Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-611/2023 16.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X13, X10, X3, X4, X5 və X6 adına verilmiş JN- 390F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin ərizəçilərə aid hissəsədə - Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, onlara, yəni Ərizəçi2 və Ərizəçi1, eyni zamanda ailə üzvləri X17, X14, X7 və X8 Qəbələ rayonu Vəndam kəndində JN - 390F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamələrdə o - Ərizəçi1 adı səhvən "Elnar" kimi, o-Ərizəçi2 soyadı səhvən "İsmiyev", adı səhvən "Fazil", cinsiyyəti isə səhvən "oğlu" kimi göstərilmişdir. O, Ərizəçi2 qeyd edir ki, o nikaha daxil olmamışdan əvvəl soyadı "İsmiyeva" olmuş, nikahda daxil olduqdan sonra Məmmədova soyadını qəbul etmişdir. Onlara məxsus digər sənədlərdə ad, soyad və ata adları "Ərizəçi1" və "Ərizəçi2" kimi göstərilmişdir. Beləliklə, şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə ad, soyad və ata adları Ərizəçi1 və Ərizəçi2 kimi qeyd edilmişdir. Həmçinin onların ailə üzvləri və digər qohumlarında "X15" və "X18" adlı qohumları yoxdur. Şəhadətnamədə ad, soyad və ata adlarında səhvlərin olması Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndiliyindən verilmiş arayışlarla da təsdiq olunur. Hazırda ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamədə səhvlər olduğundan bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən o, Ərizəçi2 aidiyyəti üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə yanlışlıqların aradan qaldırılmasını xahiş etmişdi, müvafiq 07 mart 2022-ci il tarixli, 3-21-3-42/2-M- 00xx-xx/2023 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Biz uzun illər buna əhəmiyyət verməmişdilər, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşdılar. Yol verilmiş yalnışlığı onlar başqa cür aradan qaldırmaq iqtidarında deyillər, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-390F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 saylı qərarına əsasən, X13, X10, X3, X4, X5 və X6 mülkiyyətinə 0.07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayonun VVAQ şöbəsi tərəfindən verilmiş 1 iyul 1993-cü il tarixli XVİİ ЖГ № 359964 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1993-cü ildə Qəbələ rayonunda anadan olmuşdur. Burada Ərizəçi1 tam adı “Ərizəçi1” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayonu VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X9 xx xxxxxxx 1968-ci ildə Qutqaşen rayonunda anadan olmuşdur. Burada ərizəçi X2 tam adı “X9” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayonu, Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİ№ 103883 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 19 aprel 2016-cı il tarixdə X20 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Məmmədli, arvada Məmmədli soyadı verilmişdir. Burada Ərizəçi1 tam adı “Ərizəçi1” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayonu, VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli V-ЖГ № 285802 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 5 sentyabr 1990-cı il tarixdə X9 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. X1 tam adı “X9” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ rayonu İcra Hakimiyyətinin Başçısının Qəbələ şəhər İƏDN-yi tərəfindən xx.xx.2023-ci il tarixdə verilmiş 756 saylı arayışdan görünür ki, Ərizəçi1 Qəbələ Rayon Aqrar İslahatı Komissiyasının 26 fevral 2011-ci il tarixli 03 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-390F, KOD-40601004 saylı şəhadatnamədə onun adı “Ərizəçi1” oğlu əvəzinə səhvən “X25” oğlu, anasının adı “Məmmədova (İsmiyeva) Fəzalə Seyfəddin” qızı əvəzinə səhvən “Məmmədova (İsmiyev) Fazil Seyfəddin” oğlu yazılmışdır. İşdə olan Qəbələ şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli 754 №-li arayışdan görünür ki, Ərizəçi2 ünvan 1 ünvanda yaşayır. İşdə olan Qəbələ şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli 755 №-li arayışdan görünür ki, Ərizəçi1 ünvan 1 ünvanda yaşayır. İş materiallarına əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 tam adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi2” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Asan-Qəbələ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 tam adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi1” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və ailə üzvlərinin mülkiyyətinə 0.07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-390F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə “Ərizəçi1” əvəzinə “X18” kimi, “Ərizəçi2” əvəzinə “X15” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-390F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» dövlət aktının Ərizəçi1 və Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-611/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-611/2023
16.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver