Məhkəmə qərarları › İş №2(025)-609/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-609/2023

23.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-609/2023 23.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçi Məmmədağayeva Kamı̇ lə Hüsən qızının iştirakı ilə, Ərizəçi Məmmədağayeva Kamı̇ lə Hüsən qızının hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları Ərizəçi Məmmədağayeva Kamı̇ lə Hüsən qızı məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən. X20, X5, X23, X15, X26, X12, X16, X27 və X4 adına verilmiş JN-028A nömrəli (kod: ********), JN-028F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin və JN-0036 nömrəli (kod: ********) «Torpağan mülkiyyət hüququna dair» Dövlət Aktının ona aid hissədə Məmmədağayeva (Məmmədova) Kamilə Hüsən qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998ci il tarixli, 11 saylı qərarı ilə X20, X5, X23, X13, X26, X12, X16, X27 və X6 Qəbələ rayonu Topbağ kəndi ərazisindən 0,44 ha həyətyanı torpaq sahəsinə JN-028A, KOD 40607058 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmçinin Qəbələ rayon Aqrar islahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə X20, X5, X23, X15, X26, X12, X16, X27 və X6 Qəbələ rayonu Topbağ kəndi ərazisindən 0,96 ha həyətyanı torpaq sahəsinə JN-028F, KOD 40607058 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmçinin Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə X20, X5, X23, X15, X26, X12, X16, X27 və X6 Qəbələ rayonu Topbağ kəndi ərazisindən 4,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN-0036, KOD 40607058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Şəhadətnamələr və Dövlət Aktında də sonradan ona məlum olmuşdur ki, adı “Kamilə” əvəzinə səhvən “Kəmalə” kimi, ata adı “Hüsən” əvəzinə “Hüseyn” kimi qeyd edilmişdir. Məhkəmənin nəzərinə çatıdrmaq istəyir ki, O , 07.11,1966-cı il tarixdə anadan olmuşdur. Qızlıq soyadı “Rəşidova” olmuşdur. xx.xx.1986-cı ildə X23 ilə nikaha daxil olmuşdur. Nikaha daxil olarkən ərinin soyadını qəbul edərək, “Məmmədova” soyadını qəbul etmişdir. X41 xx.xx.2022-ci il tarixdə “sol ağciyər və ürəyin kəsilmiş deşilmiş yarası” diaqnozundan vəfat etmişdir. Torpaq islahatı Nazim Məmmədovla ailəli olduğu dövrdə, soyadı “Məmmədova” olan zaman aparılmışdır. xx.xx.2015-ci il tarixdə X1 ilə nikaha daxil olmuş, nikaha daxil olarkən “Məmmədağayeva” soyadını qəbul etmişdir. Ona görə də hal-hazırda soyadı “Məmmədağayev”dır.Qeyd etmək istəyir ki, ona məxsus bütün sənədlərdə adı Kamilə, ata adı “Hüsən” kimi qeyd edilmişdir. (Şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadatnamədə və digər sənədlərdə) Hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadatnamədə adı və ata adı düzgün yazılmadığından mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadatnamə verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi idarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlıqların aradan qaldırılmasını xahiş etmişdi, müvafiq 05 dekabr 2022-ci il tarixli, **********66 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ərizəçi Məmmədağayeva Kamı̇ lə Hüsən qızı ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-028A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx.xx.1998-ci il tarixli 11 saylı qərarına əsasən X11, X2, X14, X9, X17, X7, X10, X18 və X4 ümumi birgə mülkiyyətinə 0.44 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Belə ki, işdə olan JN-028F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx.xx.1998-ci il tarixli 11 saylı qərarına əsasən X11, X2, X14, X9, X17, X7, X10, X18 və X4 ümumi birgə mülkiyyətinə 0.96 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Belə ki, işdə olan JN-0036 (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X11, X2, X14, X9, X17, X7, X10, X18 və X4 ümumi birgə mülkiyyətinə 4.29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir İşdə olan Qutqaşen rayon VVAQ şöbəsi tərəfindən verilmiş 23 dekabr 1977-ci il tarixli V-ЖГ № 320925 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx xxxxxx 1966-cı ildə Qutqaşen rayonu Cığatelli kəndində anadan olmuşdur. X39 Nikolayovna, atası X21r. Doğum haqqında şəhadətnamədə ərizəçinin ata adı “Hüsən” olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 sentyabr 2017-cı il tarixli AZ- İİ № 227106 saylı Nikah haqqında şəhadətnamənin surətində görünür ki, X1 07 fevral 2015-ci ildə X22 ilə nikah bağlamışdır, nikah bağlandıqdan sonra ərə Məmmədağayev, arvada Məmmədağayeva soyadı verilmişdir. Bu sənəddə ərizəçinin ata adı “Hüsən” kimi qeyd olunmuşdur. İşdə olan Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş № 2009 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanda yaşayır. İşdə olan ünvan 2 Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 15 noyabr 2022-ci il tarixdə verilmiş № 135 saylı arayışdan görünür ki, Qəbələ rayon İslahat Komissiyasının 1998-ci il 25 iyun tarixli 11 saylı qərarı ilə verilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə (JN- 0036 , KOD ********), Torpağın Xüsusi Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə (JN - 028A KOD 40607058 və JN - 028F KOD ********) vətəndaş X22 texniki səhv olaraq X3 yazılmışdır, İşdə olan Qəbələ rayon Qəbələ rayon qeydiyyat şöbəsi tərəfindən 16 noyabr 2022-ci il tarixdə verilmiş № 05/09/S/042920-22 saylı arayışdan görünür ki, Ərizəçi ata adı “Hüsən” kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” qızı olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,44 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-028A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində, ərizəçinin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,96 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-028F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində və ərizəçinin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 4,29 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin verilməsini təsdiq edən JN-0036 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında yalnışlığa yol verilərək, “Məmmədağayeva Kamı̇ lə Hüsən qızı” əvəzinə “Ərizəçi Hüseyn qızı” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-028A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin, JN-028F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN- 0036 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının Məmmədağayeva (Məmmədova) Kamı̇ lə Hüsən qızına aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar