edir. Cavabdeh isə mübahisə predmeti olan **********53-10301 saylı əmlakla bağlı 05.11.2019-cil il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması və İddiaçı adına verilmiş **********53-10301 saylı çıxarışın ləğv edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh və onun ailə üzvlərinə qarşı kompensasiya ödənilməklə fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2 və 228.5-ci maddələri təşkil edir. Bundan başqa, Cavabdeh mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi İddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 158.1.2-ci maddəsinin tələbinə görə, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu «şərti və qeyri-sabit» xarakterli edir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə etmək və mülkiyyət məsələlərinin hüquqi cəhətdən hərtərəfli həllinə təminat verir. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Konstitusiya Məhkəməsinin həmin Qərarında qeyd edilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görədə həmin hüququn yaranması və həyata keçməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Göstərilənlərə əsaslanmaqla məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətçi kimi Cavabdeh kompensasiya ödənilməklə onun və ailə üzvlərinin mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə əsaslıdır və kompensasiya ödənilməsi hissəsində qismən təmin olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53,149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəmə ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh və onun ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsi üçün ödəniləcək 7.000 manat məbləğində pul vəsaiti Cavabdeh davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə qeyd olunan evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsini təmin edə biləcək kompensasiyadır. Məhkəmə hesab edir ki, Cavabdeh yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində 7000 manat kompensasiya, ona davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli evlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmayacaqdır. Məhkəmə həmçinin nəzərə alır ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarında həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasında verdiyi izahatlarında və məhkəməyə təqdim etdiyi sənədlərdə **********53-10301 saylı əmlakla bağlı 05.11.2019-cil il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması və İddiaçı adına verilmiş **********53-10301 saylı çıxarışın ləğv olunmasını iddia etsə də, tələblərini əsaslandıra bilməmiş və iddialarının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 666.1-ci maddəsinin tələbindən görünür ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, bağışlama etibarlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla, hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanaraq, hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə daşınmaz əşyalara dair notariat qaydasında təsdiqləndikdə bağlanmış sayılır. Odur ki, İddiaçı və X5 arasında bağlanmış bağışlama müqaviləsi düzgün olaraq və qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlandığından, bağışlama müqaviləsinin və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 05.11.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli Çıxarışın etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd olunan müddəalarını, həmçinin mübahisəli fərdi yaşayış evinin bazar qiymətini və həmin ərazidə yerləşən fərdi yaşayış evinin kirayə haqqını, tərəflər arasında yaranmış münaqişəli vəziyyəti nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh 7.000 (yeddi min) manat məbləğində kompensasiya verilmək şərti ilə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən Azərbaycan Respublikası ƏMDKY DƏDRX tərəfindən **********053-10301 reyestr nömrəsi ilə qeydə alınmış 05.11.2019-cu il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş fərdi yaşayış evinə Cavabdeh və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməli, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X7, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Göyçay rayonu Dövlət Notariat Kontoruna qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia ərizəsi qismən təmin edilsin. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh 7.000 (yeddi min) manat məbləğində kompensasiya verilmək şərti ilə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən Azərbaycan Respublikası ƏMDKY DƏDRX tərəfindən **********053-10301 reyestr nömrəsi ilə qeydə alınmış 05.11.2019-cu il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş fərdi yaşayış evinə Cavabdeh və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilsin. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X7, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Göyçay rayonu Dövlət Notariat Kontoruna qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar